Məhkəmə qərarları › İş №8(105)-8/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-8/2023

13.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-8/2023 13.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, X2 tərəfindən Abşeron rayon Məhkəməsinin 2(012)-1398/2014 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinin 07 fevral 2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarından verilən şikayətə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-230/2022 saylı qərardadından X2 tərəfindən tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Borclu X1 rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 07 fevral 2022-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv olunması və qanunsuz hərəkətlərinə görə baxılmış Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-230/2022 saylı qərardadının ləğv olunmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 07 fevral 2022-ci il tarixli “icraata başlamaq haqqında qərarının ləğv edilməsini və qanunsuz hərəkətlərinə görə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-230/2022 saylı, 04 may 2022-ci il tarixli qərardadı ilə X2 tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-1398/2014 nömrəli 24 dekabr 2014-cü il tarixli icra sənədi üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinin 07 fevral 2022-ci il tarixli icraata başlamaq haqqında qərarından verilən şikayətin təmin edilməməsi qərara alınmışdır (hakim Cəmilə Səfiyeva). xx.xx.2022-ci il tarixdə X4 tərəfindən icraata başlamaq haqqında qərarın ləğvi barədə ərizə verilmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-230/2022 saylı, 10 iyun 2022-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-230/2022 saylı qərardadının ləğv olunmasına dair şikayət ilə məhkəməyə müraciət etmək əvəzinə yenidən əvvəlki ərizəsi ilə məhkəməyə müraciət etdiyindən ərizə geri qaytarılmışdır. Borclu xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 8(012)-230/2022 saylı, 04 may 2022-ci il tarixli qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 8(012)-230/2022 saylı qərardadı ilə onun Abşeron Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 8(012)- 230/2022 saylı qərardadından verdiyi şikayət müddət ötürülməklə və elektron qaydada verilmədiyindən geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə X4 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-230/2022 saylı, 04 avqust 2022-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 8(012)-230/2022 saylı qərardadından verilmiş şikayət geri qaytarılmışdır (hakim Elman Məmmədov). Borclu xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 8(012)-230/2022 saylı, 10 iyun 2022-ci il tarixli qərardadından təkrar şikayət vermişdir, Abşeron Rayon Məhkəməsinin 8(012)-230/2022 saylı, 19 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-230/2022 saylı, 10 iyun 2022-ci il tarixli qərardadından xx.xx.2022-ci il tarixdə verilmiş şikayətə baxılması üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Elman Məmmədov). Borclu xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 8(012)-230/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət vermişdir, Sumqayıt Apellyasya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-119/2022 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-230/2022 saylı, 10 iyun 2022-ci il tarixli qərardadından verilmiş şikayətə baxılması qeyr-mümkün hesab edilmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-230/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsalandırılmışdır ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramazani Nicatın xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarının ləğv olunmasına dair ərizələri obyektiv araşdırılmamışdır. İcra məmuru Ramazani Nicat onu heç bir vasitə ilə çağırmadığı halda, onun çağırışlara gəlmədiyi üçün 10 (on) gün həbs olunmağına qərar vermişdir. Atasının özü üçün tikdirdiyi evin tikintisində atasına heç kəs maddi və material cəhətdən kömək etmədiyini məhkəmə araşdırmamışdır. Abşeron RM-də onun şikayət ərizələri obyektiv araşdırılmadan, şahidləri dindirilmədən ərizələrində göstərdiyi faktlar araşdırılmadan baxılmaz qalaraq məhkəmədə onun hüquqları pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 8(012)-230/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə göndərilən, xx.xx.2022-ci il tarixdə aldığı qərardadda “Qərardaddan 10 gün müddətinə Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər” göstərilən tələb əsasında qərardaddan faktiki olaraq müraciət müddəti keçmədən Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəməyə həmin ərizə ilə müraciət etdiyi halda xx.xx.2022-ci il tarixli, 8(012)-230/2022 nömrəli qərardadında “əvvəlki ərizəsi ilə məhkəməyə müraciət etmişdir” göstərmişdir. Müddət ötürülmədən Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-230/2022 nömrəli həmin qərardadından qanunla müəyyən edilən müddət daxilində xx.xx.2022-ci il tarixində Abşeron Rayon Məhkəməsinnə etdiyi müraciətdə “şikayət” sözü əvəzinə səhvən “ərizə” sözü yazdığına görə məhkəmənin 10 iyun 2022-ci il tarixli, 8(012)-230/2022 nömrəli qərardadı ilə “şikayət” sözü əvəzinə “ərizə” sözü yazılmış müraciəti geri qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)230/2022 nömrəli qərardadından faktiki olaraq müraciətin müddəti keçmədən xx.xx.2022-ci ildə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından Abşeron Rayon Məhkəməsinə yenidən şikayətlə və müddətin bərpası barədə ərizə ilə müraciət etmişdir. 8(012)-230/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı poçt vasitəsilə xx.xx.2022-ci ildə göndərilmiş, xx.xx.2022-ci il tarixdə alınmışdır. Qərardaddan qanunla müəyyən edilən müddət daxilində 7 (yeddi) gün ərzində şikayət vermə müddəti ötürülmədən Abşeron Rayon Məhkəməsinin elektron sistemində xx.xx.2022-ci il tarixində qanunun tələbinə əsasən şikayət vermişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadında göstərdiyi hallarda şikayət vermə müddətinin keçməsi halları yoxdur. Məhkəmədən göndərilən sənədlər nə vaxt göndərilir və nə vaxt alınır və nə qədər müddətdə müraciət olunur, faktları özünə əziyyət vermədən araşdırmamışdır. Nəticədə haqsızlıq edərək və kobud qanun pozuntusu ilə vətəndaşlara həddindən artıq zərər vurur. Qərardaddan faktiki olaraq müraciət müddəti keçmədən məhkəməyə müraciətlər etmişdir. Şikayətinin faktiki halları hakimlər tərəfindən qanun çərçivəsində obyektiv araşdırılmamışdır. Odur ki, Abşeron Rayon Məhkəməsinin 8(012)- 230/2022 saylı, 04 avqust 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-230/2022 saylı, 04 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, məhkəmə müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin 04 may 2022-ci il tarixli qərardadı X4 tərəfindən 24 may 2022-ci il tarixdə xəbərnaməyə imza edilməklə alınmış, həmin qərardaddan qanunla müəyyən edilən müddət daxilində xx.xx.2022-ci il tarixdə ərizə vermiş, lakin şikayət əvəzinə ərizə ilə məhkəməyə müraciət etdiyindən məhkəmənin 10 iyun 2022-ci il tarixli, 8(012)-230/2022 saylı qərardadı ilə ərizə geri qaytarılmış, xx.xx.2022-ci il tarixdə şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 8(012)-230/2022 saylı qərardadı ilə onun şikayəti müddət ötürülməklə və elektron qaydada verilmədiyindən geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə yenidən Elektron sisteminə şikayət göndərmişdir. Buradan da görünür ki, məhkəmənin 04 may 2022-ci il tarixli qərardadından onun tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş qaydada verilmədiyindən qərardaddan şikayət vermə müddətinin axımı dayanmamış, o səbəbdən həmin qərardaddan şikayət vermə müddəti ötürülmüş, lakin müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onlar verən şəxsə qaytarılır. 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Bununla da müəyyən edilir ki Abşeron Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 8(012)-230/2022 saylı qərardadından X2 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş qaydada verilmədiyindən qərardaddan şikayət vermə müddətinin axımı dayanmamış, o səbəbdən həmin qərardaddan şikayət vermə müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-230/2022 saylı qərardadı ndan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-230/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar