Məhkəmə qərarları › İş №8(105)-87/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-87/2024

30.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-87/2024 30.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X3, hakimlər Dəmirov İlqar Kamal oölu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Qubadlı Rayon Məhkəməsinin borcun indeksasiyasına dair xx.xx.2024-cü il tarixli, 8(028)-1/2024 saylı qərardadından ərizəçi (tələbkar) X7 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: X2 məhkəmə qətnaməsinə əsasən ödənilməsi qət edilmiş pul məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə borclu (cavabdeh) Borclu ona ödəməli olduğu 36.316,76 manat pul vəsaitinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası ərazisində Dövlət Statistika Komitəsinin məlumatına əsasən istehlak qiymətlərinin 5,3% artması nəzərə alınmaqla indeksasiya edilməsini və hesablanmış 38.147,44 manat pul vəsaitinin cavabdeh Borclu tutulub ona verilməsini xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(028)-1/2024 saylı qərardadı ilə X2nın ərizəsi təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə borclu (cavabdeh) Borclu tələbkar (iddiaçı) X5 ödəməli olduğu 36316,76 manat pul vəsaitinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası ərazisində Dövlət Statistika Komitəsinin məlumatına əsasən istehlak qiymətlərinin 5,3% artması nəzərə alınmaqla indeksasiya edilib hesablanmış 38147,44 manat pul vəsaitinin borclu (cavabdeh) Borclu tutularaq ərizəçi (tələbkar) X5 ödənilməsi qərara alınmışdır (hakim Elmir Hüseynov). Ərizəçi X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Məhkəmənin xx.xx.2024-cü il tarixli, 8(028)-1/2024 saylı qərardadının qismən ləğv edilməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə borclu (cavabdeh) Borclu ona ödəməli olduğu 36316,76 manat pul vəsaitinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası ərazisində Dövlət Statistika Komitəsinin məlumatına əsasən istehlak qiymətlərinin 5,3% artması nəzərə alınmaqla indeksasiya edilib hesablanmış 38862,87 manat pul vəsaitinin borclu (cavabdeh) Borclu tutularq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(028)-1/2024 nömrəli qərardadı ilə X2nın həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 8(028)-1/2024 saylı qərardadından verdiyi şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Gülnarə Tağızadə). Ərizəçi X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(028)-1/2024 saylı qərardadından verdiyi şikayəti onunla əsaslandırmışdır ki, həmin qərardadla qismən razı olmadığına görə ondan şikayət vermək qərarına gəlmişdir. Belə ki, məhkəmə tərəfindən hazırkı iş üzrə ekspertiza təyin edilmiş və iş materiallarında olan ekspert rəyindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-1432/2021 saylı qətnaməsi ilə qət edilmiş 40000 manat pul vəsaitindən cavabdeh Borclu tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ona cəmi 3093,19 manat məbləğində ödənişlər edilmiş və cavabdehin xx.xx.2023-cü il tarixə qalan borcu 36906,81 manat təşkil etmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən istehlak qiymətlərinin 5,3% artması nəzərə alınmaqla, artım məbləğinin (36906,81*5,3%=1956,06) 1956,06 manat təşkil etdiyi müəyyən olunur. Ümumilikdə qalıq borcu ilə faiz borcunun cəmi isə (36906,81+1956,06=38862,87) 38862,87 manat təşkil edir… Ona görə də xahiş edir ki, borclu (cavabdeh) Borclu xx.xx.2023-cü il tarixə qalan borcu ekspert rəyi ilə indeksasiya edilib hesablandığı kimi 38.862,87 manat məbləğində müəyyən olunsun və bu məbləğdə pul vəsaitinin borclu (cavabdeh) Borclu tutulub ona ödənilməsi barədə yeni qərardad qəbul edilsin. Birinci instansiya məhkəməsi ərizəçi (tələbkar) X4 şikayətinin dəlilləri ilə razılaşmamış, özünün gəldiyi nəticəni və qərardadını düzgün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə araşdıraraq bu nəticəyə gəlir ki, şikayət qismən təmin edilməklə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(028)-1/2024 saylı qərardadı ləğv edilməli və ərizəçi (tələbkar) X4 borcun indeksasiya edilməsi barədə ərizəsi yenidən baxılması üçün həmin Məhkəməyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi tələbkar Mahirə Bağırovanın ərizəsini təmin edib Borclu xx.xx.2023-cü il tarixə qalan borcunun məbləğini indeksasiya etsə də, lakin borcun indeksasiya olunmuş məbləği barədə fərqli nəticələr alınmışdır. Borcun indeksasiya olunmuş məbləğini tələbkar özü 38147,44 manat, ekspert isə 38862,87 manat müəyyən etmiş, məhkəmə də ekspertin rəyini nəzərə almayıb tələbkarın hesabladığı daha az məbləği təmin etmişdir. Halbuki, qanunun tələbinə müvafiq olaraq, məhkəmə tələbkarın necə və nə qədər hesablamasından asılı olmayaraq borcun indeksasiya olunmuş məbləğini özü müəyyən etməli və buna uyğun qərar qəbul etməlidir. Digər tərəfdən, birinci instansiya məhkəməsi borcun indeksasiyası üçün ekspertiza təyin etmiş və ekspert rəyi almış, lakin həmin rəyi nəyə görə qəbul etməməsini qərardadda əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki, tələbkarın borcun indeksasiyası barədə ərizəsi iddia ərizəsi deyil və tələbkarın istəyindən asılı olmayaraq borcun indeksasiyası nəticəsində hesablanmış pul məbləği borcludan tutulmalı olan məbləğ kimi müəyyən olunmalıdır. Bundan başqa, işdə olan Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, xx.xx.2023-cü il tarixədək Borclu tərəfindən tələbkar Mahirə Bağırovaya cəmi 3406,80 manat məbləğdə ödəniş edilmişdir. Həmin İdarənin xx.xx.2024cü il tarixli məlumatında bu tarixədək Borclu tərəfindən tələbkar Mahirə Bağırovaya cəmi 3406,80 manat məbləğdə ödəniş edildiyi bildirilmişdir. Ekspert isə Borclu tərəfindən tələbkar Mahirə Bağırovaya xx.xx.2023-cü il tarixədək ödənilmiş pul məbləğini sonuncunun adına olan ödəniş kartına edilmiş pul köçürmələrinə əsasən hesablayaraq cəmi 3093,19 manat məbləğində müəyyən etmişdir. Buradan ekspertin müəyyən etdiyi məbləğlə İcra idarəsinin məlumatlarında göstərilən məbləğlər arasındakı fərqin xx.xx.2023-cü il tarixdən sonra ödənildiyi, yoxsa ekspert tərəfindən xx.xx.2023-cü il tarixədək edilmiş ödənişlərin tam nəzərə alınmadığı aydın olmur. Göründüyü kimi, birinci instansiya məhkəməsi Borclu tərəfindən tələbkar Mahirə Bağırovaya xx.xx.2023-cü il tarixədək ödənilmiş və bu tarixə ödənilməmiş qalan borc məbləğlərini dəqiqləşdirmədiyindən, həmin tarixə qalan borcun indeksasiyası nəticəsində müəyyən olunmuş borc məbləği də mübahisə doğurmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları təkrar araşdırmaqla və zərurət olarsa, əlavə ekspertiza təyin etməklə tələbkar X4 borcun indeksasiyası barədə ərizəsinə yenidən baxıb əsaslı qərar qəbul etməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin tutulmalı pul məbləğlərinin indeksasiyası ilə bağlı qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 266-269, 395-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi (tələbkar) X7 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(028)-1/2024 saylı qərardadı ləğv edilsin. Ərizəçi (tələbkar) X4 borcun indeksasiyası barədə ərizəsi yenidən baxılması üçün Qubadlı Rayon Məhkəməsinə qaytarılsın. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar