Məhkəmə qərarları › İş №8(105)-86/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-86/2025

15.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-86/2025 15.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X10 və X4 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, X1nın, Borclu iştirakı ilə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsinə” dair xx.xx.2024-cü il tarixli qərarından X1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ X1 şikayət ilə məhkəmə kollegiyasına müraciət edərək, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə “icra sənədi üzrə icraata xitam verilməsinə” dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra işinin təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası tələbkar tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məlum olduğu kimi, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir (“İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5. maddəsi). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarına görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.5. maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1502/2022-004 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində qeyd olunan tələb X2 olan münasibətdə Borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Bundan sonra Abşeron Rayon Məhkəməsinin 2(012)-4506/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1502/2022 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаları üçün cavabdeh Borclu iddiaçı X8 qızının хеyrinə hər ay qazancının (başqa gəlirlərinin) yarısı hissəsi miqdarında aliment tutulması qərara alınmışdır. Göründüyü kimi mövcud icra sənədinin verilməsinə əsas olmuş məhkəmə aktı ilə müəyyən edilmiş alimentin miqdarı birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, X1 tərəfindən verilmiş şikayət təmin edilməməli, Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə icraata xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 15, 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə icraata xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar