Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-77/2025 07.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X13 və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi Tələbkar Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayətə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-109/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclular Borclu2 və Borclu1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı Tələbkar verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) X2, "xxxx" MMC-nin iştirakçısı Borclu1 və "xxxx" MMC-nin iştirakçısı Borclu2 üzərinə qoyulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2623/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarına əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra vərəqəsinin icra edilmədən Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarı onunla əsaslandırılmışdır ki, borclular icra şöbəsində izahat verərək bildirmişlər ki, cəmiyyətin iştirakçılarının növbədən kənar yığıncağının çağırdıqları zaman Tələbkar da bildiriş göndərilmiş və onun iştirakı təmin edilmişdir. Lakin tələbkar "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların istəyir. Həmin məlumatlar cəmiyyətə məxsusdur və bu məlumatlar cəmiyyətin mühasibatlığında olur. Cəmiyyət isə müstəqil şəxsdir və öz öhdəlikləri üçün ona mənsub olan bütün əmlak üzrə cavabdehdir. Həmin məlumatları cəmiyyət özü tələbkara verməlidir və bu məlumatların tələbkara verilməsinə etiraz etmirlər. Cəmiyyətdən həmin məlumatları tələb edə bilmirlər, çünki cəmiyyətin fəaliyyəti dayandırılmışdır. Cəmiyyət fəaliyyətə başladığı zaman tələbkarın tələb etdiyi bütün məlumatları alıb cəmiyyətdən alıb tələbkara təqdim edəcəklər. Bundan sonra icra tədbirləri davam etdirilmiş və məlum olmuşdur ki, "xxxx" MMC fəaliyyət göstərmir. Belə ki, "xxxx" MMC-nin fəaliyyət göstərib-göstərməməsi ilə bağlı sorğular edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi EMFdan çıxarışda "xxxx" MMC-nin fəaliyyəti dayandırıldığı məlum olmuşdur. Bu səbəbdən də Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə tələbin borclular tərəfindən təmin edilməsi mümkün olmamışdır. Beləliklə də "İcra haqqında” Azərbaycan Respublikası qanunun 70.4cü maddəsinə əsasən icra sənədini icra etmək mümkün olmamışdır və icra sənədi həmin qanunun 70.4 və 20.2-ci maddələrinə əsasən məhkəməyə qaytarılmalıdır. "İcra haqqında” Azərbaycan Respublikası qanunun 23-cü maddəsinə əsasən isə icra sənədi geri qaytarılmışdır. Tələbkar Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək, Maraqlı şəxs icra məmuru Hikmət Quliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixdə icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə qərarın ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə borclu "xxxx" MMC-nin iştirakçısı Borclu2 Göyçay rayonu, Nizami küçəsi, dalan 4, ev 1 və Borclu1 ünvan 1 ünvanında qeydiyyatda olduğuna görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsi ona aid olan hissədə icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. İcra sənədi icra olunması üçün Maraqlı şəxs icra məmuru Hikmət Quliyevin icraatına verilmişdir. İcra sənədi icra məmurunun icraatına verildikdən sonra dövlətin adından çıxan qərar icra məmurunun otağının bir küncünə atılmış və icra sənədi üzrə heç bir icra tədbiri görülməmişdir. Tərəfindən dəfələrlə Maraqlı şəxs icra məmuru X12 Rayon Məhkəməsinin qətnaməsinin icrası ilə bağlı tədbirlər görməsi xahiş edilsə də müraciətlərinə məhəl qoymamış və icra sənədi tam icrasız olaraq qalmışdır. İcra sənədinin Maraqlı şəxs tərəfindən icra olunmaması ilə bağlı uzun müddət ərzində etdikləri müraciətlərinə heç bir məhəl qoyulmamış, əksinə dəfələrlə icra sənədinin icrasından yayınmağa qanuni don geyindirməyə çalışmışlar. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin 2 ildən artıq müddətdə icra şöbəsinə yönəldilməsindən sonra Maraqlı şəxs icra məmuru Hikmət Quliyev tərəfindən məhkəməyə müraciət olunmuş və icra sənədinin izaha ehtiyacı olduğu bildirilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-9/2023 saylı qərardadına əsasən Maraqlı şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsinin izah edilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi aydın, anlaşılan qaydada yazılmışdır. Məhkəmə həmin qətnamədə iddia tələbinə uyğun qətnamə çıxarmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, qətnamədə ziddiyət, qeyrimüəyyənlik və anlaşmazlıq olmadığından qətnaməyə izah verilməsinə ehtiyac yoxdur və hazırda tələb olunan formada qətnaməyə izah verilməsi qətnamənin məzmunun dəyişdirilməsi ilə nəticələnəcəkdir. Bu əsasla icra məmuru tərəfindən verilən ərizə təmin edilməmişdir. Göründüyü kimi icra sənədi üzrə qətnaməni qəbul etmiş məhkəmə icra sənədinin icra olunması üçün heç bir izaha ehtiyac olmadığını bildirmişdir. Çünki qətnamənin nəticə hissəsində açıq aydın göstərilir ki, "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı Tələbkar verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulsun. Bundan sonra icra məmuru tərəfindən yenə də icra sənədi icra olunmamış və müxtəlif bəhanələr gətirilmişdir. Belə olduğu halda tərəflərindən Abşeron Rayon Məhkəməsinə müraciət olunmuş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin icra olunması üçün borcluların barəsində qanunvericilikdə nəzərdə tutulan icra tədbirlərinin – borclunun axtarışı barədə qərar qəbul olunması, borclunun ölkədən çıxışına məhdudiyyət qoyulması, icra sənədi borclu tərəfindən icra olunmadığına görə borclu barəsində təqdimatla inzibati protokol verilməklə məhkəməyə müraciət olunması vəzifəsi Maraqlı şəxs icra məmuru Hikmət Quliyevin üzərinə vəzifə qoyulması xahiş edilmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən ərizə təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasının təmin olunması ilə bağlı məcburi icra tədbirlərinin aparılması vəzifəsi Maraqlı şəxs icra məmuru Hikmət Quliyevin üzərinə qoyulmuşdur. İcra məmuru onun barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğunu bildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsassız şəkildə istinad etməklə icra sənədini məhkəməyə geri qaytarmaq qərarına gəlmişdir. Belə ki, borcluların formal olaraq izahatını almış, Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin nəticə hissəsində qeyd olunanlara məhəl qoymayaraq icra sənədinin icrasının mümkünsüzlük qənaətinə gəlmiş və xx.xx.2023-cü il tarixdə icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə qərar qəbul etmişdir. Həmin qərardan tərəflərindən Abşeron Rayon Məhkəməsinə şikayət verilmiş və Abşeron Rayon Məhkəməsinin 8(012)-322/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən şikayətləri təmin edilmiş, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin Maraqlı şəxsnə qaytarılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)322/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə göndərilmiş, 01 avqust 2023-cü il tarixində icra şöbəsinin dəftərxanasına daxil olmuş və xx.xx.2023-cü il tarixdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunaraq icra sənədinin icra olunması üçün yenidən 10 gün müddət verilərək tərəflərə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsinin icra şöbəsinə yönəldilməsindən 3 ilə yaxın müddət keçməsinə baxmayaraq borclular barəsində heç bir icra tədbiri görülməmişdir. Nəticədə məhkəmə qərarı heç kimə məlum olmayan səbəblərdən icrasız qalmağa davam edir. Bundan sonra etdikləri müraciətlərə cavab olaraq bildirilmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərardan şikayət verilmişdir və iş üzrə icraat dayandırılmışdır. Lakin tərəflərindən Şəki İnzibati Məhkəməsi, Şəki Apellyasiya Məhkəməsi və Abşeron Rayon Məhkəməsi ilə əlaqə saxlanılaraq aydınlaşdırılmışdır ki, qeyd olunan icra sənədi üzrə heç bir məhkəmədə icraatda olan ərizə yoxdur. Bundan sonra Göyçay rayon İcra şöbəsinin rəisi və icra məmuru Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin icra olunması ilə bağlı qanunamüvafiq tədbirlər görməklərinə söz versələr də bugünə qədər icra sənədi ilə bağlı heç bir addım atmamışlar. İcra sənədinin icra olunması istiqamətində uzun sürən müraciətdən sonra, nəhayət ki, Maraqlı şəxs icra məmuru Hikmət Quliyev tərəfindən xx.xx.2024-cü il tarixdə borclular Borclu1 və Borclu2 barəsində axtarış elan olunması barədə qərar qəbul olunmuş və icrasının təmin olunması üçün Göyçay rayon Polis Şöbəsinə göndərilmişdir. Göyçay rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3- 13-76/2-15673/24 saylı məktub ilə axtarış qərarı natamam olması səbəbi ilə Maraqlı şəxsnə geri qaytarılmışdır. Bundan sonra Maraqlı şəxs icra məmuru Hikmət Quliyev tərəfindən icra sənədinin icra olunması ilə bağlı heç bir addım atılmamışdır. Bundan sonra yenidən icra məmuruna icra sənədinin icrası ilə bağlı tədbirlər görməyini tələb etdikdə icra məmuru yenidən qanunsuz formada Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin nəticə hissəsində qeyd olunanlara məhəl qoymayaraq icra sənədinin icrasının mümkünsüzlüyü qənaətinə gəlmiş və xx.xx.2024-cü il tarixdə icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə qərar qəbul etmişdir. Hesab edir ki, həmin qərar tam olaraq əsassız və qanunsuzdur və məhkəmə tərəfindən ləğv olunmalıdır. Belə ki, icra məmuru qərarında qeyd etmişdir ki, borclular icra şöbəsində izahat verərək bildirmişlər ki, cəmiyyətin iştirakçılarının növbədənkənar yığıncağının çağırdıqları zaman Tələbkar da bildiriş göndərilmiş və onun iştirakı təmin edilmişdir. Lakin tələbkar "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatlarını istəyir. Həmin məlumatlar cəmiyyətə məxsusdur və bu məlumatlar cəmiyyətin mühasibatlığında olur. Cəmiyyət isə müstəqil şəxsdir və öz öhdəlikləri üçün ona mənsub olan bütün əmlak üzrə cavabdehdir. Həmin məlumatları cəmiyyət özü tələbkara verməli və bu məlumatların tələbkara verilməsinə etiraz etmirlər. Cəmiyyətdən həmin məlumatları tələb edə bilmirlər, çünki cəmiyyətin fəaliyyəti dayandırılmışdır. Cəmiyyət fəaliyyətə başladığı zaman tələbkarın tələb etdiyi bütün məlumatları cəmiyyətdən alıb tələbkara təqdim edəcəklər. Bundan sonra tərəflərindən icra tədbirləri davam etdirilmiş və məlum olmuşdur ki, "xxxx" MMC fəaliyyət göstərmir. Belə ki, "xxxx" MMC-nin fəaliyyət göstərib-göstərməməsi ilə bağlı sorğular edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi EMF-dən çıxarışda "xxxx" MMC-nin fəaliyyəti dayandırıldığı məlum olmuşdur. Bu səbəbdən də Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə tələbin borclular tərəfindən təmin edilməsi mümkün olmamışdır. Beləliklə də "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədini icra etmək mümkün olmamış və icra sənədi həmin qanunun 70.4 və 20.2-ci maddələrinə əsasən məhkəməyə qaytarılmalıdır. Maraqlı şəxs icra məmuru Hikmət Quliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixdə icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə qərarın tərtib olunması əsasları və formasından görünür ki, icra məmuru icra sənədini icra etmək istəmir və bu səbəbdən də icra sənədini formal əsaslarla məhkəməyə qaytarmaq qərarına gəlmişdir. İlk növbədə bildirmək lazımdır ki, icra məmuru hansı səbəbdən icra sənədi onun icraatına daxil olduqdan 2 il sonra borcluları icra şöbəsinə çağıraraq izahatlarını almasını əsaslandırmamışdır. Çünki icra sənədi 2021-ci il tarixdə icra məmuru Hikmət Quliyevin icraatında olmuşdur. Bundan əlavə icra məmuru 2022-ci ilin dekabr ayında təqdimatla məhkəməyə müraciət etmiş və həmin təqdimatda da borcluların hansı sənədlərin təqdim olunması ilə bağlı çətinlik çəkdiyini bildirmiş və bu səbəbdən də məhkəmə qərarının izahına ehtiyac olduğunu əsaslandırmışdır. Elə 2022-ci ilin dekabr ayında da cəmiyyətin fəaliyyəti dayandırılmış və icra məmuru nədənsə MMCnin fəaliyyət göstərib-göstərmədiyini araşdırmamışdır. Ümumiyyətlə, MMC-nin fəaliyyətinin dayandırılması icra sənədinin icra olunmaması üçün əsas ola bilməz. İcra sənədində tələb olunan sənədlərin MMC-nin fəaliyyət göstərmədiyi dövrdə tələb oluna bilməməsi ilə əlaqələndirə bilməz. Çünki icra sənədində “indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların tələb olunması” qeyd olunmuşdur. Yəni MMC yaradılandan qətnamə çıxarılan günə qədər və ondan sonra tələb olunan bütün məlumatlar iddiaçının müraciəti əsasında iddiaçıya təqdim olunmalıdır. Qətnamədən də görünür ki, qərarı qəbul etmiş məhkəmə, nə vaxtsa, MMC-nin fəaliyyətinin dayandırılma ehtimalını nəzərə alaraq qərarın nəticə hissəsində “indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların tələb olunması” qeyd olunmuşdur. Bu səbəbdən də əgər MMC-nin fəaliyyəti dayandırılmış olsa belə yenə də icra sənədinin icra olunmaması üçün əsas deyil. Hər bir halda MMC-nin fəaliyyəti dayandırılmışdırsa, o zaman fəaliyyət dayandırılan müddətədək olan məlumatlar tələbkara təqdim olunmalı idi. Həmçinin borclular izahatlarında bildirirlər ki, məlumatlar cəmiyyətə məxsusdur və bu məlumatlar cəmiyyətin mühasibatlığında olur. Cəmiyyət isə müstəqil şəxsdir və öz öhdəlikləri üçün ona mənsub olan bütün əmlak üzrə cavabdehdir. Həmin məlumatları cəmiyyət özü tələbkara verməlidir və bu məlumatların tələbkara verilməsinə etiraz etmirlər. Cəmiyyətdən həmin məlumatları tələb edə bilmirlər, çünki cəmiyyətin fəaliyyəti dayandırılmışdır. Bildirirlər ki, məhkəmə qərarında qeyd olunan məlumatlar həm MMC-dən, həm də MMC-nin təsisçilərindən təqdim olunması tələb olunur, yəni əgər MMCnin təsisçilərinin tələb olunan sənədlərin cəmiyyətə məxsus olması bəhanəsi ilə təqdim etməmək kimi əsası var idisə, bunu birinci instansiya məhkəməsində prosesdə iştirak edərkən və ya qəbul olunmuş qətnamədən apellyasiya şikayəti verərək etirazlarını bildirməli idilər. Əgər hazırda qanuni qüvvəyə minmiş məhkəmə qərarı varsa, qanunvericiliyin tələbinə əsasən icra olunmalıdır. Dövlətin adından çıxarılmış qərarın icrasından qanunvericiliyə zidd olan hər hansı bəhanələr gətirməklə yayınmaq yolverilməzdir. Həmçinin bildirir ki, Maraqlı şəxs icra məmuru Hikmət Quliyev tərəfindən icra sənədini xx.xx.2023-cü il tarixdə icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə qərar qəbul etmişdir. Həmin qərar Abşeron Rayon Məhkəməsinin 8(012)-322/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən ləğv edilmiş və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi Maraqlı şəxsnə qaytarılmışdır. İcra məmuru həmin qərarda da geri qaytarma səbəblərini hazırki qərarla eyni məzmunda əsaslandırmışdır. Maraqlı şəxs icra məmuru Hikmət Quliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə tələbkara təqdim olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsi, artıq 4 ilə yaxındır ki, icra olunmur. Hesab edir ki, sənədlər ona təqdim olunmalıdır. Maraqlı şəxs tərəfindən Borclu2 izahatı alınmış, Borclu1 isə şöbəyə çağırılmamışdır. Onlara icra şöbəsində axtarış işi açıldığı bildirilsə də icra şöbəsində axtarış işinin də açılmadığı müəyyən edilmişdir. Müvafiq polis idarəsi sənəd çatışmazlığı ilə bağlı bir dəfə də olsun axtarış tədbirləri görmədən sənədləri geri qaytarmışdır. xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qərarlara əsasən Maraqlı şəxs tərəfindən icra sənədi geri qaytarılmışdır. Belə ki, icra məmuru kimlərinsə marağı və təşəbbüsü ilə sözügedən icra sənədini geri qaytarmışdır. İcra məmuru öz qərarını belə əsaslandırır ki, borclular Borclu2 və Borclu1 təsisçidir. Müəssisəyə məxsus sənədlər onlarda ola bilməz. İşin digər tərəfi odur ki, X5 direktor vəzifəsindən azad olunmamışdır. Hesab edir ki, ona qarşı bir oyun qurulmuşdur. Belə ki, sənədləri ona vermək istəmirlər. Maraqlı şəxsndə Borclu1 görməmişdir. Qərarda sənədlərin təqdim edilməli olduğu bildirilmiş, lakin icra məmuru hansı icra hərəkətlərini icra etmişdir ki, icra sənədinin icra olunmasının mümkünsüzlüyü qənaətinə gəlmişdir!? Bildirir ki, Borclu1 haqqında da icra tədbirləri görülməmişdir. Halbuki icra sənədinin 3 gün müddətinə qəbul edilib icraata götürülməsi və icra hərəkətlərinin aparılması icra məmurunun vəzifəsidir. Qeyd edilənlərə əsasən o, şikayətin təmin edilməsini, həmçinin 20102021-ci illərə kimi olan müddətdə "xxxx" MMCnin fəaliyyəti ilə bağlı audit təşkil edilməsini məhkəmədən xahiş etdi. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-448/2024 nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) şikayət təmin edilmiş, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin Maraqlı şəxsnə qaytarılması qərara alınmışır. Borclular Borclu1 və Borclu2 vəkili və nümayəndəsi Əliyev X3 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-448/2024 saylı qərardadından şikayətlər verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-448/2024 saylı qərardadının ləğv olunması, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarının Borclu1 və Borclu2 münasibətdə qüvvədə saxlanılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2(105)-6/2025 nömrəli qərardadı ilə şikayətlər qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-448/2024 nömrəli qərardadının ləğv edilməsi, qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-448/2024 nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) ilə şikayət təmin edilmiş, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin Maraqlı şəxsnə qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, icra sənədi 2021-ci il tarixdə icra məmuru Hikmət Quliyevin icraatında olmasına baxmayaraq, icra məmuru icra sənədinin icrası ilə bağlı heç bir hərəkət aparmamış, hansı səbəbdən icra məmuru icra sənədi onun icraatına daxil olduqdan 2 il sonra borcluları icra şöbəsinə çağıraraq izahatlarını almasının əsasları müəyyən deyildir. Bundan əlavə icra məmuru 2022-ci ilin dekabr ayında təqdimatla məhkəməyə müraciət etmiş və həmin təqdimatda da borcluların hansı sənədlərin təqdim olunması ilə bağlı çətinlik çəkdiyini bildirmiş və bu səbəbdən də məhkəmə qərarının izahına ehtiyac olduğunu əsaslandırmışdır. Yəni elə 2022-ci ilin dekabr ayında da cəmiyyətin fəaliyyəti dayandırılmışdı və icra məmuru nədənsə MMC-nin fəaliyyət göstərib-göstərmədiyini araşdırmamışdır. MMC-nin fəaliyyətinin dayandırılması icra sənədinin icra olunmaması üçün əsas ola bilməz. İcra sənədində tələb olunan sənədlərin MMC-nin fəaliyyət göstərmədiyi dövrdə tələb oluna bilməməsi ilə əlaqələndirə bilməz. Çünki icra sənədində “indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların tələb olunması” qeyd olunmuşdur. Yəni MMC yaradılandan qətnamə çıxarılan günə qədər və ondan sonra tələb olunan bütün məlumatlar iddiaçının müraciəti əsasında iddiaçıya təqdim olunmalıdır. Hər bir halda MMC-nin fəaliyyəti dayandırılmışdırsa, o zaman fəaliyyət dayandırılan müddətədək olan məlumatlar tələbkara təqdim olunmalı idi. Bundan başqa icra sənədindən görünür ki, məhkəmə qərarında qeyd olunan məlumatlar həm MMC-dən, həm də MMC-nin təsisçilərindən təqdim olunması tələb olunur. Yəni əgər MMC-nin təsisçilərinin tələb olunan sənədlərin cəmiyyətə məxsus olması bəhanəsi ilə təqdim etməmək kimi əsası var idisə, bunu birinci instansiya məhkəməsində prosesdə iştirak edərkən və ya qəbul olunmuş qətnamədən apellyasiya şikayəti verərək etirazlarını bildirməli idilər. Borclular Borclu1 və Hacıyev X6 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)- 109/2025 saylı qərardadından xx.xx.2025-ci il tarixində şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-109/2025 saylı qərardadının ləğv olunması, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarının Borclu1 və Borclu2 münasibətdə qüvvədə saxlanılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətlər onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 435/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bağlı məhkəmə prosesində iştirak etməmiş və onların məhkəmədə iştirakı təmin olunmamışdır. Onu da bildirirlər ki, bu işlərlə bağlı iddiaçı tərəfindən tələb düzgün qoyulmamış, məhkəmə isə iddiaçının tələbini araşdırmadan, sanki notariusun funksiyasını həyata keçirirmiş kimi iddiaçının tələbini qətnaməyə köçürmüş və təsdiq etmişdir. Əslində isə bu vəzifə sadəcə “Magna Trans" MMC-nin üzərinə qoyulmalı idi. Çünki tələb olunan sənədlər "xxxx" MMC-yə aid sənədlərdir. Bilindiyi kimi fiziki şəxs kimi hüquqi şəxs də müstəqildir və fərdi məsuliyyət daşıyır. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Həmçinin Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin iştirakçısı (təsisçisi) Borclu1 və Borclu2 onun şəxsi əşyasının və/və ya sənədlərinin (ona məxsus nəqliyyat vasitəsi, şəxsiyyət vəsiqəsi, pasport, evinin çıxarışı və s.) iddiaçı Tələbkar verilməsi deyil, "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların, yəni 2010-2021-ci illər boyunca yığılmış maliyyə və mühasibatlıq sənədlərinin, müqavilələrin, hesabatların və s. müraciəti əsasında iddiaçı Tələbkar verilməsi, 2021-ci ildən sonrakı tarixlərdə də həmin məlumatların (sənədlərin) verilməsinin davam etdirilməsi, eyni zamanda "xxxx" MMC-nin iştirakçılarının növbəti və növbədənkənar ümumi yığıncaqlarında onun iştirakının təmin edilməsi vəzifəsi qoyulmuşdur. Yuxarıda qeyd olunanlarla birbaşa sübut olunur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində qeyd olunmuş tələbləri onlardan asılı olmayan səbəblərdən icra edə bilmirlər və qətnamədə qeyd olunmuş vəzifələr onlara aid deyildir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər ilə bağlı bildirirlər ki, onlar da icra sənədi üzrə Tələbkar kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərindən biridir, cəmiyyətdə onunla eyni paya, hüquqlara və statusa sahibdir. Onu da nəzərə çatdırırlar ki, onlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanında heç bir zaman təmsil olunmamış və cəmiyyətin icra orqanında hər hansı vəzifəyə sahib olmamışdır. Buna görə də Tələbkar tələb etdiyi sənədlər heç zaman onlarda olmamış, Azərbaycan Respublikasının qanunvericiliyinin tələbinə görə də onlarda olmamalıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədindən də göründüyü kimi Tələbkar Borclu1 və Borclu2 "xxxx" MMC-yə məxsus maliyyə-mühasibatlıq sənədlərini tələb edir. "xxxx" MMC özü müstəqil hüquqi şəxsdir, bu sənədlər də cəmiyyətin özündə olur, həmin sənədlər tələbkara cəmiyyət tərəfindən verilməlidir, onlar cəmiyyət tərəfindən sənədlərin verilməsinə etiraz etmir. Bu sənədlər təsisçi kimi onlara da lazımdır, dəfələrlə bu sənədləri "xxxx" MMC-dən tələb etmiş, lakin ona da təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91-ci maddəsində göstərilir ki, Məhdud Məsuliyyətli Cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Məhdud Məsuliyyətli Cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək, şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. Buradan da göründüyü kimi təsisçi kimi borcluların "xxxx" MMC-nin təsisçilərinin növbəti ümumi yığıncağını çağırmaq və digər təsisçilərə hesabat vermək vəzifəsi yoxdur. Cəmiyyətin icra orqanı təsisçi Tələbkar kimi onları da təsisçilərin növbəti və növbədənkənar yığıncağına çağırmalı və hesabat verməlidir. Bu və buna bənzər digər hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Məhdud Məsuliyyətli Cəmiyyətlərə aid maddələrində öz əksini tapmışdır. Mülki Məcəllənin 49.6-cı maddəsinə əsasən bu Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Mülki Məcəllənin 49.6-cı maddəsinin tələbindən də görünür ki, hüquqi şəxsə məxsus sənədlər hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs tərəfindən verilməlidir. Ona görə də qanunun göstərilən nomrasına uyğun olaraq icra edilməsi mümkün olmayan icra vərəqəsinin icra edilmədən Abşeron Rayon Məhkəməsinə qaytarılması barədə qərarın ləğv olunması barədə qərara gəlməklə birinci instansiya məhkəməsi səhv nəticə çıxarmışdır. Mülki Məcəllənin 91-ci maddəsinə əsasən Məhdud Məsuliyyətli Cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Məhdud Məsuliyyətli Cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. Onlar da Tələbkar kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iştirkaçılarından (təsisçilərindən) biridir, Cəmiyyətdə eyni paya (33,3 %) və hüquqlara sahibdir. "xxxx" MMC-nin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunmamış, adından çıxış etməmiş və "xxxx" MMC-də hər hansı vəzifəyə sahib olmamışdır. Mülki qanunvericiliyin tələbinə görə "xxxx" MMC-nin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduğu mayanın dəyəri həddində risk daşıyır. İcra səndindən də öz əksini tapmış "xxxx" MMC-yə məxsus indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə məlumatlar cəmiyyətə məxsusdur və bu məlumatlar cəmiyyətdə olur. Cəmiyyət isə müstəqil hüquqi şəxsdir və Mülki Məcəllənin 52.1-ci maddəsinə görə öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir, həmin məlumatları cəmiyyət özü tələbkara verməlidir. Onlar bu məlumatların tələbkara verilməsinə etiraz etmir. Lakin cəmiyyət həmin məlumatları bir təsisçi kimi onlara da verməmiş və bu məlumatlar onlarda yoxdur. Ona görə də məhkəmə ərizəni təmin etməklə səhv qənaətə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Lakin məhkəmə təqdim edilmiş sübutlara qeyri-obyektiv baxmış, iş üzrə sübutlar hərtərəfli və tam araşdırılmamış, habelə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-448/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)- 448/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarında “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci, 70.4-cü və 23cü maddələrinə əsaslanaraq icra sənədinin icra olunmadan geri qaytarılması qeyd olunsa da icra məmurunun konkret olaraq məhz hansı qanuni əsasla icra sənənini icra olunmadan məhkəməyə geri qaytarması müəyyən edilməməkdədir. Nəzərə alınmalıdır ki, “İcra haqqında” Azərbaycan Respublikası qanunun 20.2-ci maddəsini icra sənədi üzrə icraata xitam verilməsini əsasını nəzərə tutmaqdadır ki, icra məmurunun həmin normaya istinad etməsi anlaşılan olmamaqla, texniki səhv kimi də qəbul edilir. Həmin qanunun 70-ci maddəsi isə “Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədlərinin icrasının ümumi şərtləri” adlanır ki, “İcra haqqında” Azərbaycan Respublikası qanununda həmin qanunun 70.4-cü maddəsinə əsasən icra olunmadan geri qaytarılan icra sənədinin yenidən icraya yönəldilməsi müəyyən edilməmişdir. Bu hal yalnız həmin qanunun 23-cü maddəsində nəzərdə tutulan əsalarda mümkün hesab olunur. Hərçənd ki, icra məmurunun öz qərarından görünür ki, borclular hüquqi şəxsin fəaliyyətinin dayandığını, gələcəkdə hüquqi şəxs fəaliyyətini bərpa edəvəyi təqdirdə müvafiq sənədləri cəmiyyətdən alaraq təqdim edəcəklərini bildirmişlər. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 70.4cü maddəsi isə icra sənədinin ümumiyyətlə icrasının mümkün olmamaması əsasında icra sənədinin məhkəməyə qaytarılmasını nəzərdə tutmaqdadır. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarında “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə istinad edilsə də həmin maddənin hansı bəndinə müvafiq olaraq, icra sənədinin geri qaytarılması göstərilməmişdir ki, bu da mübahisələndirilən qərarın əsasssız olmasını təsdiq etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını əsaslandırması ilə razılaşmaqla yanaşı, şikayətin dəlilləri ilə də razılaşmayaraq əlavə olaraq qeyd edir ki, işin hallarından göründüyü kimi Tələbkar, borclular Borclu1 və Borclu2 "xxxx" MMC-nin təsisçiləri olmaqla, borclular Borclu1 və Borclu2 təsisçi qismində "xxxx" MMC üzərində hüquqlarını həyata keçirməkdə həmfikirdirlər. Bu baxımdan tələbkar təsisçiyə münasibətdə "xxxx" MMC üzərində hüquqlarını həyata keçirməkdə üstünlüyə malik hesab olunurlar. Borclular dolayısı ilə Mülki Məcəllənin 87-ci maddəsinə istinad edərək təsisçi qismində "xxxx" MMC-nin öhdəlikləri üzrə məsuliyyət daşımadığını iddia etsələr də onların bu dəlili hazıkrı mübahisənin predmetinə aid olan məsələ olmamaqla, qanuni qüvvəyə minmiş qətnamə ilə onların təsisçi qismində hüquqlarını həyata keçirmək vəzifələrindən irəli gələn məsələlərə dair onların üzərin öhdəlik qoyulmuşdur. Bundan başqa borclular Mülki Məcəllənin 49.6-cı maddəsinə istinad edərək hüquqi şəxsə məxsus sənədlərin hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs tərəfindən verilməli olmasını qeyd etməklə yanaşı, heç vaxt "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanında təmsil olunmadıqlarını və hətta təsisçi kimi qeyd olunan sənədləri dəfələrlə "xxxx" MMC-dən tələb etdiklərini, lakin sənədlərin onalara da təqdim edilmədiyini iddia etmişlər. Məhkəmə kollegiyası borcluların qeyd olunan dəlillərini də əsassız hesab edərək qeyd edir ki, borclular tərəfindən Mülki Məcəllənin 91.1-ci maddəsinin tələbinə müvafiq olaraq, ümumiyığıncağı keçirib-keçirməməsi, Həmin Məcəllənin 91.3-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olan icra orqanını illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq edib-etməmələri, icra orqanının fəaliyyətinin qənaətbəxş olub-olmaması ilə bağlı icra oqranının rəhbərinin səlahiyyətləri ilə bağlı məsələyə baxılmasına dair məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası borcluların müvafiq sənədləri dəfələrlə "xxxx" MMC-dən tələb etdiklərini, lakin sənədlərin onalara da təqdim edilməməsi ilə bağlı dəlillərini isə ümumiyyətlə anlaşılan hesab etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 91.3-cü maddəsinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək ümumiyığıncağın səlahiyyətlərinə aid olan məsələ olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1-ci maddəsinə səasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Həmin Məcəllənin 91.1-1-ci maddəsinə səasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. Həmin Məcəllənin 91.1-4-cü maddəsinə əsasən Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.1. cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; 91.3.4. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 91.3.5. cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.6. bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. Azərbaycan Respublikasının Konstitusiyasın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-109/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclular Borclu2 və Borclu1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-109/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-77/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-77/2025
07.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver