Məhkəmə qərarları › İş №8(105)-91/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-91/2025

22.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-91/2025 22.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 Maraqlı şəxsnə qarşı iş üzrə (Açar sözlər: prosessual müddətin bərpası barədə ərizənin, şikayətin geri qaytarılması) X10 Süleymanovanın sədrliyi və məruzəsi, X4 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, X1 "icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi" tələbinə dair Abşeron Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 8(012)-78/2025 nömrəli qərardadından ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. X3 şikayət ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs böyük icra məmuru Q.M.Mirhəşimovun icra hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin 8(012)-78/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayətin təmin edilməməsi qərara alınmışdır.

3. X1 nümayəndəsi Vəliyev X13 rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(012)-78/2025 saylı qərardadından xx.xx.2025-ci il tarixində şikayət verərək, Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(012)-78/2025 saylı qərardadının ləğv edilməsini və ərizəsinin təmin edilməməsini xahiş etmişdir.

4. Abşeron Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 8(012)-78/2025 nömrəli qərardadına əsasən (hakim Habil Əhmədov), Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-78/2025 saylı qərardadından X1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət və ötürülmüş müddətin bərpasına dair ərizə geri qaytarılmışdır.

5. X1 vəkili və nümayəndəsi Vəliyev X13 rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-78/2025 saylı qərardadından elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə şikayət verərək, Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)- 78/2025 saylı qərardadının ləğv edilməklə şikayətin icraata qəbul edilməsi və baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Abşeron Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 8(012)-78/2025 nömrəli qərardadı ilə X1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-78/2025 saylı qərardadından X1 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət əsassız hesab edilərək baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

8. X1 vəkili və nümayəndəsi Nümayəndə şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-28/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə X1 qətnaməyə izah verilməsinə dair ərizəsi təmin olunaraq, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 may 2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X2 Müxəddi Kamal oğluna məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsinin 0,14 ha (1400 kv.metr) hissəsindən çıxarılması, yəni həyətə girişin sol tərəfində üç tərəfdən daş hasar, digər tərəfi şərti olaraq 0,161 ha torpaq sahəsi ilə əhatə olunan boş açıq sahə başa düşülməsi qət edilmişdir. Qərardada əsasən, mübahisəli daşınmaz əmlakla bağlı icra hərəkətləri həyata keçirilməsi üçün icra sənədi Maraqlı şəxsnə göndərilmiş və icranın həyata keçirilməsi Maraqlı şəxs böyük icra məmuru Mirhəşimov Qəribağaya tapşırılmışdır. İcra prosesi zamanı icraçı Mirhəşimov Qəribağa oğlu, Nümayəndə, iddiaçı Tələbkar və Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publi Hüquqi Şəxsi 4 saylı ərazi idarəsinin mühəndisi X7 iştirakı ilə akt tərtib edilmişdir. Lakin tərtib olunmuş xx.xx.2025-ci il tarixli akt məhkəmə qərardadına uyğun olaraq deyil, iddiaçı Tələbkar hazırladığı çertyoja uyğun şəkildə ölçülərək hesablanmışdır. Məhkəmə qərardadına əsasən iddiaçıya verilməli olan hissənin dəqiq müəyyən olunmasına baxmayaraq, icra aktında həmin hissədən daha artığı iddiaçıya verilmişdir. Bu isə icranın düzgün və qanuni qaydada aparılmadığını açıq şəkildə sübut edir. Beləliklə, icra məmuru tərəfindən həyata keçirilmiş icra hərəkətləri qanunsuz olmaqla, məhkəmə qərarının icrası zamanı hüquq normalarına riayət olunmadığını göstərir. Məhkəmə onun ərizəsini təmin etməmiş və o, Abşeron Rayon Məhkəməsinin 8(012)-78/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından şikayət verməklə, onun ləğv olunmasını və ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bundan başqa elektron məhkəmə sistemi vasitəsi ilə şikayət müddətinin bərpasına dair ərizə də vermişdir. Lakin məhkəmə xx.xx.2025-ci il tarixli qərardadı ilə onun şikayətini geri qaytarmış və bunu onunla əsaslandırmışdır ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-78/2025 saylı qərardadının mətni əsas sənədə xx.xx.2025-ci il tarixdə yüklənmiş, həmin qərardaddan verilən şikayət müddətinin axımı da məhz xx.xx.2025-ci il tarixindən başlayaraq 10 gün müddətində, yəni xx.xx.2025-ci il tarixədək verilməli olduğu halda, cavabdeh qərardaddan şikayəti xx.xx.2025-ci il tarixdə verməklə şikayətin verilməsi üçün müəyyən olunmuş prosessual müddəti ötürmüşdür. Bundan əlavə məhkəmə qeyd edir ki, ərizəçinin nümayəndəsi tərəfindən qərardaddan şikayət vermək üçün ötürülmüş müddətin bərpasına dair ərizə şikayətin içərisinə yerləşdirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin nümayəndəsi ayrıca olaraq ötürülmüş müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etməlidir. Məhkəmənin bu yanaşması tam əsassızdır, belə ki, elektron məhkəmə sistemində xüsusi bölmə var ki, həmin bölmədə «müddətin bərpasına dair ərizə» qrafası var və müddətin də bərpasına dair ərizə həmin qrafada yerləşdirilmişdir. Lakin məhkəmə yeni qaydalara əsasən ərizənin bu qaydada verilməsinin qanunauyğun olmasına baxmayaraq, onun şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmişdir.

Şikayətə qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

10. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 8(012)-78/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 8(012)-78/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 8(012)- 78/2025 nömrəli qərardadı ləğv edilməli, ərizəyə baxılması məsələsi yenidən müzakirə edilməsi üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır.

13. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur.

14. Qüvvədə olan mülki prosessual qanunvericiliyin normalarından göründüyü kimi şikayət onun verilməsi üçün müəyyən edilmiş müddət ötürüldükdən sonra verilirsə, qəbul edilmir. Şikayət vermiş şəxs müddət ötürülməsinə səbəb olan hallar göstərməklə həmin müddətin bərpa edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər.

15. Göründüyü kimi X5 nümayəndəsi Nümayəndə ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir.

16. Birinci instansiya məhkəməsi tərəfindən X1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət və ötürülmüş müddətin bərpasına dair ərizə geri qaytarılmışdır.

17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-78/2025 saylı qərardadının mətni əsas sənədə xx.xx.2025-ci il tarixdə yüklənmiş, həmin qərardaddan verilən şikayət müddətinin axımı da məhz xx.xx.2025-ci il tarixindən başlayaraq 10 gün müddətində, yəni xx.xx.2025ci il tarixədək verilməli olduğu halda, cavabdeh qərardaddan şikayəti xx.xx.2025-ci il tarixdə verməklə şikayətin verilməsi üçün müəyyən olunmuş prosessual müddəti ötürmüşdür.

18. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, ərizəçinin nümayəndəsi tərəfindən qərardaddan şikayət vermək üçün ötürülmüş müddətin bərpasına dair ərizə şikayətin içərisinə yerləşdirilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, ərizəçinin nümayəndəsi ayrıca olaraq ötürülmüş müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etməlidir. Bu səbəbdən X1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayətinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-78/2025 saylı qərardadından X1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət və ötürülmüş müddətin bərpasına dair ərizə geri qaytarılmalıdır.

19. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir.

20. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə şikayətin verilməsi üçün müəyyən olunmuş prosessual müddətin ötürülməsi barədə düzgün nəicəyə gəlsə də, prosessual müddətin bərpa olunmasına dair ərizənin şikayətin mətninə yerləşdirilməsinin qanuna uyğun olmaması, ayrıca olaraq ötürülmüş müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edilməsi barədə səhv nəticəyə gəlmişdir.

21. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır, hesab edir ki, məhkəmə tərəfindən prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir.

22. Kollegiya vurğulayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər.

23. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə prosessual normaların ifrat tətbiqini yol vermiş, məhkəmə əlçatanlıq hüququnu pozmuşdur. Odur ki, birinci instansiya məhkəməsi prosessual normaların tətbiqində pozuntuya yol verdiyindən şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 8(012)-78/2025 nömrəli qərardadı ləğv edilməli, qərardadda göstərilən xüsusatlar nəzərə alınaraq vəsatətə baxılması məsələsi yenidən müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

24. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı:

Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 8(012)-78/2025 nömrəli qərardadı ləğv olunsun. X1 "icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi" tələbinə dair iş üzrə prosessual müddətin bərpa olunmasına dair vəsatətə baxılması məsələsi yenidən müzakirə edilməsi üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar