Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-91/2021 19.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli icra sənədi üzrə məcburi gətirilməsi tədbirinin tətbiq edilməsi barədə tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə (hakim E.X.Hüseynov) təqdimatın təmin edilməsi, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 2A, mənzil 10 ynvanında qeydiyyatda olan və yaşayan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(105)-830/2020 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(105)-830/2020 saylı icra sənədinə əsasən Borclu maddi ziyanın əvəzi olaraq 2321 manat və 25 manat dövlət rüsumu tutularaq Tələbkar və X2 verilməlidir. İcra sənədinin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu çagırışlara gəlməmiş, borcu ödəməkdən yayınmış, səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Borclu verdiyi şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə çıxarılmış Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(105)-830/2020 saylı qətnaməsi ona təqdim edilməmişdir. Sözügedən qətnamə ilə razılaşmır. Beləki, tələb olunan ziyanın əvəzi olan 2321 manat real olmayıb, vurulan zərərin məbləğindən qat-qat yüksəkdir. Hazırda həmin qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edəcək. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 8(060)-111/2021 saylı qərardadın ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Tələbkar Z.Tələbkar, Borclu və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(105)-830/2020 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən Borclu 2321 manat məbləğində pul vəsaiti alınaraq Tələbkar və Z.Tələbkar ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çagırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.4-cü maddəsinə əsasən İcra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan tqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana icra xidmətinin rəhbəri tərəfindən təstiq olunan təqdimat verir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Borclu şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxx 2021-ci il tarixli 8(060)-111/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №8(105)-91/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-91/2021
19.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver