Məhkəmə qərarları › İş №8(105)-88/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-88/2024

24.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-88/2024 24.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarından X1 tərəfindən verilmiş şikayətin təmin edilməsi barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)- 251/2024 nömrəli qərardadından Borclu2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Borclu1 MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı X5 verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər Borclu1 MMC-nin, Borclu1 MMC-nin direktoru (qanuni təmsilçi) Borclu2, Borclu1 MMC-nin iştirakçısı X6 və Borclu1 MMC-nin iştirakçısı X3 üzərinə qoyulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Maraqlı şəxs 02 noyabr 2023-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(012)-435/2021 tarixli icra sənədinin icrası (Borclu1 MMC və direktoru olmuş Borclu2 münasibətdə) mümkün olmadığı üçün Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. X4 vəkili-nümayəndəsi Əzimov X8 Rayon İcra Şöbəsinin icra məmuru Vadim Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icrası mümkün olmayan icra sənədinin qaytarılması barədə qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-614/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, şikayət təmin edilmiş, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin Maraqlı şəxsnə qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Abşeron Rayon İcra Şöbəsi və Borclu2 şikayətlər verilmiş və iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-51/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, şikayətlərin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-614/2023 nömrəli qərardadının ləğv edilməsi, qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı X5 verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) Borclu2, "xxxx" MMC-nin iştirakçısı X6 və "xxxx" MMC-nin iştirakçısı X3 üzərinə qoyulması qət edilmişdir. Həmin icra sənədi üzrə borclu "xxxx" MMC-yə münasibətdə icra olunması üçün Maraqlı şəxsnə yönəldilmişdir. İcra sənədi icra olunması üçün Maraqlı şəxs icra məmuru Vadim Əliyevin icraatına verilmişdir. İcra sənədi icra məmuru Vadim Əliyevin icraatına verildikdən sonra icra sənədi üzrə heç bir icra tədbiri görülməmişdir. Tərəfindən dəfələrlə Abşeron rayon İcra şöbəsinin icra məmuru X10 Rayon Məhkəməsinin qətnaməsinin icrası ilə bağlı tədbirlər görməsini xahiş edilsə də, icra sənədi üzrə borclu barəsində müvafiq icra tədbirlərinin görülməsini borclunun icra şöbəsinə dəvət olunması, gəlmədiyi halda məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunması, borclunun barəsində axtarış elan edilməsi, borclunun ölkədən çıxışına məhdudiyyət qoyulması, borclu barədə inzibati qaydada təqdimatla məhkəməyə müraciət olunması barədə yazılı qaydada müraciətlər etsə də icra məmuru tərəfindən onun müraciətlərinə məhəl qoyulmamış və icra sənədi tam icrasız olaraq qalmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(105)-59/2023 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-216/2023 saylı qərardadının ləğv edilməsi, Maraqlı şəxs xx.xx.2023-cü il tarixi qərarının ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılması qərara alınmışdır. Buna baxmayaraq yenə də, məhkəmə qərarı icra olunmamış qalmaqdadır. Göründüyü kimi, Maraqlı şəxs icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılmşdır. Buna görə də, Maraqlı şəxs icra məmuru Vadim Əliyevin icraatında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi üzrə qanuna müvafiq qaydada icra tədbirlərinin görülməsi üçün heç bir bəhanə qalmamışdır. Lakin icra məmuru tərəfindən icra sənədinin icra olunması istiqamətində heç bir addım atılmamışdır. Göstərilənlərə əsasən şikəyət ərizəsi təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-251/2024 nömrəli qərardadı ilə X1 tərəfindən Maraqlı şəxs icra məmurunun xx.xx.2023-cü il tarixli qərarından verilmiş şikayətin təmin edilməsi, Maraqlı şəxs icra məmurunun xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılması qərara alınmışdır. Borclu2 qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Borclu2 şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qəbul olunmamışdan daha əvvəl, yəni xx.xx.2020-ci il tarixdə “Magna Trans" MMC-nin bütün təsisçilərinə, hətta X1na ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdən onu “Magna Trans" MMC-nin direktoru vəzifəsindən azad etsinlər. Ərizəsinin təsisçilərə çatmasına baxmayaraq, onlar ərizəyə cavab verməmişlər. Buna görə də xx.xx.2020-ci il tarixdə X7 da daxil olmaqla bütün təsisçilərə yenidən ərizə ilə müraciət edərək “Magna Trans" MMC-nin direktoru (qanuni təmsilçisi) vəzifəsindən azad edilərək əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və xx.xx.2020-ci il tarixdən etibarən işə çıxmayacağını rəsmi qaydada bildirmişdir. Göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qəbul olunmamışdan daha əvvəl, yəni xx.xx.2020-ci il tarixdən sonra onun “Magna Trans" MMC ilə hər hansı əlaqəsi olmamışdır, həmin tarixdən işə çıxmamışdır. (Təsisçilərə ünvanlanmış ərizələr və onların təsisçilərə çatmasını təsdiq edən sənədlər ərizəyə əlavə olunur.) Faktiki olaraq xx.xx.2020-ci il tarixdən işə çıxmamağına, “Magna Trans" MMC ilə əlaqələrini kəsməsinə baxmayaraq, “Magna Trans" MMC-nin təsisçiləri rəsmi olaraq əmək müqaviləsinə xitam verməmiş, yeni direktor təyin etməmişlər. Buna görə də xx.xx.2021-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Borclu1 MMC-nin üzərinə Borclu2 ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, Borclu1 MMC-nin, X6, X4, X3 üzərinə bu barədə bildirişin elektron sistemə daxil edilməsi və Borclu2 işdən azad edilməsi barədə hüquqi şəxsin təsisçilərinin qərarının Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2278/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Bildirir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən məhkəmə prosesində Borclu1 MMC-nin təsisçisi X7 özü şəxsən iştirak etmişdir. Nərimanov Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra təsisçi X7 qətnamədəki tələbi icra etməkdən uzun müddət yayınmışdır. Nəhayət, məhkəmə qətnaməsi ilə üzərinə öhdəlik qoyulmuş X7 da daxil olmaqla hər üç təsisçinin etibarnamə üzrə səlahiyyətli nümayəndələrinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə Borclu1 MMC-nin təsisçilərinin növbədənkənar iclası keçirilmiş, hər üç təsisçi tərəfindən Borclu1 MMC-nin qanuni təmsilçisi (direktoru) Borclu2 ilə Borclu1 MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bildirişin elektron sistemə daxil edilməsi, qanuni təmsilçi (direktor) vəzifəsindən azad edilməsi barədə qərarın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə təqdim edilməsi barədə qərar qəbul olunmuşdur. Sonra Borclu2 direktor (qanuni təmsilçi) adının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumları dövlət reysterindən çıxarılması üçün təsisçilər tərəfindən, o cümlədən Ağasəf İsmayılov tərəfindən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizə ilə müraciət edilmişdir (ərizənin surəti əlavə edilir). Ziddiyətli məqam ondan ibarətdir ki, hazırkı iş üzrə X1 qərar qəbul edərək onu rəsmi qaydada Borclu1 MMC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsindən azad edir, bundan sonra isə Borclu1 MMC-nin qanuni təmsilçisi (direktoru) Borclu2 kommersiya sirri təşkil edən, MMC-nin özündə saxlanılan, 2010-2021-ci illər boyunca yığılmış MMC-yə məxsus MMC-nin təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların (maliyyə və mühasibatlıq sənədlərinin, müqavilələrin, hesabatların və s sənədlərin) müraciəti əsasında ona verilməsini, 2021-ci ildən sonrakı tarixlərdə də bu sənədlərin (məlumatların) ona verilməsinin davam etdirilməsini, Borclu1 MMC-nin iştirakçılarının növbəti və növbədənkənar ümumi yığıncaqlarında onun iştirakının təmin edilməsini tələb edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2278/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Borclu1 MMC-nin X7 da daxil olmaqla bütün təsisçilərin onu Borclu1 MMC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsindən azad etmələrinə, əmək müqaviləsinə xitam vermələrinə baxmayaraq, onlar Borclu1 MMC-yə yeni direktor təyin etmədiyi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından onun adını çıxarmamış, formal da olsa, Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında onun adı Borclu1 MMC-nin qanuni təmsilçisi kimi saxlanılmışdır. Buna görə də xx.xx.2023-ci tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Borclu1 MMC-nin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınaraq iddiaçı Borclu2 Borclu1 qanuni təmsilçisi (direktoru) kimi onun adının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılması öhdəliyinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsin e-2-1(118)-3396/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarı ilə iddia tələbim tam təmin olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən icra olunaraq, Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından onun adı Borclu1 MMC-nin qanuni təmsilçiliyindən çıxarılmışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə məktub ünvanlayaraq qərarın icra olduğunu bildirmişdir. (Sumqayıt İnzibati Məhkəməsin e-2-1(118)-3396/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarı və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ərizəyə əlavə olunur). Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən göründüyü kimi məhkəmə cavabdehlərdən biri "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) Borclu2 üzərinə "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı X5 verilməsi, eyni zamanda növbəti və növbədənkənar ümumi yığıncaqlarında iddiaçının iştirakının təmin edilməsi vəzifəsini qoyur. Yəni məhkəmə qətnaməsi ilə bu vəzifə vətəndaş Borclu2 deyil, “Magna Trans" MMC-nin direktoru (qanuni təmsilçi) Borclu2 üzərinə qoyulmuşdur. Məhkəmə qətnaməsi, qərarı, eyni zamanda "xxxx" MMC-nin X1 da daxil olmaqla bütün təsisçiləri tərəfindən qəbul olunmuş qərarla “Magna Trans" MMC-nin direktoru (qanuni təmsilçi) vəzifəsindən azad olunmuş (çıxarılmış) Borclu2 bu tələbi, vəzifəni necə icra edə bilər? Həmçinin Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) Borclu2 onun şəxsi əşyasının və/və ya sənədlərinin (ona məxsus nəqliyyat vasitəsi, şəxsiyyət vəsiqəsi, pasport, evinin Çıxarışı və s.) iddiaçı X5 verilməsi deyil, "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların, yəni 2010-2021-ci illər boyunca yığılmış maliyyə və mühasibatlıq sənədlərinin, müqavilələrin, hesabatların və s. müraciəti əsasında iddiaçı X5 verilməsi, 2021-ci ildən sonrakı tarixlərdə də həmin məlumatların (sənədlərin) verilməsinin davam etdirilməsi, eyni zamanda “Magna Trans" MMC-nin iştirakçılarının növbəti və növbədənkənar ümumi yığıncaqlarında onun iştirakının təmin edilməsi vəzifəsi qoyulmuşdur. Yuxarıda qeyd olunanlarla birbaşa sübut olunur ki, Azərbaycan Respublikasının sadə vətəndaşı Ağayev X2 Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsində qeyd olunmuş tələbləri ondan asılı olmayan səbəblərdən icra edə bilmir və qətnamədə qeyd olunmuş vəziflər ona aid deyildir. Əlavə olaraq bildirir ki, əldə etdiyi məlumata görə “Magna Trans" MMC xx.xx.2021-ci il tarixdən fəaliyyətini dayandırmış, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hər kəsə açıq olan Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, hazırda “Magna Trans" MMC-nin direktoru (qanuni təmsilçisi) yoxdur. Onu da bildirirəm ki, daha əvvəl də Abşeron Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli 8(012)-614/2023 saylı qərardadı ilə X1 tərəfindən Maraqlı şəxs icra məmurunun xx.xx.2023-cü il tarixli qərarından verilmiş şikayəti təmin etmiş, Maraqlı şəxs icra məmurunun xx.xx.2023-cü il tarixli qərarını ləğv etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədini icra ərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılmasını qərara almışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-614/2023 saylı qərardadından onun tərəfindən şikayət verilmiş, yuxarıda qeyd etdiyi bütün dəlil və sübutlar Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim olunmuş və nəticədə Sumqayıt Apellyasiya Məhkəməsi şikayətini qismən təmin edərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-614/2023 saylı qərardadının ləğv edilməsi və qərardadda göstərilən xüsusiyyətlər nəzərə alınmaqla iş yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmiəsi barədə 8(105)-51/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardad qəbul etmişdir. Buna baxmayaraq Abşeron Rayon Məhkəməsi yenə də qeyd olunan xüsusiyyətlərə və təqdim etdiyim sənədlərə əhəmiyyət vermədən, vətəndaş Borclu2 heç bir münasibət bildirmədən Maraqlı şəxs “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” xx.xx.2023-cü il tarixli qərarını ləğv edərək icrasının davam etdirilməsi üçün icraya qaytarılması barədə 8(012)-251/2024 nömrəli, xx.xx.2024-cü il arixli qərardad qəbul etmişdir. Bununla da Abşeron Rayon Məhkəməsi yenə də onun konstitusion hüquqlarını pozmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-251/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. X1 vəsatətlə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 8(012)-251/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Borclu2 tərəfindən verilmiş şikayət üzrə şifahi məhkəmə iclası təyin edərək baxılmasını xahiş etsə də buna dair hər hansı əsas qeyd etməmişdir. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə, eləcə də şifahi məhkəmə baxışına keçilməsi üçün hər hansı əsas müəyyən edilmədiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. İş materiallarında olan: Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı X5 verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) Borclu2, "xxxx" MMC-nin iştirakçısı X6 və "xxxx" MMC-nin iştirakçısı X3 üzərinə qoyulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-59/2023 saylı qərardadı ilə X4 şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-216/2023 saylı qərardadının ləğv edilməsi, Maraqlı şəxs xx.xx.2023-cü il tarixi qərarının ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılması qərara alınmışdır. Maraqlı şəxs icra məmuru Vadim Əliyevin xx.xx.2023-cü il tarixli qərarı ilə Abşeron rayon Məhkəməsinin 2(012)-435/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ("xxxx" MMC və direktoru olmuş Borclu2 münasibətdə) mümkün olmadığı üçün Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İcra sənədin geri qaytarılmasının əsası kimi qeyd edilmişdir ki, "xxxx" MMC-nin fəaliyyəti dayandırılmış, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Borclu2 Borclu1 MMC-nin direktoru vəzifəsindən azad olunmuş, həmçinin Borclu1 MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının xx.xx.2022ci il tarixli qərarı ilə M.M.Ağavevlə bağlanmış əmək müqaviləsinə xilam verilməsi və bu barədə bildiriş elektron sistemə daxil edilməsi qərara alınmışdır. Hazırkı günədək "Magna Trans” MMC-nin yeni rəhbəri (direktoru) barədə rəsmi sənəd tələbkar tərəfindən şöbəyə təqdim edilməmişdir. Belə olan halda icra sənədi üzrə “Magna Trans" MMC-yə və cəmiyyətin direktoru (qanuni təmsilçi) olmuş Borclu2 münasibətdə məcburi icra hərəkətlərinin edilməsi mümkünsüzdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 2278/2021 nömrəli qətnaməsi ilə Borclu1 MMC-nin üzərinə Borclu2 ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, Borclu1 MMC-nin, X6, X4, X3 üzərinə bu barədə bildirişin elektron sistemə daxil edilməsi və Borclu2 işdən azad edilməsi barədə hüquqi şəxsin təsisçilərinin qərarının Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməsi öhdəliyinin həvalə edilməsi qət edilmişdir (hakim S.Ədilova). Borclu1 MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Borclu1 MMC-nin qanuni təmsilçisi (direktoru) Borclu2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildiirşin elektron sistemə daxil edilməsi, qanuni təmsilçi (direktor) vəzifəsindən azad edilməsi barədə qərarın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə təqdim edilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-3396/2023 nömrəli qərarı ilə Borclu1 MMC-nin reyestrində qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınaraq iddiaçı Borclu2 Borclu1 qanuni təmsilçisi (direktoru) kimi onun adının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim İ.Quliyev). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubundan məlum olur ki, Borclu1 MMC-nin fəaliyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Borclu2 şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-251/2024 nömrəli qərardadı ləğv edilməli, X1nun Maraqlı şəxs icra məmurunun xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(012)-435/2021 tarixli icra sənədinin icrası Borclu1 MMC və direktoru olmuş Borclu2 münasibətdə mümkün olmadığı üçün Maraqlı şəxs 02 noyabr 2023-cü il tarixli qərarı ilə geri qaytarılmışdır. İcra sənədinin qaytarılma əsası və qərardaddan verilmiş şikayətin dəlilləri kimi icra sənədi üzrə Borclu2 Borclu1 MMC-nin direktoru vəzifəsindən azad olunması, həmçinin Borclu1 MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron sistemə daxil edilməsi, Borclu1 MMC-nin nizamnaməsinə əsasən cəmiyyətin fəaliyyətinə cari rəhbərliyin cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilməli olduğuna, Borclu1 MMC-nin fəaliyyətinin dayandırıldığına istinad edilmişdir. Borclu2 istinad etdiyi hallara dair sübutları şikayətinə əlavə etmişdir. Şikayətə əlavə olunmuş sənədlərdən görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Borclu1 MMC-nin reyestrində qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınaraq iddiaçı Borclu2 Borclu1 qanuni təmsilçisi (direktoru) kimi onun adının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixdə işə baxaraq Borclu2 halhazırda Borclu1 MMC-nin direktoru (qanuni təmsilçi) vəzifəsini artıq icra etməməsini, kommersiya qurumlarının dövlət reyestri məlumatlarını nəzərə almamış, həmin elektron məlumatda qanuni təmsilçi qrafasının boş olmasına diqqət yetirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisələndirilən qərarı ləğv edərkən icra sənədinin qaytarılması əsaslarına dair düzgün araşdırma aparmamış, o cümlədən qərardaddan verilmiş şikayətə baxarkən şikayətin dəlillərini yoxlamamış və qiymət verməmişdir. Kollegiya yuxarıda sadalananları nəzərə alaraq, hesab edir ki, Borclu2 "xxxx" MMCnin direktoru (qanuni təmsilçi) vəzifəsindən azad olunduğundan, icra sənədində göstərilən tələblər (təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında tələbkara verilməsi, iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi) Borclu2 tərəfindən hal-hazırkı vəziyyətdə icra edilməsi mümkün olmadığından, Maraqlı şəxs düzgün olaraq “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə istinad edərək, icra sənədini ona münasibətdə geri qaytarmışdır. Şikayətin dəlillərini əsaslı hesab edən apellyasiya kollegiyası sadalanan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İşin digər hallarından görünür ki, Borclu1 MMC-nin fəaliyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək dayandırılmışdır. Kollegiya hesab edir ki, yuxarıda qeyd olunan hal “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-18-ci maddələrində nəzərdə tutulmadığından və icra sənədi üzrə icraatın dayandırılması üçün əsaslar mövcud olmadığından, icra məmuru tərəfindən xx.xx.2023-cü il qərarın çıxarılması mövcud vəziyyətə uyğun olmuşdur. Lakin kollegiya eyni zamanda qeyd ki, mövcud qərardad həmin icra sənədinin MMC-yə aid hissədə yenidən icraya yönəldilməsinə mane olmur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hüquq normalarının tələblərini və işin hazırkı faktiki hallarını əsas tutub hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-251/2024 nömrəli qərardadı ləğv edilməli, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarından X1 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-251/2024 nömrəli qərardadı ləğv edilsin. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarından X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar