Məhkəmə qərarları › İş №8(105)-84/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-84/2024

25.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-84/2024 25.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 Maraqlı şəxs böyük icra məmuru Nümayəndə xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsinə dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X13 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, X1 Maraqlı şəxs böyük icra məmuru Nümayəndə xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(067)-111/2024 nömrəli qərardadından X9 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizədə göstərilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-66/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, X2, X3 və X6 müştərək qaydada 6375.44 manat alınaraq "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Maraqlı şəxsnə daxil olmuş və icra məmuru Nümayəndə tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Belə ki, həmin qərarda tələbin ipoteka predmetinə yönəldilməsi göstərilməmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır.

3. Məhkəmə iclasında qərarından şikayət verilmiş Maraqlı şəxs icra məmuru izahatında bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-66/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, X2, X3 və X6 müştərək qaydada 6375.44 manat alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Belə ki, həmin icra sənədi xx.xx.2024-cü il tarixdə icraatına daxil olmuş və tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Həmin qərar qəbul olunduqdan sonra borcluya göndərilmiş, xx.xx.2024-cü il tarixdə borclu qərarı götürmüşdür.

4. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olnumuşdur.

5. xx.xx.2024-cü il tarixli, e126325/2024-26-3-004 saylı tələbin könüllü icrası haqqında borclular X4, X5 və X8 bildiriş göndərilmişdir.

6. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(067)-111/2024 nömrəli qərardadı ilə (hakim Aynur Əliyeva) ərizə təmin edilməmişdir.

7. X9 tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(067)- 111/2024 nömrəli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir.

8. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-111/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

9. Şikayət ərizə ilə eyni məzmunda əsaslandırılmışdır.

b) Şikayətə qarşı etirazın dəlilləri

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

11. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

12. Maddə 8. İcra sənədləri üzrə icraata başlanılması 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.

13. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.

14. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir.

15. 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.

16. 8.4. Əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır.

17. 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

19. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

21. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

23. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. İşdən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X6 xx.xx.2019-cu il tarixli, QFS4530_KMP kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 6295,57 manat, faiz borcu üzrə 9.87 manat, cəmi 6305,44 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 (qırx) manat məbləğində pul və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutulması, tələb ipoteka predmeti olan X7 mülkiyyətində olan Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən 2A saylı evin 2 saylı mənzilinə yönəldilməsi, bu əmlak hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh X7 xx.xx.2019-cu il tarixli, QFS-4530_KMP saylı kredit müqaviləsi üzrə cəmi 6305,44 manat borc və sonrakı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 (altmış) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmeti olan Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən 2A saylı evin 2 saylı mənzilinə ilkin satış qiymətinin 37.000 (otuz yeddi min) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi, həmçinin Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərinə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan cəmi 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər X6, X2 və X3 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına köçürülməsi qət edilmişdir.

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-66/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsi mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin likvid dəyəri 56.000 (əlli altı min) manat məbləğində müəyyən edilmiş, cavabdeh X6 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

27. Qeyd olunan qətnamə üzrə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə icra sənədi verilmişdir.

28. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanunda nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən qəbul etməli və icraata başlamalıdır. İpoteka predmetinə tutmanın yönəldilməsinin icra sənədi üzrə icraata başlamaq haqqında qərarda qeyd edilməməsi, icra sənədində göstərilən tələblərin icra edilməsi üçün mane olan hal deyildir. Odur ki, icra məmurunun icraata başlamaq haqqında qərarının bu əsasla ləğv edilməsinə dair şikayətin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından şikayət təmin olunmamalı, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(067)-111/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(067)-111/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar