Məhkəmə qərarları › İş №8(105)-87/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-87/2023

25.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-87/2023 25.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-234/2022 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə cavabdeh X6 tərəfindən verilmiş ərizəyə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Tələbkar X5, "xxxx" MMC-yə və "xxxx" MTK-ya qarşı ümümi birgə nikah dövründə əldə edilmiş kooperativ mənzilə dair qanunsuz yollarla aparılmış bütün əməliyyatların-MTK üzvlərinin iclas protokollarının, qərarlarının, mənzilin özgəninkiləşdilməsinə əsas olmuş ərizə və müraciətlərin, mənzillərə dair cavabdeh payçıya verilmiş müqavilənin verildiyi və bağlandığı andan etibarsız hesab edilməsi, cavabdeh payçıların mənzillərdən çıxarılmaqla azyaşlı övladı ilə mənzilə, mənzillərə ½ hissədə sahiblik və istifadə hüququnun tanınması, pozulmuş sahiblik hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(012)-1223/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim H.Əhmədov). Qətnamədən narazı qalan iddiaçı Tələbkar apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(012)-1223/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-234/2022 nömrəli qətnaməsi ilə iddiaçı Tələbkar apellyasiya şikayəti qismən təmin olunaraq Abşeron Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(012)-1223/2021 saylı qətnaməsi, "xxxx" MTK-dakı 86,91 kv.metr sahəsi olan 141 nömrəli mənzil üçün (sonradan 109,79 kv.metr sahəsi olan 220 nömrəli mənzilə dəyişdirilmiş) ödənilmiş və sonra geri qaytarılmış vəsaitin bölünməsinin rədd olunması hissəsində ləğv olunması, iş üzrə bu hissədə yeni qətnamə qəbul edilməsi, iddianın bu hissədə qismən təmin edilməsi, "xxxx" MTK-dakı 86,91 kv.metr sahəsi olan 141 nömrəli mənzil görə (sonradan 109,79 kv.metr sahəsi olan 220 nömrəli mənzilə dəyişdirilmiş) X5 qaytarılmış 40180 manatın yarısı-20090 manat X1 tutularaq Tələbkar verilməsi, qətnamənin iddianın qalan rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun yarısının iddiaçıya aid edilməsi, qalan hissəsinin-yəni 10 manat pulun X1 tutularaq Tələbkar verilməsi qət edilmişdir (sədrlik edən Şəmsəddin Abasov, hakimlər Səyyad Qafari və Telman Məmmədov). Hazırda cavabdeh X6 ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-234/2022 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizənin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh X6 tərəfindən verilmiş ərizə geri qaytarılmalıdır. “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 yanvar 2003-cü il tarixli 1 №-li Qərarından görünür ki, məhkəmələrə tövsiyə edilsin ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Qanunvericiliyin qeyd edilən tələbinə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X3 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi geri qaytarılmalı, ona qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə ilə işə baxan birinci instansiya məhkəməsinə müraciət etməli olduğu izah edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X3 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi geri qaytarılsın. Cavabdehə izah olunsun ki, qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə ilə işə baxan birinci instansiya məhkəməsinə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar