Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-93/2022 06.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və X6 ibarət tərkibdə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2021-ci il tarixli, 2(105)-1272/2021 nömrəli qətnaməsinin icra qaydası və üsulunun dəyişdirilməsi barədə tələbkar "xxxx" Bank Azərbaycan QSC-nin ərizəsinə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli, 2(060)-4584/2013 saylı qətnaməsi ilə (hakim T.C.Xəlilova) iddiaçı “X8 Azərbaycan” QSC-nin cavabdehlər Borclu2, Borclu1 və "xxxx" MMC-yə qarşı kredit üzrə borcun qaytarılması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracda satılması tələbinə dair iddiası qismən təmin edilib, 23 sentyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 7437.26 manat məbləğində əsas borc, 1427.37 manat məbləğində faiz borcu, 2573.39 manat məbləğində cərimə borcunun cavabdeh X1 “X8 Azərbaycan” QSCnin xeyrinə tutulması, borcun ödənilməsi üçün tutma ipoteka qoyulmuş 2009-cu il buraxılış tarixli, mühərrik nömrəsi DA4G184190A6570, ban nömrəsi LGXC36DF0A0000347 olan, BYD F-3 markalı, ağ rəngli, dövlət nömrə nişanı ** CD *** olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına borc “X8 Azərbaycan” QSC -yə ödənilməsi, 2009-cu il buraxılış tarixli, mühərrik nömrəsi DA4G184190A6570, ban nömrəsi LGXC36DF0A0000347 olan, BYD F-3 markalı, ağ rəngli, dövlət nömrə nişanı ** CD *** olan minik avtomobilinin hərraca çıxarılacaq ilkin satış qiymətinin 13800 (on üç min səkkiz yüz) manat müəyyən edilməsi, iddia tələbinin cavabdehlər Borclu1 və "xxxx" MMC-yə qarşı hissədə baxılmamış saxlanması və Dövlət rüsumu kimi ödənilmiş məbləğin əvəzi olaraq 30 manat və 6.50 manat məbləğində poçt xərcinin cavabdeh X2 tutularaq iddiaçı “X8 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. Cavadeh Borclu2 apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli, 2(060)-4584/2013 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2021-ci il tarixli, 2(105)-1272/2021 saylı qətnaməsi ilə cavabdeh Borclu2 verdiyi apelyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli, 2(060)- 4584/2013 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı “X8 Azərbaycan” QSC-nin cavabdehlər Borclu2, Borclu1 və "xxxx" MMC-yə qarşı kredit üzrə borcun qaytarılması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracda satılması tələbinə dair iddiası qismən təmin edilmiş, 23 sentyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 7437.26 manat məbləğində əsas borc, 1427.37 manat məbləğində faiz borcu, 257 manat məbləğində cərimə borcu cavabdehlər Borclu2 və Borclu1 “X8 Azərbaycan” QSC-nin xeyrinə tutulması, tələbin borcun ödənilməsi üçün tutma ipoteka qoyulmuş 2009-cu il buraxılış tarixli, mühərrik nömrəsi DA4G184190A6570, ban nömrəsi LGXC36DF0A0000347 olan, BYD F-3 markalı, ağ rəngli, dövlət nömrə nişanı ** CD *** olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına borcun “X8 Azərbaycan” QSC-yə ödənilməsi, iddia tələbinin "xxxx" MMC-yə aid hissədə təmin edilməməsi, 2009-cu il buraxılış tarixli, mühərrik nömrəsi DA4G184190A6570, ban nömrəsi LGXC36DF0A0000347 olan, BYD F-3 markalı, ağ rəngli, dövlət nömrə nişanı ** CD *** olan minik avtomobilinin hərraca çıxarılacaq ilkin satış qiymətinin 13800 (on üç min səkkiz yüz) manat müəyyən edilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat və 6.50 manat məbləğində poçt xərcinin cavabdehlər X3 və Borclu1 tutularaq iddiaçı “X8 Azərbaycan” QSC-yə ödənilməsi və aAparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat cavabdehlər Borclu2 və Borclu1 alınıb AZ.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçı “X8 Azərbaycan” QSC kassasiya şikayəti verib, ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin onun ipotekaya qoyulduğu 2010-cu ildən uzun müddət keçdikdən sonra hazırkı bazar qiymətinin 13.800 manat müəyyən olunmasının qeyri-mümkün olmasını, cərimə borcunun düzgün olmayaraq 2573,39 manatdan 257 manata qədər azaldılmasını əsas göstərməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini avtomobilin ilkin satış qiymətinin və cərimə borcunun müəyyən olunmasına dair hissədə ləğv ediərək işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2022-ci il tarixli, 2(102)1419/2022 nömrəli qərarı ilə iddiaçı “X8 Azərbaycan” QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2021-ci il tarixli, 2(105)-1272/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “X8 Azərbaycan” QSC ərizə ilə məhkəməyə müraciət edib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2021-ci il tarixli, 2(105)-1272/2021 nömrəli qətnaməsinin icra qayadası və üsulunu dəyişdirirək, 23 sentyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış cavabdehlər Borclu2 və Borclu1 əsas borca görə 7437,26 manat, faiz borcuna görə 1427,37 manat, cəriməyə görə 257 manat olmaqla, cəmi 9121,63 manat borc pulu və dövlət rüsumu kimi ödənilmiş 30 manat və 6.50 manat məbləğində poçt xərcinin “X8 Azərbaycan” QSC-nin-nin xeyrinə tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər (Azərbaycan Repsublikası MPM-nin 231.1, 231.2, 231.3, 231.4). “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 yanvar 2003-cü il tarixli Plenum Qərarında qeyd edilir ki, məhkəmələrə tövsiyə edilsin ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, tələbkar "xxxx" Bank Azərbaycan QSC-nin hazırki ərizəsi təmin edilməməli, ona mövcud tələblə aidiyyəti üzrə müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398- 400, 402-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2021-ci il tarixli, 2(105)-1272/2021 nömrəli qətnaməsinin icra qaydası və üsulunun dəyişdirilməsi barədə tələbkar "xxxx" Bank Azərbaycan QSC-nin ərizəsi təmin edilməsin. Tələbkar "xxxx" Bank Azərbaycan QSC-yə izah edilsin ki, mövcud ərizə ilə aidiyyəti üzrə müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-93/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-93/2022
06.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver