Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-8/2021 18.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X8 və X7 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, tələbkar X2 iştirakı ilə, Qubadlı rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(028)-9/2020 saylı qərardadından ərizəçi Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qubadlı rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim V.Ruvinov) Borclu Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Ərizəçi Borclu qərardaddan şikayət vermişdir. Qubadlı rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. ƏRİZƏNİN DƏLİLLƏRİ Ərizəçi Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-1639/2019 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi, X3 ödəniləcək 12000 ABŞ dollarının 36 ay müddətinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Borclu ərizəsini müdafiə edərək göstərdi ki, Qubadlı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(028)-544/2018 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh Borclu qarşı “pul, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Borclu 14000 ABŞ dolları (ödəniləcək günə manatla məzənnəsi hesablanmaqla) tutulub X3 ödənilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(105)-1639/2019 nömrəli qətnaməsi ilə cavabdeh Borclu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Qubadlı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(028)-544/2018 saylı qətnaməsinin dəyişdirilərək, borc məbləğinin 12000 ABŞ dolları məbləğində müəyyən edilməsi (ödəniləcək günə manatla məzənnəsi hesablanmaqla) cavabdeh Borclu tutulub X3 ödənilməsi, apelyasiya şikayətinin verilməsi ücün ödənilmiş 15 manat dövlət rüsumunun cavabdeh Borclu özünə aid edilməsi, sənədlərin texniki ekspertizasının xərci olan 61,52 manatın iddiaçı X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmsinin Mülki kollegiyasının 2(102)-7329/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Sumqayıt şəhəri üzrə icra idarəsinin 16375- 20/16 saylı, xx xxxxxx 2020-ci il tarixli İcraata başlamaq haqqında qərarı ilə cavabdeh Borclu 12000 ABŞ dolları alınaraq X3 verilsin və Borclu icranı 10 gün müddətində könüllü təmin etməsi təklif olunması qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçi Borclu Qubadlı rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi şikayəti onunla əsaslandırmışdır ki, arvadı X4 xərçəng xəstəliyindən vəfat etmişdir. Himayəsində iki azyaşlı, yetkinlik yaşına çatmayan övladı vardır. Eyni zamanda o, Qubadlı rayonundan məcburi köçkündür. X4 vəfat etdikdən sonra ailəsinin, uşaqlarının saxlanılmasında çətinlik çəkir və hal-hazırda X3 12000 ABŞ dolları birdəfəlik ödəmək iqtidarında deyil. Qətnamənin icrasına nail olmaq üçün onun icra üsulu və qaydası dəyişdirilməsini, X3 ödəniləcək 12000 ABŞ dollarının 36 ay müddətinə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən tələbkar X6 şikayəti qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə ərizəçiyə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən qeyd edilən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və tələbkarın izahatını dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Qubadlı rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini iş materiallarına əlavə edilmiş Qubadlı rayon məhkəməsinin 8(028)-04/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının və 8(105)-91/2020 saylı xx.xx.2020-ci il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadının surətlərinə əsasən Borclu hazırki məzmunlu ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etməsini və nəticə olaraq müvafiq qərardadlar qəbul edildiyindən, iş üzrə icraata xitam verilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1 və 2-ci hissəsindən müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mülki işin icraatına xitam verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Ərizəçi Borclu şikayəti təmin edilməsin. Qubadlı rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Elman Əhmədov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №8(105)-8/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-8/2021
18.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver