Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-87/2021 20.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(060)-80/2021 saylı qərardadından Tələbkar şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(060)-80/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Aynur Behbudova) X1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2424/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2424/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qətnaməsi üzrə ödənilmiş 150 manat nəzərə alınmaqla X5 Tələbkarnə qalan 1151,13 manat məbləğində borcun 11 ay hər ay 100 manat, sonuncu ay 51,13 manat olmaqla 12 ay müddətinə hissə-hissə icra edilməsi qərara alınmış, tələbkar qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, X3 ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə borcun 12 ay ərzində hissəhissə ödənilməsinə dair qərardad qəbul olunmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2424/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən ondan iddiaçı Tələbkar xeyrinə 1083,48 manat əsas, 187,65 manat faiz, cəmi 1271,13 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmurunun xx xxxx 2020-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2424/2020 saylı, xx xxxxx 2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Hazırda əmlak vəziyyəti çox ağırdır və bu səbəbdən də məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 1271,13 manat borcu və 30 manat dövlət rüsumunu, cəmi 1301,13 manatı bir dəfəyə ödəməyə imkanı yoxdur. Belə ki, təxminən son bir ildə bütün dünyada, o cümlədən ölkədə koronovirus (COVİD-19) pandemiyasının yaratdığı xüsusi karantin rejimində iş yerlərinin kütləvi dayandırılması və ləğvi, sərbəst hərəkət imkanlarının məhdudlaşdırılması tədbirləri nəticəsində bütün mümkün qazanc yerlərini itirmiş və hazırda da hər hansı bir gəlir yeri yoxdur. Həmçinin o ailəlidir, himayəsində həyat yoldaşı və yetkinlik yaşına çatmayan 2 uşağı vardır, ailəsinin bütün maddi-məişət və təhsil xərcləri yaşlı ata-anasının təqaüdləri hesabına həyata keçirilir. O, yaranmış bu ağır maddi durumda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borcunu yalnız vaxtaşırı olmaqla, hissə-hissə ödəyə bilər. Artıq 2 dəfə borcundan tələbkarın hesabına 150 manat, yəni xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021-ci ildə isə 100 manat pul ödəmişdir. Məhkəmə qətnaməsi üzrə qalan məbləği, yəni, 1151,13 manatı hissə-hissə 12 ay ərzində, hər ay 100 manat olmaqla icra edə bilər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, X3 barəsində Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2424/2020 saylı, xx.xx.2020-cı il tarixli qətnamə çıxarıldıqdan sonra borclu tərəfindən cəmi 150 manat ödəniş olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra məmurları haqqında” qanunun 8-ci maddəsinə görə icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür. İcra məmuru tərəfindən icra vərəqəsi əsasında icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya qanunla müəyyən edilmiş qaydada icra vərəqəsinin icrası üçün könüllü icra müddəti verilmişdir. Lakin müəyyən edilmiş müddət ərzində borclu nəinki borcunu ödəmiş, hətta borcunu ödəməkdən yayınmışdır. Qərardadda Azərbaycan Respublikasımı MPM-nin 231.1-ci maddəsinin tələbinə uyğun olaraq borclu tərəfin əmlak vəziyyəti və tələbkar tərəfin mənafeyi nəzərə alınmamışdır. Məhkəmə qərardad qəbul edərkən borclunun əmlak vəziyyətinin araşdırılması ilə bağlı heç bir tədbir görməmişdir. Həmçinin icra məmuru borclunun gəlirlərini də müəyyən edib icra üsulunu dəyişməklə tələbi borclunun gəlirlərinə (əmək haqqı, təqaüd və s.) də yönəldə bilərdi ki, bu işlər də görülməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2005-ci il tarixli Qərarının 12ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Həmin Qərarın 13-cü bəndinə əsasən məhkəmələr bu məsələni həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə bu qərardadı qəbul etməklə yuxarıda qeyd edilən qərarın hər iki bəndinin tələblərini pozmuşdur. Qeyq olunan qərardadda qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz halların nədən ibarət olması əsaslandırılmamış, ən əsası da tələbkarın mənafeyinin nəzərə alınmaması onların hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, 1271,13 manat məbləğin hər ayda 100 manat olmaqla ödənilməsi 13 ay deməkdir, yəni müştəri banka borcunu demək olar ki, faizsiz 13 aya qaytarlımalıdır. Bu hal isə bankın mənafelərini pozmaqla yanaşı, digər kredit alanların da bu haldan sui-istifadə etmələri ilə nəticələnəcəkdir. Şikayətdə iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ərizənin rədd edilməsi xahiş olunmuşdur. Tələbkar, X3 və Sumqayıt şəhəri üzrə İcra idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, tələbkar və Sumqayıt şəhəri üzrə İcra idarəsi nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən, borclu məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilərək ərizə təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tələbkarın şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2424/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Tələbkar cavabdeh X6 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X4 iddiaçı Tələbkar xeyrinə 1083,48 manat əsas, 187,65 manat faiz, cəmi 1271,13 manat borc və 30 manat dövlət rüsumu tutulmuşdur. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmurunun xx xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2424/2020 saylı, xx xxxxx 2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə görə həmin məsələlərə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi xx xxxxxxx 2007-ci il tarixli qərarında hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan məhkəmə araşdırmasının tərkib hissəsi olduğunu qeyd etmiş, qətnamənin qanuni qüvvəyə minməsinə və icra prosesinə başlanılmasına baxmayaraq qətnamənin hələ də icra olunmamasını ərizəçinin Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan öz mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulması kimi qiymətləndirmişdir. Beləliklə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra edilməməsini Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci bəndinin pozulması kimi qiymətləndirmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 12-ci bəndinə görə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. İş materiallarından görünür ki, qətnamə üzrə ödənilməli olan məbləğ 1271,13 manat və 30 manat dövlət rüsumu təşkil edir. X3 ərizəsində 1151,13 manat borcunun 12 ay müddətində hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsini xahiş etmişdir. X3 ərizəsinə əlavə etdiyi qəbzlərdən görünür ki, Tələbkarnə xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə isə 100 manat, cəmi 150 manat ödəniş etmişdir. Hazırda Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2424/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qətnaməsi üzrə X5 Tələbkarnə 1151,13 manat məbləğində borcu qalmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, X3ndan hər ay 100 manat tutulmaqla qətnamə icra olunarsa, bu halda 1151,13 manatın ödənilməsi üçün 1 il (1151,13 manat : 100 manat : 12 ay) müddət tələb olunur ki, bu da ağlabatan müddət sayıla bilməz. Həmçinin icra qeydinin hissə-hissə icra edilməsinə əsas ola biləcək bu və ya digər müstəsna halın mövcudluğuna dair hər hansı bir sübut nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2424/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qətnaməsi qəbul edildiyi tarixdən keçən 1 ilə yaxın müddətdə X8 qətnamənin icrasına təşəbbüs göstərməmiş, ancaq hazırki ərizə ilə məhkəməyə müraciət etmək ərəfəsində 150 manat ödəniş etmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, tələbkarın şikayətində göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət təmin edilməli, məhkəmə qərardadı ləğv edilməli, borclunun ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 397 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(060)-80/2021 saylı qərardadı ləğv edilsin. X1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2424/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №8(105)-87/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-87/2021
20.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver