Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-82/2023 31.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Şamaxı Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 8(074)-40/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 2(074)-305/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Şamaxı rayonu, Pirsaat yaşayış massivində yerləşən, ümumi sahəsi 1687,5 kv.m. qeyri-yaşayış sahəsi cavabdeh Borclu tərəfindən boşaldılmalı, qeyri-yaşayış sahəsi əşyalar çıxarılmaqla, boşaldılmış vəziyyətdə Tələbkar ASC-yə təhvil verilməli, ödənilmiş 10 manat dövlət rüsumu Borclu tutularaq, Tələbkar ASC-yə ödənilməlidir. Maraqlı şəxs xx.xx.2022-ci il tarilxi qərarı ilə Şamaxı Rayon Məhkəməsinin 2(074)- 305/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkar ASC tərəfindən Maraqlı şəxs “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarından şikayət verilərək, həmin qərarın ləğv edilməsi xahiş edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 8(074)-40/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilərək, Maraqlı şəxs “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, Şamaxı Rayon Məhkəməsinin 2(074)-305/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır (hakim Fərid Yaqubov). Qərardaddan narazı qalan Borclu şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 8(074)-40/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 8(074)-40/2023 nömrəli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 8(074)-40/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət geri qaytarılmışdır (hakim Fərid Yaqubov). Qərardaddan narazı qalan Borclu şikayət verərək, qərardaddan verilmiş şikayətin geri qaytarılması haqqında Şamaxı Rayon Məhkəməsinin 8(074)-40/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 8(074)-40/2023 nömrəli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 8(074)-40/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Fərid Yaqubov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Şamaxı Rayon Məhkəməsinin 8(074)-40/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, Şamaxı Rayon Məhkəməsinin 2(074)-305/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmış, həmin qərardaddan narazı qalan Borclu şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməli olduğu halda, şikayətini poçt vasitəsilə göndərmiş, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsi, eləcə də şikayətdə şikayət verən şəxsin yaşayış yeri və şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar qeyd olunmaması səbəbindən geri qaytarmışdır. Azərbaycan Respublikası MPM-in 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi Borclu tərəfindən Şamaxı Rayon Məhkəməsinin 8(074)-40/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməli olduğu halda, şikayət poçt vasitəsilə məhkəməyə göndərilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, borclunun dəlilləri əsassızdır, Borclu tərəfindən şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən birinci instansiya məhkəməsi şikayəti geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 8(074)-40/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-82/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-82/2023
31.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver