Məhkəmə qərarları › İş №8(105)-88/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-88/2023

03.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-88/2023 03.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, Şabran Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 8(031)-1/2023 nömrəli qərardadından borclu "xxxx" ASC-nin sədri X2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Borclu "xxxx" ASC-nin sədri X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə Cavabdeh "xxxx" ASC-yə hesabladığı 12101.60 manat borcun 8366.04 manat hissəsi əsassız olduğundan həmin əsassız borc məbləğinin Cavabdeh tərəfindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs işdən azad olunması barədə "xxxx" ASC-nin 03 fevral 2015-ci il tarixli 02 saylı əmrinin ləğv edilməsi, iddiaçı Maraqlı şəxs "xxxx" ASC-yə baş iqtisadçı işinə bərpa edilməsi, istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq verilməsi qət edilmişdir. Məcburi iş buraxmaya görə əmək haqqının hesablanması ilə bağlı ilk növbədə bildirirlər ki, məhkəmənin qətnaməsində hansı illər üçün məcburi iş buraxmaya görə əmək haqqına görə kompensasiyanın hesablanması barədə heç bir göstəriş yoxdur. Belə ki, icra məmurunun götürdüyü xx.xx.2015-xx.xx.2018-ci illər üçün Maraqlı şəxs orta aylıq əmək haqqını 350 manatdan hesablasalar, həmin 41 ay işləmədiyi aylara görə əmək haqqı cəmi 14350 manat təşkil edir. 41 x 350 =14350. Həmin vəsaitin 14 %-i vergi olaraq ödəmə mənbəyində onun məcburi iş buraxmaya görə hesablanmış əmək haqqısından çıxılmalı idi. 14350 manatın 14 %-i 2009 manat, həmçinin 14350 manatın DSMF-yə köçürüləcək 3% hissəsi şirkət tərəfindən sığorta olunanın məcburi iş buraxmaya görə hesablanmış əmək haqqısından tutulmalı idi (14350 manatın 3 %-i 430.50 manat). Deməli Maraqlı şəxs məcburi iş buraxma dövrü üçün hesablanmış 14350 manat əmək haqqısından vergini və məcburi dövlət sosial sığorta haqqını çıxsalar (2009 manat+430.50 manat=2439.50 manat) ona məcburi iş buraxmaya görə əmək haqqısı olaraq 11910.50 manat pul ödənilməli idi. İstifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanması ilə bağlı ilk növbədə bildirirlər ki, məhkəmənin qətnaməsində hansı illər üçün əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanması barədə heç bir göstəriş yoxdur. Belə ki, həmin müddəti icraçının götürdüyü xx.xx.2015-xx.xx.2018-ci illər üçün 41 ay müddəti üçün hesablasalar belə bir nəticə alınır.Maraqlı şəxs xx.xx.2015-xx.xx.2018-ci illər üçün aylıq əmək haqqısını 350 manatdan hesablasalar belə bir nəticəyə gəlirlər ki, əmək haqqı 350 manat, əmsal-30.4 (ayın təqvim günlərinin orta illik miqdarı), 1 ildə əmək məzuniyyəti 36 gün (30 gün əsas, 6 gün əlavə) əmək məzuniyyətindən istifadə edilməyən illər xx.xx.2015-xx.xx.2018-ci illər 41 ay. 41 ayda 123 gün məzuniyyət hüququ yaranır. 350/30.4=11.51 (bir günlük əmək haqqının məbləği) 11.51 manat x 123 manat (məzuniyyət günlərinin sayı) = 1415.73 manat. Həmin vəsaitin 14%-i vergi olaraq əmək məzuniyyətlərinə görə hesablanmış kompensasiyadan tutulmalı idi. 1415.73 manatın 14 %-i 198.20 manat. Həmçinin 1415.73 manatın DSMF-yə köçürüləcək 3% hissəsi şirkət tərəfindən sığorta olunanın əmək məzuniyyətlərinə görə hesablanmış kompensasiyasından tutulmalı idi. 1415.73 manatın 3%-i 42.47 manat. Deməli Maraqlı şəxs əmək məzuniyyətlərinə görə hesablanmış 1415.73 manat kompensasiyadan vergini və məcburi dövlət sosial sığorta haqqını hesablasalar (198.20+42.47=240.67) ona əmək məzuniyyətlərinə görə hesablanmış kompensasiya olaraq 1175.06 manat pul ödənilməli idi. Beləliklə, qeyd olunan qətnamə üzrə Maraqlı şəxs məcburi iş buraxmaya görə əmək haqqı və istifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiya olaraq 11910.50 +1175.06 =13085.56 manat pul ödənilməli idi. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(031)-7/2019 saylı qərardadı ilə üzərlərinə həbs qoyulmuş 9350 manat dəyərində 1 ədəd rus istehsalı olan direl-deşici dəzgahı, 1 ədəd rus istehsalı olan dəmiryonan dəzgahı, 1 ədəd rus istehsalı olan tokor dəzgahı, 1 ədəd rus istehsalı olan hava kompressoru, 2 otaqdan ibarət gözətçi binası, 2 otaqdan ibarət yardımçı bina Maraqlı şəxs təhvil verilmişdir. Beləliklə həmin qətnamə üzrə ASC-rıin borcu 3735.56 manat təşkil etməli idi (130xx.xx-9350=3735.56 manat). Lakin, Cavabdehnə müraciət etdikdə ASC-nin Maraqlı şəxs həmin qətnamə üzrə 12101.60 manat borcunun olduğu qeyd olunur. Bildirirlər ki, həmin borcun 8366.04 manat hissəsi əsassızdır (121xx.xx-3735.56=8366.04 manat). Belə ki, Cavabdeh icra sənədi əsasında apardığı hesablatlar zamanı səhvlərə yol vermişdir. Cavabdeh icra sənədi üzrə məcburi iş buraxmaya görə əmək haqqı hesablanarkən 14% vergini əmək haqqından çıxmır, gəlir vergisini və məcburi dövlət sosial sığorta haqlarını da Maraqlı şəxs ödənilməli məbləğ kimi nəzərə alaraq ona ödənilməli borc məbləğinin üzərinə gəlir hansı ki, məcburi dövlət sosial sığorta haqlarını və vergini əmək haqqını ödəyən təşkilat ödəmə mənbəyində tutaraq ödəməlidir. Həmin məbləğlər vətəndaşa ödənilməməlidir. Maraqlı şəxs görə hesablanmış vergi və sosial sığorta haqlarını neçə illərdir ASC ödəyir, hətta ASC-nin bununla bağlı borcu da vardır. Cavabdeh icra sənədi üzrə Maraqlı şəxs verilmiş əmlakların dəyərini 9350 manat deyil, 6821 manat olaraq nəzərə alır. Hansı ki, bu barədə qiymətləndirmə rəyi vardır. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli QR2250 nömrəli rəyində qeyd olunur ki, direl-deşici dəzgahın bazar dəyəri 400 manat, tokar dəzgahının bazar dəyəri 700 manat, hava kompressorunun bazar dəyəri 250 manat, 2 otaqlı gözətçi binasının bazar dəyəri 3000 manat, 2 otaqlı yardımçı binanın bazar dəyəri 5000 manat olmaqla adı çəkilən əmlakların cəmi bazar dəyəri 9350 manat təşkil edir. Həmçinin qətnamələrdə Maraqlı şəxs ödənilməli məbləğin miqdarı göstərilməmiş, hansı dövrləri əhatə etməsi belə göstərilməmişdir. Həmin məbləğlərin hesablanması barədə inzibati akt yoxdur. Cavabdeh "xxxx" ASC-yə hesabladığı 12101.60 manat borcun 8366.04 manat hissəsi əsassız olduğundan həmin borc məbləğinin silinməsi üçün xx.xx.2021-ci il tarixli ərizə ilə Cavabdehnə şirkət tərəfindən müraciət edilmişdir. Lakin, Cavabdeh 16 dekabr 2021-ci il tarixli cavab məktubunda borcun silinməsinin mümkün olmadığı bildirilmişdir. Göründüyü kimi Cavabdeh hərəkətsizlik etməkdədir. Şabran Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 8(031)-1/2023 nömrəli qərardadı ilə "xxxx" ASC-nin sədri X1 Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsinə əsasən Cavabdeh "xxxx" ASC-yə hesabladığı 12101.60 manat borcun 8366.04 manat hissəsi əsassız olduğundan həmin əsassız borc məbləğinin Cavabdeh tərəfindən silinməsi barədə şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır (hakim Çingiz İskəndərov). Qərardaddan narazı olan borclu "xxxx" ASC-nin sədri X2 şikayət verərək Şabran Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 8(031)-1/2023 nömrəli qərardadının ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə Şabran Rayon Məhkəməsinin 8(031)- 1/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: a) Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(031)- 906/2017 saylı qətnaməsi üzrə tələbkar Maraqlı şəxs ödənilməli olan istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi işburaxmaya görə əmək haqqı hansı qaydada hesablanmalı ona ödənilməli idi? b) Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsi üzrə tələbkar Maraqlı şəxs istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi işburaxmaya görə əmək haqqı olaraq hansı məbləğ ödənilməli idi? c) Cavabdeh tərəfindən Maraqlı şəxs istifadə etmədiyi əmək məzuniyyətlərinə görə konpensasiya və məcburi işburaxmaya görə əmək haqqı hesablanarkən həmin məbləğlərdən hesablanmış gəlir vergisi (14 faiz) və məcburi dövlət sosial sığorta haqları (22 faiz) tələbkar Maraqlı şəxs ödənilməli idi, yoxsa ödəmə mənbəyindən tutularaq dövlət büdcəsinə köçürülməli idi? Sonuncu məhkəmə iclasının vaxtı ilə əlaqədar "xxxx" ASC məlumatlandırılandan sonra təyin edilmiş ekspertizanın nəticələrinin nə yerdə olduğu barədə məhkəmədən məlumat aldıqda məlum olmuşdur ki, ekspertiza qarşısında qoyulmuş sualların tədqiqi üçün bir çox sənədlərin zəruriliyi ilə əlaqədar məhkəməyə xx.xx.2022-ci il tarixli vəsatət göndərilmiş, lakin, vəsatət təmin edilməmişdir. Sonradan ekspert İlham Muxtarov tərəfindən məhkəməyə 10 yanvar 2023-cü il tarixli yazılı məlumat göndərilmiş və sənədlər təqdim edilmədiyi üçün ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar təkrarən icrasız geri qaytarılmışdır. Qeyd edirlər ki, onlar ekspertiza üçün zəruri olan sənədlərin təqdim olunması ilə bağlı məhkəmə tərəfindən məlumatlandırılmamışlar, bununla bağlı heç bir məhkəmə iclası keçirilməmişdir. Sonuncu məhkəmə iclasının vaxtı ilə əlaqədar məhkəmə bildirişini əldə edəndən sonra ekspertin zəruri sənədləri tələb etməsini öyrənib zəruri sənədləri məhkəməyə təqdim etmişlər. Lakin, ekspertizanın keçirilməsi tamamlanmadan məhkəmə tərəfindən onların əleyhinə qərardad qəbul olunmuşdur. Hansı ki, hazırki iş üzrə təyin edilmiş ekspertiza başa çatdırılmaqla müvafiq rəy əldə edilməli idi. Çünki qeyd olunan xüsusi bilik tələb olunan sualları xüsusi biliyə malik ekspertlər izah edərək müvafiq rəy verə bilər. Həmçinin məhkəmənin qətnaməsində qeyd olunur ki, Cavabdeh rəisi vəzifəsini icra edən böyük icra məmuru Şamo Babayev məhkəmədə bildirmişdir ki, "xxxx" ASC-nin Şabran rayon ərazisində yerləşən əmlaklarına xx.xx.2015-ci il tarixdə tələbkarın iştirakı ilə baxış keçirilmiş, baxış zamanı "xxxx" ASC-yə məxsus 2 kalidordan, 8 otaqdan ibarət 1 inzibati bina, 4 ədəd maşın təmiri sexi, 1 ədəd dəmir materialdan olan təxmini 4 tonluq su çəni, 2 ədəd böyük ölçülü kukl və 3 ədəd “GREE” markalı kondisionerin üzərinə həbs qoyularaq müvafiq akt tərtib edilmişdir. Qeyd edirlər ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin 03 mart 2015-ci il tarixli **********35 saylı məktubunda qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən "xxxx" ASC-nin adına Reyestr Xidmətində daşınmaz əmlak qeydə alınmamışdır. Bu o deməkdir ki, "xxxx" ASC-nin ərazisində olan əmlaklar ASC-nin səhmdarlarına məxsusdur. “Gree” markalı kondisionerlərin isə "xxxx" ASC-yə heç bir aidiyyatı yoxdur. Həmin əmlak “Ramco” şirkətinə məxsusdur. Belə ki, həmin kondisionerlər müvvəqqəti saxlanılması üçün "xxxx" ASC-nin ərazisinə qoyulmuşdur. "xxxx" ASC-nin mülkiyyətində hər hansı bir əmlak aşkar edilməməsinə baxmayaraq, həmin icra sənədlərinin icrası məqsədi ilə Cavabdeh tərəfindən Şabran Rayon Məhkəməsinə əsassız təqdimatlar verilərək "xxxx" ASC-nin ərazisində olan səhmdarlara məxsus bir çox əmlakların üzərinə həbslər qoyulmuş və qanunsuz şəkildə Maraqlı şəxs təhvil verilmişdir. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan heç bir faktiki hal aydınlaşdırılmadan qərardad qəbul olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2023-cü il tarixli qərardadına əsasən Şabran Rayon Məhkəməsinin 8(031)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından "xxxx" ASC-nin sədri X2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilmiş, "xxxx" ASC-nin sədri X1 şikayəti müzakirə edilərək prosessual qaydalara əməl edilməsi və yol verilmiş prosessual pozuntular aradan qaldırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. Şabran Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 8(031)-1/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Çingiz İskəndərov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 8(031)-1/2023 nömrəli qərardadı ləğv edilməli, Şabran Rayon Məhkəməsinin 2(031)- 906/2017 nömrəli, 09 iyun 2017-ci il tarixli icra sənədinə əsasən Cavabdeh "xxxx" ASC-yə hesabladığı borc məbləğinin yenidən hesablanması üçün material Şabran Rayon Məhkəməsinə qaytarılmalıdır. Göründüyü kimi "xxxx" ASC-nin sədri X2 tərəfindən verilmiş şikayətdə Cavabdeh "xxxx" ASC-yə hesabladığı 12101.60 manat borcun 8366.04 manat hissəsinin əsassız hesablanması və "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli QR2250 nömrəli qiymətləndirmə rəyi mübahisələndirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Həmin Məcəllənin 175-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr; b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ; c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği; ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu; d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği; e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər; ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği; f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ; g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları. Məhkəmə kollegiyası şikayətin borcun əsassız hesablanması hissəsinə münasibət bildirərək qeyd edir ki, Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(031)- 906/2017 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə Cavabdeh "xxxx" ASC-yə hesabladığı 12101.60 manat borca dair mübahisə qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla tərəflər arasında qarşılıqlı razılıq əsasında, bu mümkün olmadıqda isə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməklə həll edilməlidir. Şabran Rayon Məhkəməsinin 8(031)-1/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında - a) Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsi üzrə tələbkar Maraqlı şəxs ödənilməli olan istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi işburaxmaya görə əmək haqqı hansı qaydada hesablanmalı ona ödənilməli idi? b) Şabran rayon məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsi üzrə tələbkar Maraqlı şəxs istifadə etmədiyi əmək məzuniyyətlərinə görə konpensasiya və məcburi işburaxmaya görə əmək haqqı olaraq hansı məbləğ ödənilməli idi? c) Cavabdeh tərəfindən Maraqlı şəxs istifadə etmədiyi əmək məzuniyyətlərinə görə konpensasiya və məcburi işburaxmaya görə əmək haqqı hesablanarkən həmin məbləğlərdən hesablanmış gəlir vergisi (14 faiz) və məcburi dövlət sosial sığorta haqları (22 faiz) tələbkar Maraqlı şəxs ödənilməli idi, yoxsa ödəmə mənbəyindən tutularaq dövlət büdcəsinə köçürülməli idi? sualları qoyulmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, ekspert tərəfindən ekspertiza qarşısında qoyulmuş sualların tədqiqi üçün tələbkar Maraqlı şəxs ilə borclu “Dəvəçi Sərnişin" ASC arasında bağlanmış Əmək müqaviləsinin surəti, tələbkarın ASC-də işlədiyi dövr ərzində hansı vəzifədə işləməsi, tutduğu vəzifə üzrə aylıq əmək haqqına dair məlumat, ştat cədvəli, əmək haqqı hesablanmasına dair cədvəllər, əmək haqqı üzrə bank hesabından çıxarış, tabel uçot vərəqələri, məzuniyyət əmrləri və s. sənədlərin zəruriliyi ilə əlaqədar məhkəməyə vəsatət göndərilsə də, vəsatətin təmin edilməməsi səbəbindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Göründüyü kimi Şabran Rayon Məhkəməsinin 8(031)-1/2022 nömrəli, 26 aprel 2022ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, birinci instansiya məhkəməsi tərəfindən tərəfindən ekspertizanın rəyi alınmamış, ekspert qarşısında qoyulmuş suallara aydınlıq gətirilməmiş və beləliklə də mübahisə mahiyyəti üzrə həll edilməmişdir. Məhkəmə kollegiyası şikayətin "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli QR2250 nömrəli qiymətləndirmə rəyinin əsassızlığı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdehnə və "xxxx" MMC-yə qarşı “əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqının yenidən hesablanması vəzifəsinin və əmlakın yenidən qiymətləndirilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şabran Rayon Məhkəməsinin 2(031)-175/2020 saylı, 13 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Şabran rayon məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(031)- 906/2017 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən Maraqlı şəxs üçün hesablanmış əmək məzuniyyətlərinə görə kompensasiyanın və məcburi işburaxmaya görə əmək haqqının məbləğinin yenidən hesablanması vəzifəsinin Cavabdehnə həvalə edilməsi, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, QR2250 nömrəli rəyinin ləğv edilməsi və direl-deşici dəzgahın, tokar dəzgahın, hava kompressorunun, 2 otaqdan ibarət gözətçi binasının və 2 otaqdan ibarət yardımçı binanın yenidən qiymətləndirilməsi vəzifəsinin cavabdehlər Cavabdehnə və "xxxx" MMC-nə həvalə edilməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1938/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Şabran Rayon Məhkəməsinin 2(031)-175/2020 saylı, 13 fevral 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdehnə və "xxxx" MMC-yə qarşı əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqının yenidən hesablanması vəzifəsinin və əmlakın yenidən qiymətləndirilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, Maraqlı şəxs əmək məzuniyyətlərinə görə kompensasiyanın və məcburi işburaxmaya görə əmək haqqının məbləği və üzərinə həbs qoyulmuş əmlakın dəyərinin müəyyən edilməsi ilə əlaqədar "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, QR2250 nömrəli rəyi qanuni qüvvəsini almış Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2019-cu il tarixli, 8(105)226/2019 saylı qərardadı ilə təsdiq edildiyindən hazırki iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" ASC Şabran Rayon Məhkəməsinə müraciət etdiyi iddia tələbində “əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqının yenidən hesablanması vəzifəsinin Cavabdehnə həvalə edilməsini” xahiş etsə də, hazırki şikayətində əmək haqqından tutulmaların düzgün aparılıb-aparılmamasını mübahisələndirir. Göründüyü kimi qeyd edilən məsələlər birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadan şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilmişdir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməklə Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə Cavabdeh "xxxx" ASC-yə hesabladığı 12101.60 manat borcun əmək haqqından tutulmalar nəzərə alınmadan düzgün hesablanmaması ilə bağlı borclu "xxxx" ASC-nin sədri X2 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu "xxxx" ASC-nin sədri X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 8(031)-1/2023 nömrəli qərardadı ləğv edilsin. Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə Cavabdeh "xxxx" ASC-yə hesabladığı 12101.60 manat borcun əmək haqqından tutulmalar nəzərə alınmadan düzgün hesablanmaması ilə bağlı borclu "xxxx" ASC-nin sədri X2 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Şabran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar