Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-91/2024 01.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu "xxxx" MMC-nin icra məmurunun icra sənədinin məhkəməyə qaytarılmasına dair qərarından verdiyi şikayət üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X6 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli icra sənədinin məhkəməyə qaytarılmasına dair Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarından borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(012)-238/2024 nömrəli qərardadından Tələbkar nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi, icra sənədi üzrə Tələbkar nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən geri qaytarılmışdır.
2. Borclu "xxxx" MMC şikayətlə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli icra sənədinin geri qaytarılması barədə Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədinin icra olunması üçün Maraqlı şəxsnə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli icra sənədi icra olunması üçün Maraqlı şəxsnə göndərilmiş, şöbənin 14 oktyabr 2019-cu il tarixli qərarı ilə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Tələbkar nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023cü il tarixdə ərizə ilə Maraqlı şəxsnə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli icra sənədi, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə qaytarılmışdır. İcra sənədi icra olunmadan məhkəməyə geri qaytarılması barədə İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı borclu "xxxx" MMCnin maraqlarına toxunduğu üçün ləğv olunmalıdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu tarixli, 2(105)-329/2019 nömrəli qətnaməsi ilə cavabdehlər X3 və Borclu apellyasiya şikayətləri qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilərək iddiaçı Tələbkar mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.973 ha torpaq shəsində "xxxx" MMC, Borclu və X4 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülərək, torpaq sahəsinin cavabdehlərin qanuni sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Tələbkar sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlər "xxxx" MMC, Xələfov Əlisafa oğlu və X1 müştərək qaydada 500.000 (beş yüz min) manat pulun tutularaq iddiaçı Tələbkar verilməsi, iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumu olan 30 (otuz) manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu isə cavabdehlərin özlərinə aid edilməsi, məhkəmə-əmtəəşünaslıq və xətşünaslıq ekspertizalarının dəyəri 200 (iki уüz) manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət olunmuşdur. X5 tərəfindən 500.000 manat məbləğində pul vəsaiti Tələbkar ödənildikdən sonra Tələbkar xahişi ilə icra sənədi qanunsuz tikilinin sökülməsi hissəsində icraat dayandırılmışdır. "xxxx" MMC şikayətlə məhkəməyə müraciət etmiş, Maraqlı şəxs xx.xx.2019-cu il tarixli qərarının ləğv edilərək icra işi üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-1/2023 nömrəli qərardadı ilə ərizəçi - borclu "xxxx" MMC-nin şikayəti təmin edilmiş, Maraqlı şəxs icra məmuru İlyas Həsənovun “icraatın dayandırılması barədə” xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli icra vərəqəsi üzrə icraatın təzələnməsi və icra hərəkətlərinin müafiq icra qurumu tərəfindən davam etdirilməsi qərara alınmışdır. Həmin qərardaddan Tələbkar apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-50/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-1/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İcra sənədi təzələndikdən sonra Tələbkar öz prosessual hüququndan yenidən sui-istifadə edərək icra sənədini məhkəməyə geri qaytarılmasını xahiş etməsi, "xxxx" MMC-nin söküntü nəticəsində əldə olunmuş tikinti materiallarına, eləcə də digər mal-məmulatlarına dair mülkiyyətindən məhrum olmasına səbəb olmuşdur. Məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi vardır və həmin qətnamə ilə Tələbkar mülkiyyətində olan Abşeron rayon Qobu qəsəbəsindəki 5.975 hektar torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin "xxxx" MMC-nin və Borclu hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması qət olunmuşdur. Beləliklə, tikililərin "xxxx" MMC-nin hesabına sökülməsi və Tələbkar mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5,975 hektar həmin torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi özlüyündə söküntü nəticəsində əldə olunmuş tikinti materiallarının, eləcə də digər mal-məmulatların "xxxx" MMC-nin mülkiyyətinə keçməsi ilə nəticələnməlidir. Bu səbəbdən Maraqlı şəxs xx.xx.2023cü il tarixli qərarı ləğv edilməli və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli icra sənədi icra oluunması üçün icraya yönəlməlidir.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-238/2024 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli icra sənədinin məhkəməyə qaytarılmasına dair Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, icra sənədinin yenidən icraya yönəldilməsi və həmin icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır.
5. Tələbkar vəkili və nümayəndəsi Nümayəndə həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və şikayətin təmin edilməməsini xahiş etmişdir.
6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-238/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-238/2024 nömrəli qərardadı qanunsuzdur, ona görə də, ləğv edilməlidir. Belə ki, tələbkara ödənilmiş 493.000 manat pul vəsaiti digər Borclu tərəfindən ödənilmiş, "xxxx" MMC tərəfindən ödənilməmişdir. Mübahisənin mahiyyətini təşkil edən mülki iş müxtəlif məhkəmə instansiyalarında müzakirə olunmuş və mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktları qəbul olunmuşdur. İcra sənədi üzrə tələbkar həmin tikilinin sökülməsini tələb etməyə bilər, bu onun hüququdur. Hesab edir ki, tələbkar öz tələbindən istədiyi vaxt da imtina edə bilər. Hazırda, icra sənədi üzrə borclu qismində çıxış edən şəxslər “düşmən” münasibətindədir. İcra sənədinin icrası isə iki hissədən ibarət olmaqla pulun ödənilməsi və qanunsuz tikilinin sökülməsi hissələrindən ibarətdir. Tələbkar isə tikilinin sökülməsini istəmir. Tikilinin sökülməsi ilə onsuz da borcluya heç nə verilməyəcəkdir. Borclunun icra məmurunun qərarından vaxtında məlumatı var idi, icra məmuru məlumat vermiş, 500.000 manat ödəyən şəxs inzibati qaydada həbs olunmuş, digər inzibati xarakterli tədbirlər görülmüşdür. Bütün bunlardan borclunun məlumatı olmuş və icra işi ilə tanış olmuş, surətini də götürmüşlər. Bütün bunlardan əlavə qeyd etmək zəruridir ki, borclunun öz əsaslandırılmasında belə bir sıra ziddiyyətlər vardır. Belə ki, mübahisələndirilən icra sənədi Abşeron Rayon Məhkəməsi tərəfindən yox məhz Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmişdir. Buna baxmayaraq, borclu "xxxx" MMC ərizəni Abşeron Rayon Məhkəməsinə ünvanlamışdır. Başqa sözlə desək, borclu özü öz ərizəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 7, 10, 24 və 26 maddələrinin Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarına əsaslansa da, özü orada nəzərdə tutulan normalara əməl etməmişdir. Ərizədə həmçinin hüquqlarını müdafiə etdiyi tələbkarın “icra sənədinin geri qaytarılması” barədə ərizəsi mübahisələndirilmişdir ki, guya borclunun malməlumatlarına dair mülkiyyətindən məhrum olmasına səbəb olması qeyd edilmişdir. Həmçinin qeyd edilmişdir ki, guya bununla bağlı məhkəməmin qanuni qüvvəyə minmiş qərarı vardır. Halbuki, bu qanunvericiliyin tələbinə əsasən, tələbkarın hüququdur. Burada hansısa sui-istifadədən söhbət gedə bilməz.
b) Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:
9. Maddə 23. İcra sənədinin qaytarılması 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 23.4. İcra sənədi bu Qanunun 23.1.1-ci maddəsində göstərilən əsasa görə qaytarıldıqda, bu Qanunun 80-ci maddəsində nəzərdə tutulmuş avans ödəməsi tələbkara qaytarılır. 23.5. İcra sənədi bu Qanunun 23.1.2‒23.1.5-ci maddələrində göstərilən əsaslara görə qaytarıldıqda, avans ödəməsindən icra hərəkətlərinin həyata keçirilməsinə çəkilən xərclər çıxıldıqdan sonra onun qalan hissəsi tələbkara qaytarılır. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.
“İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu:
10. Maddə 1. İcra məmurlarının funksiyaları İcra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını, habelə probasiya nəzarətini həyata keçirirlər.
11. Maddə 7. İcra məmurlarının vəzifələri İcra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır; icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir; alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir; icra xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir; tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeydlər aparır; icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət edir; icra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə tələbkara məlumat verir; qanunla müəyyən edilmiş hallarda və müddətlərdə borclunun əmlakının mühafizəsini təmin edir.
12. Maddə 9. Fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin gözlənilməsi İcra məmurlarının onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
15. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətlərə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
17. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməməlidir.
19. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi tələbkarın xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.1-ci maddəsinə istinad edilməklə geri qaytarılmışdır.
20. Borclu "xxxx" MMC şikayətində tələbkarın öz prosessual hüququndan sui-istifadə edərək icra sənədini məhkəməyə geri qaytarılmasını xahiş etməsini, "xxxx" MMC-nin söküntü nəticəsində əldə olunmuş tikinti materiallarına, eləcə də digər mal-məmulatlarına dair mülkiyyətindən məhrum olmasına səbəb olmasını göstərsə də, işdən müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbkar yalnız Tələbkardır, "xxxx" MMC isə borcludur.
21. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.
22. Qeyd olunan normanın tələbindən göründüyü kimi tələbkarın icra sənədinin geri qaytarılmasını tələb etmək hüququ vardır. Belə olan halda icra məmuru tərəfindən icra sənədinin onu vermiş məhkəməyə qaytarılmalı olması imperativ olaraq göstərilmişdir.
23. Tələbkarın şikayətində göstərilir ki, tələbkar tikilinin sökülməsini istəmir. Tikilinin sökülməsi ilə onsuz da borcluya heç nə verilməyəcəkdir.
24. Borclu "xxxx" MMC şikayəti tikililərin "xxxx" MMC-nin hesabına sökülməsi və Tələbkar mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5,975 hektar həmin torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi özlüyündə söküntü nəticəsində əldə olunmuş tikinti materiallarının, eləcə də digər mal-məmulatların "xxxx" MMC-nin mülkiyyətinə keçməsi ilə nəticələnməli olduğunu götərsə də, qeyd olunanlar yuxarıda adı çəkilən icra sənədinin tələbi deyildir.
25. Əksinə, işdən görünür ki, hazırkı iş üzrə tələbkar və borclu "xxxx" MMC arasında inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi barədə mübahisəslər mövcuddur.
26. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1274/2024 nömrəli qərardadının surətindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Tələbkar qarşı inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi tələbi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan 2(105)- 1274/2024 nömrəli mülki iş, iddiaçı "xxxx" MMC-nin və onun direktoru X2 cavabdeh Tələbkar qarşı “əmlak” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-1406/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilməsinin mümkünlüyü məsələsinin müzakirə edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
27. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi mübahisələndirilən qərarı ləğv edərkən yuxarıda göstərilən halları nəzərə almamış, o cümlədən qərardaddan verilmiş şikayətin dəlillərinə qiymət verməmişdir.
28. MPM-in 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
29. Məhkəmə kollegiyası sadalananlara əsasən hesab edir ki, Tələbkar nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-238/2024 nömrəli qərardadı ləğv edilərək, borclu "xxxx" MMC-nin icra sənədinin məhkəməyə qaytarılması haqqında Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədinin icra olunması üçün Maraqlı şəxsnə göndərilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-238/2024 nömrəli qərardadı ləğv edilsin. Borclu "xxxx" MMC-nin icra sənədinin məhkəməyə qaytarılması haqqında Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədinin icra olunması üçün Maraqlı şəxsnə göndərilməsi barədə şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.