Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-78/2025 06.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Şamaxı Rayon Məhkəməsinin 8(074)-30/2025 nömrəli, 21 fevral 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli qərardadı ilə (hakim F.Yaqubov) ərizənin qismən təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin 2(074)-90/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Borclu Tələbkar xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Borclu qərardaddan şikayət vermişdir. Şamaxı Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 8(074)-30/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Tələbkar hazırda qətnamənin icra qaydasının dəyişdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-90/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilməsi, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Borclu onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində, yəni hər ay hər uşağa görə 296 manat olmaqla, cəmi 592 manat məbləğində alimentin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 8(074)-30/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qəbul edilərkən, Ailə Məcəlləsinin 75.1, 76.1.2, 78.2-ci maddələrinin tələbləri nəzərə alınmamış və iki uşaq üçün hər ay 400 manat aliment ödənişi qərarı verməklə, məhkəmə onun aylıq qazancının 80 faizinə yaxın hissəsinin aliment kimi tutulmasını qət etmiş, bu isə qeyri-qanunidir və onun hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 21 fevral 2025ci il tarixli və onunla bağlı 11 aprel 2025-ci il tarixli qərardadları ləğv edilməli, ərizəyə yenidən baxılması üçün iş Şamaxı Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, tələbkar ərizəsinin məzmunu ziddiyyətli olmaqla, həm alimentin miqdarının artırılması, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına istinad etməklə, dolayısı ilə qətnamə ilə tutulan alimentin məbləğinin indeksasiyası ilə bağlı olmuşdur. Lakin, ərizəçi tələbində Şamaxı Rayon Məhkəməsinin 2(074)-90/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarınadək saxlanmaları üçün Borclu onun xeyirinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.74 misli həddində sabit pul məbləğində, yəni hər ay hər uşağa görə 296 manat olmaqla, cəmi 592 manat məbləğində alimentin tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbinə müvafiq olaraq, ərizəçinin hüquqi marağının konkret olaraq nədən ibarət olmasını dəqiqləşdirməmiş və ona prosessual hüquqlarının həyata keçməsinə köməklik göstərməmişdir. Halbuki iddiaçının hüquqi marağının alimentin miqdarının artırılmasından və ya alimentin məbləğinin indeksasiyasından ibarət olmasına dair dəqiqləşdirilməsi ərizəyə məhkəmə qərarının icrası qaydasında və ya iddia icraatı qaydasında işə baxılmalı olması baxımından əhəmiyyətli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Borclu şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli və onunla bağlı 11 aprel 2025-ci il tarixli qərardadları ləğv edilməli, ərizəyə tərəflərin iştirakı təmin edilməklə yenidən baxılması, qərardadda göstərilən xüsusatlar araşdırılmaqla məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli və onunla bağlı 11 aprel 2025-ci il tarixli qərardadları ləğv edilsin. Ərizəyə yenidən baxılması üçün iş Şamaxı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-78/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-78/2025
06.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver