Məhkəmə qərarları › İş №8(105)-86/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-86/2024

24.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-86/2024 24.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu əmlakının üzərinə həbs qoyulması barədə təqdimatının təmin edilməməsi haqqında Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-230/2024 nömrəli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ Abşeron rayonu 2 saylı notariat ofisinin 8İ-8879 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Tələbkar xeyrinə Borclu müddət üçün vaxtında ödənilməmiş 9000 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi 9025 manat məbləğində pul tutulması təklif edilmişdir Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyev məhkəməyə təqdimatla müraciət edərək, Borclu mülkiyyətində ünvan 1i ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron rayonu 2 saylı notariat ofisinin 8İ-8879 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 9025 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunaraq tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. Lakin icra sənədinin icrası hazırkı vaxta qədər borclu tərəfindən yerinə yetirilməmişdir. Aparılmış icra tədbirləri nəticəsində Borclu mülkiyyətində ünvan 1i ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin olması müəyyən edilmişdir. Belə olan halda Borclu barəsində məcbur icra tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-230/2024 nömrəli qərardadı ilə təqdimat təmin edilməmişdir (hakim Elman Məmmədov) Tələbkar xx.xx.2024-cü il tarixində şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)- 230/2024 saylı qərardadının ləğv edilərək Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatının təmin edilməsini xahiş etmişdir. Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayonu 2 saylı notariat ofisinin 8İ-8879 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən onun xeyrinə Borclu müddət üçün vaxtında ödənilməmiş 9000 manat və onun tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 9025 manat məbləğində pul tutulması təklif edilmişdir. Borclu əvvəllər Masazır Bələdiyyəsinin sədri olmuş və o, icra sənədində qeyd olunmuş 9000 manat məbləğində pulu vaxtilə torpaq məsələsi ilə bağlı borcluya verdiyini bildirmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron rayonu 2 saylı notariat ofisinin 8İ-8879 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Borclu 9025 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunaraq tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. Lakin icra sənədinin icrası hazırki vaxta qədər borclu tərəfindən yerinə yetirilməmişdir. Aparılmış icra tədbirləri nəticəsində Borclu mülkiyyətində ünvan 1i ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin olması müəyyən edilmişdir. Belə olan halda Borclu barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Odur ki, icra məmuru təqdimatın təqdim edilməsini xahiş etmişdir. Borclu borcunu avqustun 1-nə kimi ona qaytaracağını bildirmişdir. Borclu 2 saylı notariat ofisinin 8İ-8879 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydindən məhkəməyə şikayət etmiş, icra qeydinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə onun və borclunun izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab etmişdir ki, təqdimat rədd edilməlidir. Nəticədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-230/2024 saylı qərardadına əsasən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu mülkiyyətində ünvan 1i ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatı rədd edilmişdir. Hesab edir ki, məhkəmə işin hallarına formal yanaşmış, formal mülahizələr əsasında qərar qəbul etmişdir. Borclu bu günədək, 6 aya yaxın müddətdə borcdan heç bir məbləğ ödəməmiş, heç bir məsuliyyət hiss etməmişdir. Borclu heç bir əsas göstərilmədiyi halda məhkəmə tərəfindən icra məmurunun təqdimatı rədd edilmişdir. Hansı ki borclunun, həqiqətən də borcu qaytaracağına heç kəs və heç nə zəmanət vermir. Borclunun adına olan 0,03 ha torpaq sahəsini qazandığı müddət ərzində özgəninkiləşdirməsi də mümkündür. Odur ki, hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-230/2024 saylı qərardadı ləğv edilməli və Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməlidir. İşin hallarının öyrənilməsi üçün hüquqi imkanlar olduğu halda məhkəmə onları nəzərə almamış və nəticədə işin gələcəyi üçün ziddiyyətli qərar qəbul etmişdir. Həmçinin məhkəmə qarşı tərəfin, həqiqətən də vicdanlı olmasını sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi qarşı tərəfin, həqiqətən də vicdanlı olmasını sübut edə bilməmişdir. Məsələ ondan ibarətdir ki, yekun məhkəmə aktı əslində işin hallarını tam əks etdirmir. Hesab edirlər ki, hazırda hansısa maraqlar naminə qəbul edilmiş qərardadı mübahisələndirirlər. Odur ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatı yenidən mübahisələndirilməlidir. Göstərilənlərə əsasən o, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-230/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-16, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)- 230/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinə dair digər məhkəmə və icra işləri barədə məlumatlar bölməsindən çıxarış və Borclu tərəfindən Abşeron Rayon Məhkəməsinə daxil olmuş iddia ərizəsindən görünür ki, məcburi icra hərəkətlərinin aparılmasına əsas olmuş Abşeron rayonu 2 saylı notariat ofisinin 8İ-8879 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydi hazırda Borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilir və həmin iş Abşeron Rayon Məhkəməsinin icraatındadır. “İcra haqqında Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə görə icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. İcra məmuru “İcra haqqında AR Qanununun 17.1.4-cü maddəsinə əsasən icra sənədi üzrə icraatı dayandırmaq əvəzinə hazırki təqdimatla məhkəməyə müraciət etməsinə heç bir əsas olmamışdır və buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq təqdimatın təmin olunmaması qərarına gəlmişdir. Şikayətin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin dəlillər tələbkarın formal mülahizələrindən ibarətdir, təqdimatın təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Borclu mülkiyyətində ünvan 1i ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair təqdimatın təmin edilməməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-230/2024 nömrəli qərardadı ilə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-230/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar