Məhkəmə qərarları › İş №8(105)-78/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-78/2023

10.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-78/2023 10.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X23 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarından X2 tərəfindən verilmiş şikayət üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-235/2023 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-1791/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayanlar xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X3 cavabdeh X4 alınaraq iddiaçı X8 verilməsi, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X3 anaları X5 yanında qalmaları qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2933/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Abşeron Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, e-2(012)- 1791/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh X6 apellyasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1213/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2933/2021 nömrəli iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarına əsasən, Abşeron Rayon Məhkəməsinin 2(012)-1791/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icrası mümkün olmaması səbəbi ilə geri qaytarılması qərara alınmışdır. X2 Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarından şikayət verərək, şikayətinin təmin olunması, Maraqlı şəxs icra məmuru X17 xx.xx.2023-cü il tarixli qanunsuz, əsassız qərarının ləğv edilərək icra vərəqəsinin icra edilməsi üçün yenidən qaytarılmasına dair qərardad çıxarılmasını, eyni zamanda “İcra Məmurları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin tələblərini pozan icra məmuru haqqında xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs icra məmuru X17 xx.xx.2023-cü il tarixli qanunsuz, əsassız qərarı ilə xx.xx.2022-ci il tarixdə icra vərəqəsi xx.xx.2022-ci il tarixdə icra sənədinin icrası mümkün olmaması səbəbi ilə geriyə qaytarılmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ünvanda olan zaman uşaqlar Məryəm və Əlizamanla icra məmuru tərəfindən söhbətlər aparılsa da guya analarına-ona getmək istəmədiklərini bildirmişlər. Bu ağ yalandır, icra məmurunun uydurmasıdır. İcra haqqında Azərbaycan Respublikası Qanunun tələbinə görə belə halda uşaqlar ilə icra məmuru deyil, psixoloq və məktəb müəlliminin iştirakı ilə söhbət etməlidir. İndi nənələri uşaqlara psixoloji təzyiq göstərdiyindən doğma analarını qəbul etmirlər kimi qeyd olunması qanuni, əsaslı və məntiqli görünmür. Beləliklə, əgər məhkəmə qərarı hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Göründüyü kimi,Maraqlı şəxs icra məmuru X17 xx.xx.2023-cü il tarixli qanun,əsassız qərarında 23.1.223.1.5-ci maddələrində nəzrədə tutulan halların heç biri yoxdur.İcra məmuru qanunla üzərinə qoyulmuş vəzifəsini lazımca yerinə yetir mir. Süründürməçiliklə məşğul olur. Süründürməçilik korrupsiya cinayəti hesab olnur.Bu səbəbdən onun haqqında xüsusi qərardad çıxarılmalıdır. Qeyd edilənlərə əsasən, ərizəçi şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-235/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)1791/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin Maraqlı şəxsnə qaytarılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-235/2023 nömrəli qərardadından Maraqlı şəxs rəisi Ayaz Nuqaylı xx.xx.2023-cü il tarixində şikayət vermiş və qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə tələbkar tərəfindən verilmiş şikayət ərizəsi barədə şöbəyə məlumat verilməmiş, həmin ərizə ilə tanış olmaq və etiraz vermək hüquqları pozulmuşdur. Bundan başqa, məhkəmə qərardadından görünür ki, yalnız tələbkarın izahatı və ərizəsində göstərilənlər əsas götürülmüş, məhkəmə tərəfindən işin real vəziyyəti və isin əhəmiyyətli halları obyektiv səkildə araşdırılmamış və nəticədə əsassız qərardad qəbul olunmuşdur. Digər tərəfdən qərardadda icra məmurunun qərarının ləğv olunmasına əsas kimi “İcra haqqında” AR Qanununun 23-cü maddəsinin göstərilməsi, maddi hüquq normalarının düzgün tətbiq edilməməsilə nəticələnmişdir. Belə ki, “İcra haqqında” AR Qanununun 23-cü maddəsinin tələbləri icra edilməyən və ya qismən icra edilən icra sənədinin qaytarılması məsələsini tənzimləyir. İşin hallarından və icra məmuru V.Əliyevin “icrası mümkün olmayan icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, icra məmuru həmin qərarı “İcra haqqında” AR Qanununun 70.4-cü maddəsinə əsasən qəbul etmişdir. “İcra haqqında” AR Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. AR MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İşin halları ilə bağlı qeyd olunur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1791/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən yetkinlik yaşına çatmayanlar xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2012ci il təvəllüdlü X7 cavabdeh X4 alınaraq iddiaçı X8 verilməlidir. xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X7 anaları X5 yanında qalmalıdırlar. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs icraatına daxil olmuşdur. Həmin tarixdə icraata başlanılmışdır. İcra icraatı zamanı müəyyən olunmuşdur ki, tələbkar Günay Paşayeva şəhid Daşdəmir Paşayevin həyat yoldaşı, borclu Məleykə Paşayeva şəhid anasıdır. Şəhidin 4 (dörd) övladı var. Bunlardan xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X11 tələbkarın (analarının) yanında, digər xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X7 isə borclu (şəhidin anası) Məleykə Paşayevanın yanındadırlar. İcra sənədinin icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə borclunun (şəhidin anasının) yaşadığı ünvanda olan zaman borclu ilə profilaktik söhbətlər aparılmış, həmçinin xx.xx.2011-ci il və xx.xx.2012-ci il təvəllüdlü uşaqlarla birlikdə xx.xx.2022-ci il tarixdə icra şöbəsinə gəlmələrinin vacibliyi diqqətinə çatdırılmışdır. Bu barədə müvafiq akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə tələbkar G.Paşayeva, nümayəndəsi İ.Həsənov və borlcu şəxs M.Paşayeva icra şöbəsinə gəlmişlər. Borclu şəxs uşaqları özü ilə gətirmədiyi üçün ona qısa müddət ərzində uşaqların icra şöbəsinə gətirilməsinin təmin olunması tələb edilmişdir. Borclu şəxs isə bildirmişdir ki, uşaqlar icra şöbəsinə gəlmək və analarını görmək istəmirlər. Bununla bağlı müvafiq akt tərtib olunmuşdur. Borclu xx.xx.2022-ci il tarixdə icra şöbəsinə gəlmiş, izahatında bildirmişdir ki, uşaqlar analarını istəmirlər və onları məcburi şəkildə icra şöbəsinə gətirə bilməz. Bundan sonra xx.xx.2022ci il tarixdə borclunun yaşadığı ünvanda olan zaman, həm uşaqlar xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X7 ilə, həm də borclu (şəhidin anası) şəxslə ayrı-ayrılıqda profilaktik danışıqlar aparılmış, həmçinin uşaqların anaları (tələbkarla) görüşmələri ilə bağlı fikri öyrənilmişdir. Uşaqlar qəti surətdə anaları ilə görüşmək istəmədiklərini, amma analarınının iştirakı olmadan bacıları ilə görüşə biləcəklərini bildirmişdilər. Bununla bağlı videocəkiliş aparılmışdır (videoçəkilişə dair CD disk məhkəmə iclası zamanı təqdim oluna bilər). İcra sənədinin icrasını təmin etmək məqsədilə növbəti dəfə xx.xx.2023-cü il tarixdə tələbkar G.Paşayevanın (yanında qalan Zeynəb və Sofiya adlı uşaqlarla birlikdə) iştirakı ilə borclu şəxsin yaşadığı (ünvan 1 ünvanda olmuşlar. Həmin vaxtı borclu şəxs M.Paşayevanın yanında qalan Əlizaman və Məryəm adlı uşaqların bacıları Sofiya və Zeynəblə münasibətlərinin səmimi, mehriban və normal olduğunu müşahidə etmişlər. Tərəflərindən edilən bütün cəhdlərə baxmayaraq, uşaqlar Əlizaman və Məryəm anaları ilə ünsiyyət qurmaqdan, habelə onunla getməkdən israrlı şəkildə imtina etmişlər. Bununla bağlı videocəkiliş aparılmış və müvafiq akt tərtib olunmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə yuxarıda qeyd olunan ünvanda olan zaman uşaqlar Məryəm və Əlizamanla tərəflərindən fərdi söhbətlər aparılsa da, uşaqlar analarına getmək istəmədiklərini bildirmişlər. Bununla yanaşı, icra sənədinin icrası ilə bağlı tərəflərindən xx.xx.2022-ci il tarixli məktubla Abşeron rayon İcra Hakimiyyətinə müraciət olunmaqla xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X3 hazırda yaşadıqları Xırdalan şəhəri, Mirzə İbrahimov küçəsi, döngə 1, dalan 2 ünvanında yerləşən 7 saylı evin mənzil-məişət şəraiti barədə məlumatın verilməsinə dair köməklik göstərilməsi xahiş olunmuşdur. Həmçinin, xx.xx.2022-ci il tarixli məktubla Abşeron rayon İcra Hakimiyyətinə müraciət olunmaqla xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X3 borclu Məleykə Paşayevadan alınaraq tələbkar X8 verilməsi istiqamətində profilaktik iş və əməli köməklik göstərilməsi xahiş olunmuşdur. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş aktdan müəyyən olunur ki, YYÇİHMK-nın məsul katibi vətəndaş Məleykə Paşayevanın yaşayış şəraitini müayinə etmək məqsədilə Abşeron rayonu, Xırdalan şəhəri, Mirzə İbrahimov küçəsi, döngə 1, dalan 2, ev 7 ünvanında olmuşlar. Baxış zamanı müəyyən olunmuşdur ki, vətəndaş Məleykə Paşayeva göstərilən mənzildə yaşayır, mənzil həyət sahəli evdən ibarətdir. Mənzil zal, dörd otağı, mətbəx, hamam və sanitar qovşaqdan ibarətdir, təmirlidir. Mebel və digər məişət əşyaları ilə təchiz edilmişdir. Sanitar və gigiyenik cəhətdən normalara cavab verir. Beləliklə işin sadalanan hallarından görünür ki, borclu M.Paşayeva tərəfindən xx.xx.2012-ci il təvəllüdlü Əlizaman Paşazadənin və xx.xx.2011-ci il təvəllüdlü Məryəm Paşazadənin anaları Günay Paşayevaya verilməsi ilə bağlı hər hansı manea yaradılmır, uşaqlar özləri anaları ilə getmək istəmirlər. Digər tərəfdən Əlizaman və Məryəm adlı uşaqların məcburi şəkildə borcludan alınaraq tələbkara verilməsi uşaqların mənafelərinə zidd olmaqla psixoloji durumuna mənfi təsir göstərir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1-1.ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Göstərilənlərə əsasən şikayətin təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 8(012)-235/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. (hakim Aynur Behbudova) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. İş materiallarında olan: Abşeron Rayon Məhkəməsinin 2(012)-1791/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən yetkinlik yaşına çatmayanlar xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X3 cavabdeh X4 alınaraq iddiaçı X8 verilməsi, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X3 anaları X5 yanında qalmaları qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2933/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Abşeron Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, e- 2(012)1791/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh X6 apellyasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1213/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2933/2021 nömrəli iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi icra olunması üçün Maraqlı şəxsnə göndərilmiş, xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs icra məmuru Vadim Əliyev tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Maraqlı şəxs icra məmuru Vadim Əliyevin icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə xx.xx.2023-cü il tarixli qərarına əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-1791/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası mümkün olmadığı üçün məhkəməyə qaytarılması qərara alınmışdır. İcra işinin materiallarından görünür ki, Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Bakı şəhəri Təhsil İdarəsinə, Abşeron-Xızı Regional Təhsil İdarəsinə, Bakı şəhəri 205 nömrəli tam orta məktəbə ünvanlanmış müraciətləri mövcuddur. Şikayətdə şikayətçi icra işinin davam etdirilməsinin mümkün olmamasını uşaqların tələbkar ilə getmək istəmədikləri ilə əsaslandırmış, borclu tərəfindən heç bir maneə yaradılmamasını qeyd etmiş, həyata keçirilmiş icra tədbirləri sadalanmış və “İcra haqqında” AR Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədi məhkəməyə qaytarılmışdır. Kollegiya şikayətin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. İcra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin (bundan sonra — məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa onlaı dan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır; icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir; alimentın məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir. Maddə 9. İcra məmurlarının onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar. Maddə 12.1 Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə (ədalətli məhkəmə araşdırması hüququ) əsasən, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Konstitusiyanın 129-cu maddəsinin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən, məcburi icra tədbirinin tətbiqi üçün aşağıda göstərilən 3 əsas birlikdə mövcud olmalıdır: 1) icra sənədi icra məmuruna təqdim olunmalıdır; 2) icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmalıdır; 3) könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçməlidir. Hazırkı işdə hər 3 əsas mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin istinad olunan tələbləri baxımından, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün icra sənədinin Maraqlı şəxsnə qaytarılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: Maraqlı şəxs şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 8(012)-235/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar