Məhkəmə qərarları › İş №8(105)-92/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-92/2023

14.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-92/2023 14.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X5 və X1 ibarət tərkibdə, Şahmərdanov Elxan Sahib oğlunun icra məmurunun məsuliyyətə cəlb edilməsi barədə ərizəsinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2023-cü il tarixli, 8(060)-498/2023 nömrəli qərardadından X4 Sahib oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şahmərdanov Elxan Sahib oğlu “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə icra məmurunun qanunda nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2023-cü il tarixli, 8(060)-498/2023 nömrəli qəradadı ilə Şahmərdanov Elxan Sahib oğlunun icra məmurunun məsuliyyətə cəlb edilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilmiş, ərizəçiyə hazırki ərizə ilə inzibati orqana və ya inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur (hakim Əfqan Ələkbərov). X3 Sahib oğlu Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2023-cü il tarixli, 8(060)- 498/2023 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını və ərizəsinin təmin edilməsini xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh rəisinə müvafiq olaraq xx.xx.2023-cü il, xx.xx.2023- cü il tarixlərdə, xx.xx.2023cü il tarixdə isə icra məmuru Orxan Bağırova ərizə ilə müraciət etmişdir. İcra idarəsinin rəisinə ünvanladığı ərizələr də idarənin dəftərxanasından ona verilən cavaba görə baxılması üçün Orxan Bağırova yönləndirilmişdir. Lakin indiyədək onun müraciətlərinə heç bir cavab verilməmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə Cavabdeh icra məmuru Orxan Bağırovun vətəndaşın yazılı müraciətlərinə vəzifə səlahiyyətlərinə məsuliyyətsiz yanaşaraq cavab verməməsindən şikayət ərizəsi yazmış, lakin ərizəsi geri qaytarılmışdır. Onun şikayəti müraciətlərinə niyə cavab verməməsi haqqında yox, cavab vermədiyi təqdirdə nəyə əsasən bu barədə qanunda nəzərdə tutulmuş qaydada məlumat verməməsi barədədir. Sumqayıt Şəhər Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 8(060)-498/2023 nömrəli qəradadı ilə Şahmərdanov Elxan Sahib oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Əfqan Ələkbərov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qətnaməni qəbul etmiş məhkəmə Mülki Prosessual Məcəllənin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə İnzibati Prosessual Məcəlləyə uyğun olaraq inzibati icraat qaydasında məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası MPM-nin 228-232-ci maddələrində qətnamədə və qərardadda yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi; əlavə qətnamə və əlavə qərardad; qətnamənin və ya qərardadın izah edilməsi; qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması; ödənilməli pul məbləğlərinin indeksasiyası məsələlərindən bəhs edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Ərizədən görünür ki, Şahmərdanov Elxan Sahib oğlu “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə icra məmurunun qanunda nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual 2.2-ci maddəsinə görə isə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bununla bağlı qeyd edilməlidir ki, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarına əsasən icra xidməti inzibati orqan hesab edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şahmərdanov Elxan Sahib oğlunun tələbi predmet və subyekt tərkibinə görə inzibati xarakterli olduğundan və bu səbəbdən ümumi məhkəmədə baxılmalı olmadığından ərizəçinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi Şahmərdanov Elxan Sahib oğlunun ərizəsinin qəbul edilməsindən imtina etməklə doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X4 Sahib oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2023-cü il tarixli, 8(060)-498/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar