Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-85/2024 25.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan İsmayılovun təqdimatına dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-216/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu X3 və Borclu 37518,88 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar “Bank Respublika’’ ASC-nin xeyrinə ödənilməlidir. xx.xx.2024-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Orxan İsmayılovun borcluya məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu X3 və Borclu 37518,88 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunaraq tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. Lakin icra sənədinin icrası hazırkı vaxta qədər borclular tərəfindən tam yerinə yetirilməmişdir. “Elektron icra" informasiya sistemi vasitəsilə Borclu adına ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi, ünvan 2əli mənzil, ünvan 3mrəli mənzil və Sumqayıt şəhəri, “Yaşıl dərə massivi” Metallurq B.C, 894 ünvanında yerləşən 0,0320 ha torpaq sahəsinin (bağ sahəsi) olduğu aşkar edilmişdir. Belə olan halda Borclu barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsini rəhbər tutaraq, qeyd olunan icra sənədinin icrasını təmin etmək məqsədilə borclu “Elektron icra” informasiya sistemi vasitəsilə Borclu adına ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi, ünvan 2əli mənzil, ünvan 3mrəli mənzil və Sumqayıt şəhəri, “Yaşıl dərə massivi” Metallurq B.C, 894 ünvanında yerləşən 0,0320 ha torpaq sahəsinin (bağ sahəsi) üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur.
3. Tələbkar ASC-nin nümayəndəsi Nümayəndə təqdimatın qismən təmin edilməsini xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, borclunun hal-hazırda 11000 ABŞ dollar borcu vardır. ünvan 6 ünvanında yerləşən 22 nömrəli mənzilə həbs qoyulmasını xahiş etmişdir.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-216/2024 nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) təqdimat qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 22 nömrəli mənzilin üzərinə həbs qoyulması, təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
5. Borclu Eldarlı X6 Rayon Məhkəməsinin xx.xx.2024-cü il-cü il tarixli, 8(012)- 216/2024 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-216/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-5836/2015 saylı qətnaməsi ilə əsas borclu X8 oğlundan və zamin Borclu oğlundan 37518,88 dollar tutularaq Tələbkar ASC-yə ödənilməsi, tutmanın Mercedes Benz 350 markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qət edilmişdir. Qətnamə icra olunmaq üçün Sumqayıt, Suraxanı və Abşeron rayon icra şöbəsinə göndərilmişdir. “Mercedes Benz 350” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil hərracdan satılaraq borcdan 10000 manat ödənilmişdir. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu oğluna məxsus “Bentley Continental” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı, **-RG- *** dövlət qeydiyyat nişanlı və “BMW 428İ” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuş və həmin avtomobillərin hesabına borcun ödənilməsi qərara alınmışdır. “Bentley Continental” markalı avtomobil 28300 manata satılaraq borca yönəldilmişdir. Daha sonra “BMW 428İ” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil məhkəmədən kənar qaydada satılaraq onun da pulu banka ödənilmiş, bankın ərizəsi əsasında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə “BMV” həbsdən azad edilmişdir. Digər 3-cü “Hyundai Sonata” markalı, ** RG *** dövlət qeydiyyat nişanlı avtomobil isə hazırda həbsdədir və tutma yönəldilməsini gözləyir. Əlavə olaraq Borclu məxsus digər bir daşınmaz əmlak - Xırdalan şəhərində yerləşən mənzil də 2023-cü ildə hərraca çıxarılmışdır. Bütün qeyd olunanlardan əlavə ayrı-ayrı vaxtlarda borcdan ödənişlər də olmuşdur.
b) Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
“İcra haqqında” Azərbaycan Respubikasının Qanunu:
9. Maddə 45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.3. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. 45.4. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. 45.5. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 45.7-1. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. 45.8. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir.
10. Maddə 50. Borclunun əmlakı üzərinə həbs qoyulması (...) 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
11. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
12. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; (...)
13. Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
14. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
17. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu X3 və Borclu 37518,88 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar “Bank Respublika’’ ASC-nin xeyrinə ödənilməlidir.
18. 06 dekabr 2016-cı il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxan Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.
19. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-257/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan “Bentley Continental” markalı, **-HL-***, “Hyundai Sonata” markalı, **- RG-*** və “BMW 428İ” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır.
20. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-257/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Tələbkar ASC-nin idarə heyətinin sədri X2 “BMW 428İ” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi təmin edilmiş, “BMW 428İ” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür.
21. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-6/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus “Bentley Continental” markalı, **-HL-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür.
22. Həmin qərardadda qeyd edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 8(060)- 257/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan “Bentley Continental” markalı, **-HL-***, “Hyundai Sonata” markalı, **- RG-*** və “BMW” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Daha sonra mübahisəli avtomobil xx.xx.2023-cü il tarixli, 238/23 nömrəli hərrac yekunları barədə protokola əsasən X1. Bununla əlaqədar Tələbkar ASC Abşeron rayon İcra və probasiya şöbəsinə müraciət edərək, “Bentley Continental” markalı, **-HL- *** dövlət qeydiyyatlı nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin və digər məhdudiyyətlərin ləğv edilməsini xahiş etmişdir.
23. Şikayətdə həmçinin göstərilmişdir ki, borclunun digər bir daşınmaz əmlakı - Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km, bina 1, blok 82, mənzil 6A 2023-cü ildə hərraca çıxarılmış və satılmışdır.
24. Qeyd edilən sənədlərdən görünür ki, borcluya məxsus müxtəlif əmlakların üzərinə həbs qoyulmuş, həmin əmlaklardan bəziləri satılmış və borcun ödənilməsinə yönəldilmişdir. Təqdimatda qalıq borcun məbləği göstərilməmişdir. Birinci instansiya məhkəməsi isə göstərilən halları nəzərə almamış, hazırda borc məbləğinin nə qədər təşkil etməsinə dair mötəbər sənədləri tələb etməmiş, bəzi avtomobillərin üzərindən həbsin götürülməsi səbəblərini aydınlaşdırmamış, icra işi üzrə materialları tələb edib tədqiq etməmiş, o cümlədən bu hallar şikayətdə mübahisələndirilsə də qərardaddan verilən şikayətin dəlilləri yoxlanılmamış və araşdırılmamışdır.
25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-216/2024 nömrəli qərardadı ləğv edilərək, qərardadda göstərilən xüsusatlar araşdırılmaqla təqdimata yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-216/2024 nömrəli qərardadı ləğv edilsin. Qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla təqdimata yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.