Məhkəmə qərarları › İş №8(105)-82/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-82/2021

05.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-82/2021 05.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, Tələbkar: X1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin avtomobil üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair xx xxxxxx 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə (hakim E.A.Abdullayev) tələbkar X2 ərizəsinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(060)-3312/2019 saylı qərardadı ilə «Opel Astra» markalı, **-FR- *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsinə qoyulmuş qadağanın götürülməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: X4 ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(060)-3312/2019 saylı tarixli qərardadı ilə «Opel Astra» markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 1988-ci il buraxılışlı, «X7» markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh X3 alınaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin iddianın təmin olunması xahişi ilə məhkəməyə müraciət etmiş və cavabdeh Y.Ə.Zəkiyev tərəfindən «X7» markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəsinə qadaga qoyulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(060)-3312/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx xxxxxx 2020-ci il tarixli aktı ilə qətnamə icra edilmişdir. Məhkəmənin bu iş üzrə çıxarılmış qətnaməsi icra olunsa da avtomaşının üzərinə qoyulmuş həbs götürülməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Borclu şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, avtomaşın tələbkara 2020-ci ilin avqust ayında icraçı vasitəsi ilə verilmişdir. Avtomaşın üzərində həbsin olması tələkarı avtomaşını idarə etmək hüququndan məhrum edir. Həmin avtomobilin tələbkara verilməsi onun adına verilmiş vərəsəlik şəhadətnaməsi ilə təmin edilmişdir. Həmin vərəsəlik şəhadətnaməsi isə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə ləğv edilmişdir. Həmin iş cavabdeh olan tələbkar həmin qətnamədən apellyasiya şikayəti verməlidir. Avtomaşın isə tərəflər arasında həmin vərəsəlik mübahisənin predmetidir. Belə olduğu təqdirdə həmin avtomobilə yenidən onun vərəsəlik hüququ tanına bilər. Çünki vərəsəlik açılandan sonra həmin avtomobil onun istifadəsində olmuşdur. Hazırda o və ailə üzvləri vərəsəlik hüquqlarını rəsmiləşdirməlidirlər. Əks halda cavabdeh həmin əmlaka sərəncam verə bilər. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 8(060)-40/2020 saylı qərardadının ləğv edilməsi haqqında yeni qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Tələbkar S.İ.Əliyeva şikayətin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə qərardad ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(060)- 3312/2019 saylı qətnaməsi ilə 1998-ci il buraxılışı «Opel Astra» markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Borclu alınaraq S.İ.Əliyevaya verilməsi qət edilmişdir. Eyni zamanda həmin iş üzrə xx xxxxx 2019-cu il tarixli qərardadla həmin avtomobilin istifadəsinə qadağa qoyulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən iddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. İddiaçının təmin edilməsi məhkəmənin təşəbbüsü il əvə ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 355-17.3-cü maddəsində nəzərdə tutulmuş qətnamə qəbul edildikdə bank və (və ya) onun aktivləri ilə bağlı əvvəllər qəbul edilmiş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir. Məhkəmə kollegiyası iclası zamanı hazırda tərəflər arasında mübahisə olunan avtomobilin üzərində məhkəmə çəkişmələri mövcuddur və tələbkar S.İ.Əliyeva Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(060)-277/2021 saylı qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Ona görə də, məhkəmə kollegiyası qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilmişdir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.2-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Borclu şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2021-ci il tarixli 8(060)-40/2021 saylı qərardadı ləğv edilsin. X2 Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(060)-3312/2019 saylı qərardadı ilə buraxılış ili 1998-ci il, dövlət qeydiyyat nişanı **-FR-*** olan «X8» markalı avtomaşının istifadəsinə qoyulmuş qadağanın ləğv edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar