Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-83/2024 18.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsinə dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X17 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, X1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlı şikayətinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-187/2024 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. X2 şikayət ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs icra məmuru X13 Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 saylı qətnaməsi üzrə ona məxsus ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 11-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 194 nömrəli mənzildən çıxarılmağını və mənzili boşaltmağını tələb etməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə aralarında 20 may 2017-ci il tarixli kooperativ binada mənzil tikintisi üçün müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə əsasən "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində 194 saylı mənzil ona təhvil verilmişdir, mənzilin dəyəri olan 42000 manat pul vəsaiti tam şəkildə tərəfindən şirkətə ödənilmişdir. 2017-ci il tarixdə mənzili tam şəkildə öz pul vəsaiti hesabına təmir elətdirərək ailə üzvləri ilə birlikdə mənzilə köçərək yaşayır. Sonradan Maraqlı şəxs icra məmuru mənzilin boşaldılmasını tələb etmişdir. İcra mərhələsində məlum olmuşdur ki, Əsədov Arif Оruc oğlu cavabdehlər X14, X20, X6 qarşı, "xxxx" MMC-yə qaşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 qətnaməsi ilə (hakim S.Quliyeva) iddia qismən təmin edilərək, ünvan 1 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 4-cü mərtəbəsində sahəsi 50 kv.metr olan 1 otaqlı 190 nömrəli mənzildən cavabdeh X21, ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 11-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 194 nömrəli mənzildən cavabdeh X4 və ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 192 nömrəli mənzildən isə cavabdeh X10 çıxarılması və həmin yaşayış sahələri boşaldılaraq iddiaçı X18 təhvil verilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi icraya yönəlmişdir. Sonra o, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)- 2659/2018 qətnaməsindən maraqlarına toxunan şəxs olaraq ərizə verərək işə cəlb edilməyi (tərəf kimi tanınmağı) və Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin, mülki işin materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İlkin olaraq Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 2659/2018 tarixli qərardadı ilə X7 olaraq maraqlarına toxunan şəxs qismində verdiyi ərizəsi təmin edilərək X8 və X7 iddiaçı X15 cavabdehlər X14, X20, X6 qarşı, "xxxx" MMCyə qaşı müqavilənin etibarsız hesab edilməsi və əmlakın təhvil verilməsi tələbinə dair mülki iş üzrə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq vəzifələrinə toxunan şəxslər hesab edilmiş, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 saylı qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər X8 və X7 tərəfindən verilmiş apellyasiya şikayətləri işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi müəyyən edilmişdir. X30 Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cii il tarixli, 2(012)-2659/2018 tarixli qərardadından şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2023-ci il tarixli, 2(012)-2659/2018 saylı qərardadı ilə xx.xx.2023-cü il tarixli, 2(012)-2659/2018 saylı qərardadını ləğv edilmiş və onun ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)- 702/2024 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə tərəfindən onun maraqlarına toxunmayan şəxs olaraq tanına bilməməyinin əsası olaraq göstərilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)- 2659/2018 saylı mübahisəli qətnamədə X3 və X9 və onların məhkəməyə təqdim etdikləri müqavilələrə münasibətdə iddia tələbi məhkəmə araşdırmasının predmeti olmamışdır. Yəni iddiaçı Əsədov Arif onun ilə "xxxx" MMC arasında bağlanmış ünvan 3 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 11-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 194 saylı mənzilə dair 20 may 2017-ci il tarixli müqaviləni mübahisələndirməmişdir. Lakin Maraqlı şəxs icra məmuru Cəlal Səfərli icra sənədi üzrə borclu, cavabdeh olmadığı halda, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)- 2659/2018 saylı qətnaməsi üzrə cavabdeh olmadığı və onun ilə “Abşeron LTD 2013 MMC arasında bağlanmış 20 may 2017-ci il tarixli müqavilə mübahisələndirilmədiyi, məhkəmə qətnaməsi ilə onun həmin mənzildən çıxarılmağı müəyyən edilmədiyi halda qanunsuz və əsassız olaraq öz vəzifə səlahiyyətlərindən suiistifadə edərək onu ailəsi ilə birlikdə mənzildən məcburi qaydada çıxardırlar. Halbuki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə də müəyyən olunub ki, hazırkı qətnamə onun maraqlarına toxunmur. Çünki iddiaçı Əsədov Arif onun ilə "xxxx" MMC arasında bağlanmış müqaviləni məhkəmədə mübahisələndirməmişdir və onunla MMC arasında bağlanmış müqavilə etibarsız hesab edilməsi və onun 194 saylı mənzildən çıxarılmağı barədə məhkəmə qətnaməsi mövcud deyildir. Belə olduğu halda Maraqlı şəxs icra məmuru icra sənədində adı göstərilmədiyi halda qanunsuz hərəkətlərə yol verərək öz fövqəl gücündən istifadə edərək onu mənzilindən çıxardaraq, mənzilin boşaldılmasını tələb edir. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 87.1-ci maddəsinin tələbinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Mövcud məhkəmə təcrübəsinə əsasən məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Hazırkı iş üzrə icra sənədini Abşeron Rayon Məhkəməsi tərəfindən verilmişdir.
3. Abşeron Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 8(012)-187/2024 saylı qərardadına əsasən, şikayət təmin edilmiş, Maraqlı şəxs icra məmuru X13 rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 saylı qətnaməsinin icrası üzrə X3 20 may 2017-ci il tarixli müqavilə ilə əldə etdiyi ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 11-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 194 nömrəli mənzildən çıxarılmasını və həmin mənzilin boşaldılmasını tələb etməsinə dair hərəkətləri qanunsuz hesab edilmişdir.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-187/2024 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-187/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
6. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2019-cu il tarixində icraata daxil olmuş və həmin tarixdə iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası üçün borclulara müvafiq bildiriş təqdim edilmişdir. Daha sonra icra sənədinin verilməsinə əsas olmuş qətnamədən apellyasiya şikayəti verilmiş və nəticədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə icra hərəkətlərinin davam etdirilməsi xahiş olunmuşdur. Bundan sonra icra sənədi üzrə borclu şəxslərin hər birinə tələbin könüllü icrası barədə bildiriş lazımı qaydada təqdim edilmişdir. İcra sənədinin X6 aid hissədə məcburi icrası xx.xx.2023-cü tarixinə təyin edilərək bu barədə borcluya müvafiq bildiriş təqdim edilmişdir. Həmin tarixdə ünvan 1 ünvanında yerləşən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda 11-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 194 nömrəli evdə baxış keçirilən zaman orada X7 adlı şəxsin ailə üzvləri ilə birlikdə yaşadığı məlum olmuşdur. Həmin şəxslərə icra sənədi üzrə tələbin mahiyyəti izah edilərək mənzilin boşaldılmalı olması nəzərinə çatdırılmışdır. Həmin şəxslərin xahişi və tələbkarın razılığı əsasında mənzilin boşaldılması üçün onlara xx.xx.2023-cü il tarixinə qədər möhlət verilmişdir. Göstərilən müddət keçməsinə baxmayaraq mənzilin boşaldılması təmin edilməmişdir. Ötən müddət ərzində mənzildə yaşayan şəxslərə mənzilin boşaldılması tələbi ilə dəfələrlə xəbərdarlıq edilmiş, lakin həmin X7 qətnamədən maraqlı şəxs olaraq apellyasiya şikayəti verməsini əsas gətirməklə icra sənədinin icra edilmədən geri qaytarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş, lakin Abşeron Rayon Məhkəməsinin 2(012)-2659/2018 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2023-cü il tarixli qərardad ləğv edilərək X7 və X8 maraqlı şəxs hesab olunmalarına dair ərizələri təmin edilməmişdir. İcra sənədinin məcburi icrası sonuncu dəfə xx.xx.2024-cü il tarixə təyin edilərək iş üzrə borclu X11 və ünvan 1 ünvanında yerləşən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda 11-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 194 nömrəli mənzildə yaşayan şəxslərə rəsmi qaydada bildiriş verilmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-187/2024saylı xx.xx.2024-cü il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, X7 və X9 MMC ilə bağladıqları müqavilələr məhkəmə araşdırmasının predmeti olmadığından konkret olaraq onların çıxarılması göstərilməmişdir. Qeyd edilir ki, məhkəmənin qənaətinə görə X3 mübahisəli yaşayış sahəsindən çıxarılmaması sözügedən məhkəmə qətnaməsinin icra edilməsinə maneçilik kimi qiymətləndirilməməlidir. Məhkəmənin bu cür əsaslandırması qüvvədə olan məhkəmə aktının tələbinə ziddir və əsaslandırma zamanı hər hansı hüquq normasına istinad edilməmişdir. Belə ki, icra sənədində borcluların qeyd edilən mənzillərdən çıxarılması və həmin yaşayış sahələrinin boşaldılaraq X18 təhvil verilməsi aydın şəkildə göstərilmişdir. İcra sənədində yaşayış sahələrinin tam boşaldılıb tələbkara verilməsinin qeyd edilməsi birmənalı olaraq onu göstərir ki, həm icra sənədi üzrə borclular, həm də həmin mənzildə yaşayan və icra sənədində adları qeyd edilməyən digər şəxslər yaşayış sahəsindən çıxarılmalı və yaşayış sahəsi tamamilə ilə boşaldılmış vəziyyətdə tələbkara təhvil verilməlidir. İş üzrə qətnamə qəbul edilərkən məhkəmə aktının “qət etdi” hissəsində və icra sənədində həmin göstərişin qeyd edilməsi məhz gələcəkdə qeyri-müəyyən şəxslərin mənzilə daxil olaraq icra sənədinin icrasına süni maneələr yaradılması və digər sui-istifadə hallarının qarşısının almaq məqsədi daşıyır. Əks halda icra sənədində mənzilin boşaldılması və tələbkara təhvil verilməsi nəzərdə tutulmazdı. Hazırda mənzildə yaşayan X3 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və digər müraciətləri icra prosesinin uzanmasına şərait yaratmaqla icra sənədinin icrasına maneçilik kimi qiymətləndirilməlidir. İcra sənədinin icrasına icra prosesində olan məhkəmə aktlarını şübhə altına alacaq vəziyyət və sübutlar yoxdur, həmçinin iş üzrə yeni açılmış hallar da mövcud deyil. Əksinə şikayətlər məhkəmə qərarlarının stabilliyinə xələl gətirir. Ona görə də hesab edir ki, ərizə əsassız olduğuna görə təmin edilməməlidir. İcra məmuru da məhkəmə qətnaməsini icra edərək mənzilin boşaldılmasını tələb edir. Yəni, icra məmurunun hərəkətlərində hər hansı bir qanunsuzluq yoxdur.
b) Şikayətə qarşı etirazın dəlilləri
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:
8. Maddə 72. Borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinin icrası 72.1. İşə baxan məhkəmə işin hallarından asılı olaraq yaşayış və ya qeyri-yaşayış sahəsinin boşaldılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə uyğun olaraq müddət müəyyən edə bilər. 72.2. Bu Qanunun 72.1-ci maddəsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış və ya qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılır. 72.3. İcra məmuru çıxarılmanın günü və vaxtı haqqında borcluya rəsmi bildiriş verir. Bildiriş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci və 135.3cü maddələrində müəyyən edilmiş qaydada verildikdə rəsmi qaydada təqdim edilmiş hesab olunur. Müvafiq bildirişi almış borclunun olmaması çıxarılmanın həyata keçirilməsinə mane olmur. 72.4. İcra məmuru icra sənədində göstərilmiş sahədən borclunun (çıxarılanın), onun əmlakının, ev heyvanlarının çıxarılmasını təmin edir. Bundan əlavə, borcluya (çıxarılana) həmin sahədən istifadə etməsi qadağan olunur. (...)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
9. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
10. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
11. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
12. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
13. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. İşdə olan kooperativ binada mənzil tikintisi üçün xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, “ünvan 4 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində, 194 №-li mənzilini X5 verməyi öz öhdəsinə götürür. Mənzil 2 otaqdan ibarətdir, mənzilin ümumi sahəsi 85 kv.m təşkil edir. Mənzilin ümumi dəyəri 42500 manat təşkil edir.
16. xx.xx.2017-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, X7 "xxxx" MMCdən ümumi sahəsi 85 metr kvadrat olan 2 otaqlı mənzili almış və tam olaraq 42500 manat məbləğində pul ödəmişdir.
17. Abşeron Rayon Məhkəməsinin 2(012)-2659/2018 saylı 2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 4-cü mərtəbəsində sahəsi 50 kv.metr olan 1 otaqlı 19 nömrəli mənzildən cavabdeh X21, ünvan 5 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 11-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 194 nömrəli mənzildən cavabdeh X11 və ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 192 nömrəli mənzildən isə cavabdeh X20 çıxarılmalı və həmin yaşayış sahələri boşaldılaraq iddiaçı X18 təhvil verilməlidir.
18. Abşeron rayon İcra şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarına əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-2659/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmış və icra hərəkətlərinin könüllü icra edilməsi üçün borclulara yəni X14, X6, X16 bildiriş göndərilmişdir.
19. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinə görə borclu yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış sahəsindən məcburi qaydada çıxarılır.
20. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən, icraatda tərəflər tələbkar və borcludur.
21. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən, icra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır.
22. Qanunun tələbindən göründüyü kimi icra icraatı zamanı müəyyən hərəkətləri etməli olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan şəxs icraatda tərəf olmalıdır. X7 isə yuxarıda adı çəkilən icra sənədi üzrə borclu deyil, həmin icra sənədi ilə onun üzərinə hər hansı icra edilməli öhdəlik qoyulmamışdır.
23. Digər tərəfdən, işdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-724/2024 nömrəli qərardadının surətindən görünür ki, iddiaçı X15 cavabdehlər X20, X11, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X14 qarşı “müqavilələrin etibarsız hesab edilməsi, mənzillərin və qeyriyaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(012)-2659/2018 nömrəli qərardadından maraqlarına toxunan şəxslər X7 və X8 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə baxaraq kollegiya qeyd etmişdir ki, müqavilələrdəki mənzillər qətnamədə qeyd edilən mənzillərlə eyni olsa da qeyd edilən qətnamədə iddiaçı Arif Əsədov cavabdehlərin yəni, X12 və X4 mənzildən çıxarılması barədə iddia qaldırmaqla qətnamə qəbul edilmişdir. Mübahisəli qətnamədə X19 və X5 və onların məhkəməyə təqdim etdikləri müqavilələrə münasibətdə iddia tələbi məhkəmə araşdırmasının predmeti olmamışdır, məhz ona görə də birinci instansiya məhkəməsi həmin şəxslərin hazırkı mülki iş üzrə maraqlı şəxslər hesab edilə bilməməsi qənaətinə gəlmişdir.
24. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mövcud şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından şikayət təmin olunmamalı, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-187/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-187/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.