Məhkəmə qərarları › İş №8(105)-84/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-84/2021

16.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-84/2021 16.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRARDAD xx xxxxx 2021-ci il İş № 8(105)-84/2021 Sumqayıt şəhəri Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi ilə, Qətnamədəki yanlışlığın aradan qaldırılması barədə cavabdeh Borclu ərizəsinə dair iş üzrə Xaşmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(067)-35/2021 saylı qərardadından cavabdeh Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-518/2020 saylı qətnaməsi ilə iddiaçı X5 ilə cavabdeh Borclu arasında xx xxxx 2014-cü il tarixdə bağlanmış rəsmi nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 anaları X2 himayəsinə verilməsi, iddiaçı X5 ilə cavabdeh Borclu birgə nikahlarından anadan olan xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün mülki iş məhkəməyə daxil olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat alimentin cavabdeh Borclu tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bundan sonra, cavabdeh Borclu qətnamədə yalnışlığın düzəldilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə cavabdeh Borclu ərizəsini onunla əsaslandırmışdır ki, qətnamənin təsviri hissəsindən, həmçinin iş materiallarında olan rəydən uşaqların uzun müddət onun himayəsində olduğu və uşaqlara baxdığı müəyyən edilir. Qətnamənin yekun hissəsini oxuyarkən belə məlum olur ki, uşaqlar xx.xx.2020-ci il tarixdən iddiaçının himayəsində olublar və o, həmin müddət üçün aliment ödəməlidir. Halbuki, bu belə deyil, uşaqlara hazırda da o, baxır və onların xərclərini qarşılayır. Buna görə də, qətnamədəki həmin yalnışlıq aradan qaldırılmalıdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(067)-35/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. (hakim İ.Xəlilov) Borclu Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(067)- 35/2021 saylı qərardadından şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ və TƏRƏFLƏRİN İZAHATLARİ : Borclu şikayətini onunla əsaslandırmışdır ki, qərardad bir sıra prosessual normaların pozulması nəticəsində çıxarılmışdır. Belə ki, birgə nikahdan doğulmuş uşaqlar hələ də onun himayəsindədirlər və onlar bundan məmnundurlar. O, valideynlik vəzifəsini vicdanla yerinə yetirir və uşaqlar onun yanında çox xoşbəxtdirlər. Məhkəmə isə bu hallara düzgün qiymət verməmiş və heç bir əsas olmadan onun ərizəsini rədd etmişdir. Göstərilənlərə əsasən qərardad ləğv olunmalıdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını cavabdehin şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Xaşmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(067)-35/2021 saylı qərardadı ləğv edilməli, ərizəyə yenidən baxılamsı üçün iş həmin məhkəməyə qaytarılmalıdır. İşin tədqiq olunan hallarından görünür ki, cavabdeh Borclu hazırkı ərizəsi Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-518/2020 saylı qətnaməsindəki yanlışlığın aradan qaldırılması barədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. “Məhkəmə qətnaməsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 04 saylı, xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qəbul etdiyi qətnaməni elan etdikdən sonra mahiyyətini dəyişmədən onda olan yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi iclasın vaxtı və yeri haqqında işdə iştirak edən şəxslər xəbərdar edilməklə məhkəmə iclasında həll edilir. Qətnamədəki yanlışlıqların və hesab səhvlərinin düzəldilməsi üçün Azərbaycan Respublikası MPM-də müddət müəyyən edilmədiyinə görə həmin məsələlər qətnamə icra edilənədək istənilən vaxt qaldırıla bilər. İşdən görünür ki, Xaçmaz Rayon Məhkəməsi mübahisə üzrə qətnaməni xx.xx.2020-ci il tarixdə qəbul etmiş, cavabdeh Borclu qətnamədəki yanlışlığın aradan qaldırılması barədə ərizəsi isə məhkəməyə xx xxxxxx 2021-ci il tarixdə daxil olmuşdur. Bununla belə, bu qətnaməyə əsasən icra sənədinin verilibverilməməsi, icra icraatına başlanıb-başlanılmaması barədə işdə hər hansı məlumat yoxdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli, 3-N saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmə sistemi üzrə vahid qeydiyyat və hesabat formasının təmin edilməsi üçün məhkəmə kodlarından (17-1 nömrəli əlavə) istifadə olunur, habelə işlərin (materialların) icraat növlərinin bir-birindən fərqləndirilməsi üçün onların birinci, apellyasiya, kassasiya instansiyası məhkəmələrində, həmçinin Ali Məhkəmənin Plenumunda qeydiyyatı üçün aşağıdakı indekslər müəyyən edilir: 2- mülki işlər üzrə icraat; 8- məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında icraat. İş materiallarından görünür ki, Borclu hazırkı ərizəsi məhkəmə qətnaməsinin icrası ilə bağlı deyil, qətnamədəki yanlışlığın aradan qaldırılması barədədir. Başqa sözlə, hazırkı icraat mülki mübahisə üzrə icraatın davamıdır və bu ərizəyə məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında icraatda baxıla bilməz. Buna baxmayaraq, işə baxan məhkəmə ərizəyə səhv icraatda baxmış və mahiyyəti üzrə həll etmişdir ki, bu da qüvvədə olan prosessual qanunvericiliyə ziddir. Belə ki, Təlimatın 144-cü maddəsinə görə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində məhkəmə (məhkəmə kollegiyası) sədrləri daxil olmuş işlərin (materialların) kargüzarlıq xidmətində nömrə verilməklə, əlifba göstəricisi (16 nömrəli əlavə) və qeydiyyat vərəqəsi tərtib edilməklə dərhal qeydə alınmasını və hakimlər arasında bərabər bölüşdürülməsini təşkil edirlər. Qeydiyyat vərəqələrindəki qeydiyyat nömrəsi eyni şəkildə işin (materialın) üz qabığında, daxil olma ştampında, əlifba göstəricisində və paylama kitabında səliqə ilə yazılmalıdır. Qeydiyyat nömrələrinin dəyişdirilməsi, qaralanması yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Eyni Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0 və 398.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunan Məcəllənin 399-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. İşə yenidən baxarkən, birinci instansiya məhkəməsi cavabdeh Borclu hazırkı ərizəsi üzrə icraatı düzgün müəyyənləşdirməli və yalnız bundan sonra onu mahiyyəti üzrə həll etməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 264, 267, 395-396, 398, 399, 400, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Xaşmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(067)-35/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Xaşmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar