Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-84/2025 15.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X12 və X3 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, borclu X10 nümayəndəsi Vəkil2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-487/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Maraqlı şəxs icra məmuru Nümayəndə icraata xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli qərarından tələbkar X5 nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Tələbkar X5 nümayəndəsi Vəkil1 şikayət ilə məhkəmə kollegiyasına müraciət edərək, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Maraqlı şəxs icra məmuru Nümayəndə “icra sənədi üzrə icraata xitam verilməsinə” dair qərarının ləğv edilməsi və icra sənədi üzrə 5263 ABŞ dolları məbləğində əldən çıxmış faydanın tələbkar Sabina Faridovnaya ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) Aulova Sabina X1rşı müqavilə üzrə ödənilməli olan məbləğin gecikdirilməyə görə faizin və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddia qismən təmin edilib, X7 ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatın məzənnəsi ilə 66500 (altmış altı min beş yüz) ABŞ dolları əsas məbləğ, 5263 (beş min iki yüz altmış üç) ABŞ dolları əldən çıxmış fayda və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pulun tutularaq X8 verilməsi və ilk iddianın qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı X14 qətnamədən apellyasiya şikayəti vermişdir, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2575/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər - T.Quliyev (sədrlik edən və məruzəçi), L.Məmmədova və G.Tağızadə) cavabdeh X10 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir, Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 02 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və V.Həsənov) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 2(105)-2575/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-487/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilmişdir. Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi qismən ilkin iddia tələbinin gecikməyə görə faizin ödənilməsi və qarşılıqlı iddia tələbinə aid hissələrdə ləğv edilməsi və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilmişdir. İlkin iddiaçı X9 ilkin iddia üzrə cavabdeh X6rşı gecikdirilməyə görə faizin ödənilməsi hissəsində ilkin iddia tələbi rədd edilməsi, qarşılıqlı iddiaçı X4rşılıqlı iddia üzrə cavabdeh X2rşı 11,01.2018-ci il tarixli razılaşma müqaviləsinin etibarsız hesab edilməsi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilmişdir. İş üzrə icra vərəqəsi çıxarılaraq Maraqlı şəxsnə göndərilmişdir. Belə ki, borclu tərəfindən uzun müddət keçdikdən sonra, əsas borcun, 66500 ABŞ dolları (ödəniş gününə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə) məbləğinin ödənilməsi gecikdirməklə və hissə ödənilməklə 2025-ci ilin aprel ayında başa çatmışdır. Lakin borclu tərəfindən icra vərəqəsinə uyğun olaraq 5263 (beş min iki yüz altmış üç) ABŞ dolları məbləğində əldən çıxmış faydaya görə ödənilməli olan məbləğ tələbkara hazırkı vaxtadək ödənilməmişdir. Buna baxmayaraq icra məmuru icraata xitam verməklə bağlı qərar qəbul etmişdir. Məhz qərarda icra məmuru tərəfindən əsas borcun, 66500 ABŞ dolları məbləğin ödənilməsi əsası ilə icraata xitam verilməsi qeyd olunmuşdur. Qərar tamamilə qanunsuz olduğundan və məlikəmə qətnaməsi tam icra olunmadığından icraata xitam verməklə bağlı qərar ləğv edilməlidir. Göründüyü kimi hazırkı icra vərəqəsi tam şəkildə icra olunmamışdır. Qərar “İcra Haqqında” Qanunun tələbləri pozulmaqla qəbul edilmişdir və bu səbəbdən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası tələbkar tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məlum olduğu kimi, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir (“İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5. maddəsi). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarına görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.5. maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, tələbkar şikayətində 5263 (beş min iki yüz altmış üç) ABŞ dolları məbləğində əldən çıxmış faydaya görə ödənilməli olan məbləğin tələbkara hazırkı vaxtadək ödənilməməsini əsas gətirərək, icra sənədinin tam şəkildə icra olunmamasını qeyd etmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə apellyasiya şikayətinin mübahisələndirilən hissədə qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsinin qismən ilkin iddia tələbinin gecikməyə görə faizin ödənilməsi və qarşılıqlı iddia tələbinə aid hissələrdə ləğv edilməsi və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin iddiaçı X5 ilkin iddia üzrə cavabdeh X6rşı gecikdirilməyə görə faizin ödənilməsi hissəsində ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddiaçı X4rşılıqlı iddia üzrə cavabdeh X2rşı xx.xx.2012-ci il tarixli razılaşma müqaviləsinin etibarsız hesab edilməsi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilməsi qət edilmişdir. Göründüyü kimi tələbkarın şikayətində mübahisələndirdiyi 5263 (beş min iki yüz altmış üç) ABŞ dolları məbləğində əldən çıxmış faydaya görə ödənilməli olan məbləğ hissəsində məhkəmə aktı ilə iddia tələbi rədd edilmişdir. Bu tələbə aid hissədə mövcud olmuş icra sənədində hər hansı məcburi icra hərəkətlərinin aparılmalı olması qeyd edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, tələbkar X5 nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməməli, Maraqlı şəxs icra məmuru Nümayəndə icraata xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 15, 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar X5 nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Maraqlı şəxs icra məmuru Nümayəndə icraata xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(105)-84/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-84/2025
15.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver