Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-9/2024 13.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, tələbkar "xxxx" QSC BOKT-un nümayəndəsi X3, Borclu, borclunun nümayəndəsi Vəkil iştirakı ilə, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük məmuru Fərhad Məmmədovun icra sənədi üzrə icraata xitam verilməsinə dair 05 noyabr 2019-cu il tarixli qərarından tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı şikayət ilə məhkəmə kollegiyasına müraciət edərək, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük məmuru Fərhad Məmmədovun “icra sənədi üzrə icraata xitam verilməsinə” dair xx.xx.2019-cu il tarixli qərarının ləğv edilib icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən təqdim edilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Fərhad Məmmədovun “icra sənədi üzrə icraata xitam verilməsinə” dair xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-784/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin qərarda xitamın əsası kimi xx.xx.2019-cu il tarixli hərrac protokolunun məktubuna əsasən hərraca çıxarılmış “Toyota Corolla” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hərracı keçirildiyindən və Y-22 saylı, xx.xx.2019-cu il tarixli hərracın nəticələri haqqında yekunu barədə protokola əsasən satılmışdır. Beləliklə Azərbaycan Respublikasının “İcra Haqqında” Qanunun 20.1.5 və 20.2-ci maddələrinə istinad edilərək icra sənədi üzrə icraata xitam verilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Fərhad Məmmədovun “icra sənədi üzrə icraata xitam verilməsinə” dair xx.xx.2019-cu il tarixli qərarından xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-534/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Fərhad Məmmədovun icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və Sumqayıt ApellyasiyaMəhkəməsinin 2(105)-784/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə 8(060)-534/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qərardadından Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-534/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək icra məmurunun qərarından şikayətlə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Fərhad Məmmədov tərəfindən qəbul edilmiş qərar qanunsuz və əsassızdır. İcra sənədi üzrə icraata xitam verilməsi hərraca çıxarılmış “Toyota Corolla” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hərracı keçirildiyindən və Y-22 saylı, xx.xx.2019-cu il tarixli hərracın nəticələri haqqında yekun protokola əsasən satılması ilə əsaslandırılmışdır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan narazı qalan tələbkar şikayət verərək, qərarın ləğv edilməsini, icra sənədində göstərilən tələbin icra edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dindirilən tələbkarın nümayəndəsi X5 şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Borclu şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən borclunun nümayəndəsi Vəkil şikayətin müddət ötürülməklə verildiyini əsas gətirərək təmin edilməməsini xahiş etdi. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarına görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.5. maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə kollegiyası ilk növbədə tələbkarın qanunla nəzərdə tutulmuş 10 günlük şikayət müddətini ötürməsi ilə bağlı borclunun dəlilinə gəldikdə qeyd edir ki, mövcud icra işi tələb olunaraq, həmin işə baxış keçirilərkən mübahisələndirilən qərarın surətinin tələbkara verilməsi öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, tələbkar həmin qərardan şikayət verilməsi üçün nəzərdə tutulan 10 günlük müddəti ötürməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir (“İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin hərracın nəticələri haqqında Y-22 nömrəli protokoldan görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Toyota Corolla” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı minik avtomobil 17404 (on yeddi min dörd yüz dörd) manata ipoteka saxlayan "xxxx" QSC BOKT tərəfindən əldə edilmişdir İş materiallarından görünür ki, Borclu qətnamə üzrə icra olunmamış 14 676 (on dörd min altı yüz yetmiş altı) ABŞ dolları 35 sent məbləğində qalıq borcu vardır. Göründüyü kimi, ipoteka predmeti olan avtomobilin satışından əldə edilən vəsait qətnaməyə əsasən verilmiş icra sənədinə əsasən borcludan tutulmalı olan borcun tam ödənilməsinə kifayət etməmiş, nəticədə qalıq borcu qalmışdır. Başqa sözlə desək icra sənədi tam icra olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinin tələblərinə cavab vermir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.4. maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin Qanunun 20.6. maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, icra sənədi üzrə icraata xitam verilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 05 noyabr 2019-cu il tarixli qərarı qanuni və əsaslı hesab edilmədiyindən, qərar ləğv edilməli, icra tədbirlərinin davam etdirilməsi üçün icra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 15, 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. İcra sənədi üzrə icraata xitam verilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 05 noyabr 2019-cu il tarixli qərarı ləğv edilsin və icra tədbirlərinin davam etdirilməsi üçün icra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(105)-9/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-9/2024
13.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver