Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-80/2023 18.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Borclu icra məmurunun qərarına xitam verilməsi və icra sənədi üzrə icraatın dayandırılmasına dair şikayəti üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-190/2023 nömrəli qərardadından ərizəçi Borclu nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ Ərizəçi Borclu oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 238557/2022-4N-li qərarına xitam verilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-1121/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Maraqlı şəxs 238557/20222-27-6-004 saylı icra sənədi üzrə hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək icraatın dayandırılması öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulmasını xahiş etmişdir. Ərizəçi Borclu şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(012)-1121/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X3 övladı 30 iyun 2016-cı il təvəllüdlü X2 ilə hər həftənin bazar günü saat 11:00-dan 18:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi qət edilmişdir (Hakim: Elman Məmmədov). Qətnamədən apellyasiya şikayəti və Ali Məhkəməyə şikayətlər verilmişdir. Qətnamə qüvvəsini də qalmışdır. İcra prossesi başlamamış o, artıq Azərbaycan Respublikası ərazisi hüdudları kənarında yaşamışdır. Azərbaycan Respublikası ərazisində yaşadığı zamanda o, heç bir zaman ata ilə qızının görüşməsinə mane olmamış, əksinə görüşlərinin təşkil olunmasını öz üzərinə götürərək, Nurlanın qızı ilə görüşüb ünsiyyət qurmasına sövq etmişdir. Belə ki, bunu onda olan şəkillərdən aydın aşkar görmək olar. Abşeron Rayon Məhkəməsinin 15 avqust 2018 -ci il tarixli, 2(012)-35862/2018 saylı qətnaməsinə görə, görüş vaxtı hər həftənin bazar günü saat 11:00-dan 13:00-dək ünsiyyət hüququ təyin olunsa da Nurlan uşağı görməyə onun təkidiylə yalnız Yeni il bayramında və uşağın ad günündə gəlmişdir. Uşağı görməyinə baxmayaraq Nurlan yenidən məhkəməyə müracət edib, yeni qərar çıxarılmasını xahiş etmişdir. Bunun səbəbi isə uşaqla ünsiyyət qurmaq deyil, onunla inadlaşıb həyatını qaraltmaqdır. Nurlanın anası Əzizova Mehparə, uşağın Nurlandan olmadığını iddia edir, bununla yanaşı isə uşaq tələbi ilə məhkəmələrə müraciətlər edir. Sübut kimi ona yazdığı smslər vardır. Məhkəmələrə müraciətlərinin səbəbi kimi Nurlanın atası Əzizağa, Mehparənin istəyi uşağı görmək deyil "uşağı İcraçının əli ilə sürüməkdir". Buna nail ola bilmədiyi üçün onunla savaşır. Lakin təxmini 1 ildir ki, o, artıq ailəsiylə birlikdə İsveçrənin Malmo şəhərində yaşayır və uşağın atası ilə ünsiyyət qurub görüşməsinə etiraz etmir. Lakin bu mümkün deyil, Nurlanın Azərbaycan Respublikası ərazisində kredit borcları olduğu səbəbindən Azərbaycan Respublikasının hüdudları kənarına çıxışına məhdudiyyət qoyulmuşdur. Həmçinin uşağın atanın icazəsi olmadan xarici ölkəyə çıxarılması haqqında Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 5377/2021 saylı qətnaməsi mövcuddur. Bu haqda Maraqlı şəxs İcra X1 həm şifahi həm də yazılı surətdə ərizə ilə müraciət etmişdir. Müraciətində xaricdə yaşadığı üçün qeyd olunan İcra sənədinin icra olunması mümkün olmadığından, Azərbaycan Respublikasının "İcra Haqqında" qanununun 17.1.3-cü maddəsinə görə, müvafiq hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda. Azərbaycan Respublikasının "İcra Haqqında" qanununun 18.1.2-ci maddəsinə görə, borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda icra sənədi üzrə icraat dayandırılır. Azərbaycan Respublikasının "İcra Haqqında" qanununun 19.1.2-ci maddəsinə görə, borclunun və ya tələbkarın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissələrində müddətli həqiqi hərbi xidmətdə olduğu, üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda, stasionar müalicə müəssisəsində olduğu və ya borclunun, onun əmlakının axtarışda olduğu və ya ondan alınmış uşağın axtarışda olduğu halda - müvafiq olaraq hərbi xidmətdən buraxılanadək və ya kontrakt üzrə hərbi xidmətə başlayanadək, icra hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək, müalicə müəssisəsindən çıxanadək yaxud borclunun, onun əmlakının və ya ondan alınmış uşağın axtarışı başa çatanadək icraat dayandırılır. İcraatı dayandırmağı xahiş etmişdir. Qeyd olunan qanunun müddəasına əsasən, icra sənədi üzrə icraat məcburi olaraq müvəqqəti dayandırılması halı mövcuddur, cavabdehin icra hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək. Bu xahiş ilə Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab rəsmi olaraq ona hələdə verilməmişdir. Bundan başqa, onun Azərbaycan Respublikası ərazisindən kənarda olmağı aşkar şəkildə Maraqlı şəxsnə əlçatan olan Azərbaycan Respublikasının Miqrasiya və Sərhəd Xidmətinin sistemində sübut kimi mövcuddur. Lakin bütün bunlara baxmayaraq İcra məmuru onun barəsində AR ərazisi daxilində axtarışa vermişdir. Axtarışın səbəbi kimi yaşadığı yerin məlum olmaması qeyd edilmişdir. Halbuki, onun yaşadığı yer məlumdur, onun adına olan hər iki mobil nömrə işləkdir və bütün lazimi olan hüquqi işləriylə Azərbaycan Respublikasında olan səlahiyyətlərinin etibarnaməyə əsasən qanuni nümayəndəsi olan bacısı Nümayəndə məşğul olmaqdadır. Bütün bu məsələlərdən icra məmuru olan Ramazani Nicat agahdır, lakin onunla qəsdi-qərəzli davranaraq, vəzifəsi və səlahiyyətlərindən sui istifadə edərək onu yalnız hədələməklə məşğuldur. Qərəzliyinin bariz nümunəsi kimi özünün tərtib etdiyi qərarın məlumat olan hissəsini, Abşeron Rayon Polis İdarəsinə, Abşeron Rayon Məhkəməsinə və iş üzrə iddiaçıya göndərmiş, ona isə bu məlumatı göndərməmişdir. Bunu ona qarşı qurulan bir oyun kimi qiymətləndirir. İcra məmurunun bütün bu hərəkətləri onu Konstitusiya hüququ olan Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə görə, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər, hüququmu pozur. Belə ki, icra məmurunun bu hərəkətinin nəticəsi kimi, onu qatı cinayətkar kimi, xx.xx.2023-cü il tarixində sənədlərini yeniləmək məqsədi ilə Bakıya gəlmiş, hava limanında Dövlət Sərhəd Xidmətinin İşçiləri axtarışda olduğunu söyləymiş, pasportu əlindən alıb onu Sərhəd Xidmətinin Polis Bölməsinə təhvil vermişlər. O, pasportunu geri istədikdə onu hava limanında yüzlərlə adamın önündə, borca görə tutulduğunu, bu səbəbdəndə pasportu ona geri verə bilməyəcəklərini polislərə söyləyərək, bununlada nüfuzuna xələl yetirilmişdir. Gecə təxminən 04:00 radələrindən Polis müşaiyəti ilə öncə hava limanında yerləşən Polis Bölməsinə gətirilmiş, sonradan təxminən səhər saat 09:00 radələrinə kimi ordada gözləyəndən sonra Abşeron Rayon Polis Bölməsinin nümayəndəsi onu X10 Bölməsinə gəlib aparmışdır. Orada da qeydiyyata alındıqdan sonra onu Maraqlı şəxsnə təhvil vermişlər. Təxminən 09:05 radələrindən o, İcra Şöbəsində iclas olduğundan, orada iclasın bitməsini gözləmək məcburiyyəti qarşısında qalmışdır. İclas təxmini 10:00 radələrində bitmişdir. Bütün bu müddət ərzində onun nə səbəbdən gətirildiyini, hansı məhkəmə qərarı əsasında tutulduğunu tələb etsə də heç kim ona qərarı təqdim etməmişdir. 10:00 radələrində icra X9 gələrək, onun gətirilmə səbəbini təqdim etməkdən boyun qaçıraraq müxtəlif yersiz diskussiyalar aparmağa başlamışdır. Qanuni nümayəndəsi olan Nümayəndə otaqdan çıxartmaq məqsədi ilə 5 nəfər icraçı və orada olan tərəfdaşları vəzifələrindən sui istifadə edərək orada süni olaraq söz söhbət dava salaraq, əl-qol atmaq kimi qeyri etik hərəkətlər etməkdən çəkinməmişlər, onları qorxudmağa cəhd etmişlər. Lakin buna nail olmayacaqlarını anladıqda söyüş söyüb sonrada isə kameraya onları çəkməyə başlamışlar. Nümayəndəsi heç bir şəxsi onun icazəsi olmadan videoya çəkməyə ixtiyarı olmadığını deyib icazə vermədiyini və bu hərəkətin cinayət tərkibli olduğunu anlatmağa çalışsa da, icra məmuru video görüntünü çəkmiş, bundan sonra orada olan həmkarlarının köməkliyi ilə qanuni nümayəndəsini otaqdan zorla çıxarmışlar. Azərbaycan Respublikasının Konstitusiyasının 61ci maddəsinin İİİ bəndinə görə, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Onu hüquqi yardım almaqdan məhrum etməyə çalışmışlar. Qanuni nümayəndəsi tərəfindən ona qarşı qurulan hansısa sui-qəsd nəzəriyyəsinin olduğu bəhanəsi ilə onu buna inandırmağa çalışmışlar. Bu nəinki doğru deyil hətta gülüncdür. Bütün bu hadisələrdən sonra o, nümayəndəsi olmadığı təqdirdə danışmayacağını, heç bir şəkildə bu mövzuda hüquqi mövqeyini bildirməyəcəyini demişdir. Yalnız bundan sonra təxminən saat 12:00 radələrində qanuni nümayəndəsini otağa buraxmışlar və yalnız bundan sonra İcra məmuru ona çıxardığı qərarın surətini verməyə razı olmuşdur. O bu qərarı aldıqdan sonra izahat yazaraq evə yollanmışdır. Belə ki, o, xx.xx.2023cü il tarixində təxminən 05:00 radələrindən 12:00-a qədər səbəbsiz, heç bir qanuni əsas olmadan icraçının qanunsuz hərəkətləri nəticəsində süründürməçiliyə məruz qalmışdır. Xüsusi ilə qeyd etmək istərdi ki, o nə qaçaq nə də cinayətkar deyildir, bu günə qədər, qanunu heç bir şəkildə pozmamışdır, dövlətə 1 qəpikdə borcu yoxdur. Bütün bunları nəzərə alaraq hesab edir ki, icra məmuru ona qarşı qərəzlilik nümayiş etdirir, səbəbi isə onda sual doğurur. Bütün bu qeyd olunanlar, onun Azərbaycan Respublikasının bir vətəndaşı olaraq Konstitusiya hüquqlarını pozmaqdadır, habelə, konsitusiya hüququ olan AR vətəndaşı hər zaman maneasız öz ölkəsinə qayıtmaq hüququ vardır. Bundan başqa, Azərbaycan Respublikasının vətəndaşları, sərbəst surətdə hərəkət edə bilə, özünə yaşayış yeri seçə bilər və AR ərazisindən kənara çıxa bilər. Lakin Maraqlı şəxs hərəkətsizliyi ucbatından o, bütün bu hüquqularından istifadə etməkdən məhrum olunur, belə ki, onun ərizəsi və izahatına baxmayaraq, İcra Şöbəsi İcra haqqında qanunun 19.1.2-ci maddəsinin tələbini pozaraq iş üzrə icraatı dayandırmır, bu isə öz növbəsində xoşa gəlməyən nəticələrə gətirib çıxarır. Azərbaycan Respublikasının Konstitusiyasının 28.4-cü maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-190/2023 saylı qərardadı ilə ərizəçi Borclu Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 238557/2022-4N-li qərarına xitam verilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1121/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Maraqlı şəxs 238557/20222-27-6-004 saylı icra sənədi üzrə hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək icraatın dayandırılması öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulmasına dair şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Ərizəçi Borclu nümayəndəsi Əliyeva X5 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-190/2023 saylı qərardadından ərizəçi Borclu nümayəndəsi Nümayəndə verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır (hakim Elman Məmmədov). Ərizəçi Borclu nümayəndəsi Nümayəndə qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi tərəfindən qərardad ona rəsmi olaraq xx.xx.2023-cü il tarixində qəbzə imza etdirməklə verilmişdir. Bu o deməkdir ki, müddət xx.xx.2023 ildən başlamalı idi. Onun tərəfindən isə apellyasiya şikayəti xx.xx.2023-cü ildə verilmişdir. Hesab edir ki, şikayət vaxtında verilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı tamamilə əsassızdır və nəticə hissəsi tam olaraq ləğv edilməli, apellyasiya şikayətinin qəbul olunması təmin edilməlidir. Belə ki, qərardad ona poçt vasitəsi ilə rəsmi olaraq məhkəmə tərəfindən göndərilməmişdir. Habelə bunu poçt şöbəsində araşdırıb müəyyən etmişdir. Ona hakim tərəfindən verilən aktda qeyd olunmuşdur ki, qərardad poçt vasitəsi ilə göndərilmişdir, lakin poçt şöbəsinin sistemində bu məktub haqqında heç bir qeydiyyat yoxdur. Məhkəmədə isə qərardadın ona bu məktubun göndərilməsi haqqında sübut kimi xəbərnaməsi, yəni göndərilməni sübut təsdiqi yoxdur. Məktub vasitəsi ilə ala bilmədiyi Qərardadı şəxsən məhkəməyə müraciət edib, 24.05. 2023-cü il tarixində alıb, xx.xx.2023-cü il tarixində isə apellyasiya şikayətini elektron sistem vasitəsi ilə etmişdir. Lakin apellyasiya şikayətinin müddəti keçdiyi səbəbi ilə geri qaytarılması qərarı qəbul edilmişdir. Yenidən, qəbul edilən qərardad, qeydiyyatda olduğu ünvana göndərilməmiş, habelə elektron sistemə xx.xx.2023-cü il tarixində boş fayl yüklənilmişdir. xx.xx.2023-cü il tarixində, o, boş faylın yüklənməsi barəsində məhkəməyə ərizə ilə müraciət edib, həmin qərardadın ona kağız daşıyıcıda verilməsini xahiş etmişdir. 14 iyun 2023-cü il tarixində ona rəsmi olaraq məhkəmə tərəfindən kağız daşıyıcıda apellyasiya şikayətinin geri qaytarılması haqqında qərardad verilmişdir. Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərardadının ona xx.xx.2023-cü il tarixində verildiyini, onun öz növbəsində xx.xx.2023-cü il tarixində şikayət verdiyini nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti müddətli verilmişdir və təmin olunmalıdır. Göstərilənlərə əsasən o, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)- 190/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materiallarından aydın olur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-190/2023 nömrəli qərardadı xx.xx.2023-cü il tarixdə ərizəçi Borclu nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmiş, Azərbaycan Respublikasının MPM-in 135.6-cı maddəsinin tələbinə müvafiq olaraq da məhkəmə qərardadı rəsmi qaydada çatdırılmışdır. Hazırkı şikayət isə MPM-in 268.1-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla, xx.xx.2023-cü il tarixdə verilmiş və buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatətlə məhkəməyə müraciət olunmamışdır. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göründüyü kimi, qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmiş şikayət hazırda qüvvədə olan prosessual qanunvericiliyə əsasən şikayətin geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-190/2023 saylı qərardadından ərizəçi Borclu nümayəndəsi Nümayəndə verdiyi şikayətin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-190/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-80/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-80/2023
18.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver