Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-88/2021 14.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 8(060)-89/2021 saylı qərardadından Borclu verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 8(060)-89/2021 saylı qərardadı ilə (hakim A.M.Behbudova) Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramin Əhmədovun borclunun əmlakının üzərinə həbs qoyulması barədə təqdimatı qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4631/2017 saylı, 04.04.2017-ci il tarixli icra sənədi üzrə Nəzərov İlqar Allahverdi oğlunun adına olan ********** qeydiyyat nömrəli torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan Borclu şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-89/2021 saylı, 19 mart 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4631/2017 saylı, 04.04.2017-ci il tarixli icra sənədinə əsasən borclular X1, X4, X3, Nəzərov İlqar Allahverdi oğlundan müştərək qayqada 15924,37 ABŞ dolları əsas borc, 5682,33 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları cərimə olmaqla, cəmi 21626,70 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul alınaraq Tələbkar Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramin Əhmədov borclunun əmlakının üzərinə həbs qoyulması barədə təqdimat ilə müraciət edərək göstərmişdir ki, 31.07.2017-ci il tarixli qərarla icraata başladığı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4631 saylı, 04.04.2017-ci il tarixli icra sənədinə əsasən borclular X5, X6 və Borclu müştərək qayqada 15924,37 ABŞ dolları əsas, 5682,33 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə, cəmi 21626,70 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul alınaraq Tələbkar Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İcraat zamanı tələbin təmin edilməsi üçün Borclu pul vəsaiti və hər hansı qiymətli əşya tərəflərindən aşkar olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 2 saylı Ərazi İdarəsindən aldığı məlumata əsasən Borclu mülkiyyətində daşınmaz əmlakların olduğu məlum olmuşdur. Ona görə də, Nəzərov İlqar Allahverdi oğlunun mülkiyyətində ********** saylı torpaq sahəsinin üzərinə həbs qoyularaq hərracda satılması və əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHAT İ: Borclu verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 26 fevral 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, qərardadın ləğv edilməsini və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramin Əhmədovun borclunun əmlakının üzərinə həbs qoyulması barədə təqdimatının rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, işin faktiki hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4631 saylı, 04.04.2017-ci il tarixli icra sənədinə əsasən borclular X5, X6 və Borclu müştərək qayqada 15924,37 ABŞ dolları əsas boc, 5682,33 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları cərimə olmaqla, cəmi 21626,70 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul alınaraq Tələbkar Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İcraat zamanı tələbin təmin edilməsi üçün Borclu pul vəsaiti və hər hansı qiymətli əşya aşkar olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 2 saylı Ərazi İdarəsindən aldığı məlumata əsasən Borclu mülkiyyətində daşınmaz əmlakların olduğu məlum olmuşdur. Ona görə də, Nəzərov İlqar Allahverdi oğlunun mülkiyyətində ********** saylı torpaq sahəsinin üzərinə həbs qoyularaq hərracda satılması və əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı elektron məlumatdan görünür ki, Borclu adına ********** qeydiyyat nömrəli torpaq sahəsi və ********** qeydiyyat nömrəli mənzil olması aşkar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.1 - 15.3-cü maddələrinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikasının Qanunun 45-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanunun 50.4-cü maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün və borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Qanunvericiliyin tələblərindən görünür ki, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Təqdimatdan göründüyü kimi icra məmuru tərəfindən borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitləri və başqa sərvətlərinin olubolmaması araşdırılmamış və müvafiq araşdırmanın aparılmasına dair sənədlər təqdimata əlavə edilməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən borclu Nəzərov İlqar Allahverdi oğlunun adına olan ********** qeydiyyat nömrəli torpaq sahəsinin üzərinə həbs qoyulduqda torpaq sahəsinin sonuncuya tam, paylı və ya birgə mülkiyyət əsasında məxsus olması, həmin torpaq sahəsinin statusu, təyinatı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci ilin 5 iyun tarixli, 89 nömrəli (əlavə və dəyişiklər 20 avqust 2008-ci il N192) qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yonəldilməsinə yol verilməyən əmlakın təsiri altına düşüb-düşməməsi hallarını araşdırılmamış, Borclu ilə yanaşı digər şəxslərin hüquqlarının pozulub-pozulmadığını dəqiqləşdirmək üçün torpaq sahəsinə dair sənədlərin surəti tələb olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası “İcra haqqında” AR Qanununun 50.4-cü maddəsinə əsasən yalnız tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün, həmçinin borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulmasının nəzərdə tutulmasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi təqdimatın təmin edilməsi nətcəsinə gəlməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 26 fevral 2021ci il tarixli, 8(060)-89/2021 saylı qərardadı və şikayətin təmin edilmədən işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin 19 mart 2021-ci il tarixli qərardadı ləğv edilib, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Borclu verdiyi şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 8(060)-89/2021 saylı qərardadı və şikayətin təmin edilmədən işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin 19 mart 2021-ci il tarixli, 8(060)-89/2021 saylı qərardadı ləğv edilsin. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramin Əhmədovun boclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatı yenidən araşdırlması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №8(105)-88/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-88/2021
14.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver