Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-93/2024 31.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X8 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadından borclu X5 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" QSC-nin iddia qismən təmin edilərək, cavabdehlər Borclu1, Borclu2 oğlu və Borclu3 müştərək qaydada cəmi 97490,74 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul "xxxx" QSC-nin xeyrinə tutulmuş, tutmanın ipoteka ilə yüklü edilmiş Borclu2 məxsus olan Quba rayonu, İkinci Nügədi kəndində olan 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və Borclu3, X5 və Borclu4 ümumi paylı mülkiyyətində olan Quba rayonu, İkinci Nügədi kəndində 0,015 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evlərin açıq hərracdan satılması qət edilmiş və qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir Quba rayon İcra şöbəsinin icra məmuru Vahid Məmmədovun xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır Tələbkar "xxxx" QSC “icra sənədi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsi” barədə şikayətlə məhkəməyə müraciət edərək, icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 252/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Rahim Həsənov) şikayət təmin edilmiş, Quba rayon İcra şöbəsinin icra məmuru Vahid Məmmədovun xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu1 şikayət verərək, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadının ləğv edilməsi və "xxxx" QSC-nin icra sənədi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2024-cü il tarixli, 8(105)-8/2024 nömrəli qərardadı ilə Borclu1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra digər Borclu4 xx.xx.2024-cü il tarixdə Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək qərardadının ləğv edilməsi və "xxxx" QSC-nin icra sənədi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu4 Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verməklə yanaşı, qərardaddan şikayət verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə də məhkəməyə müraciət etmişdir. Borclu4 prosessual müddətin bərpasına dair ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhərində yaşamaqla, onun “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti mövcud deyildir. Buna görə də qeyd olunan halların nəzərə alınaraq, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, 04 mart 2024-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin edilmiş, Borclu4 Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbi üzürlü hesab edilərək prosessual müddətin bərpa edilməsi, şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, 04 mart 2024-cü il tarixli qərardadından narazı qalan tələbkar "xxxx" QSC şikayət verərək Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadının ləğv edilməsi, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(027)359/2023 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Borclu4 ərizəsinin rədd edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, 14 mart 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 aprel 2024-cü il tarixli, 8(105)-43/2024 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Quba Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 14 mart 2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı ləğv edilmiş, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından Borclu4 şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)- 359/2023 saylı qərardadından şikayət verilməsi üçün prosessual müddətin bərpasından imtina edilmiş, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından Borclu4 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Digər borclu X2 Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsi və "xxxx" QSC-nin icra sənədi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu X2 Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verməklə yanaşı, qərardaddan şikayət verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə də məhkəməyə müraciət etmişdir. Borclu X5 prosessual müddətin bərpasına dair ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhərində yaşamaqla, onun “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti mövcud deyildir. Buna görə də qeyd olunan halların nəzərə alınaraq, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından borclu X3 şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından şikayət verilməsi üçün prosessual müddətin bərpasından imtina edilməsi və Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından borclu X5 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır (hakim Vüqar Seyidov). X3 vəkili və nümayəndəsi Vəkil Quba Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadının ləğv edilməsi, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından apellyasiya şikayət vermək üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd etmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda iş üzrə icraatın hansı hallarda dayandırılması konkret olaraq göstərilmişdir. Hazırki halda icra sənədi üzrə icraatın dayandırılması üçün heç bir hüquqi əsas göstərilmişdir. Hazırki halda icra sənədi üzrə icraatın dayandırılması üçün heç bir hüquqi əsas yoxdur. Borclunun müraciəti əsasında hazırki iş üzrə icra icraatının dayandırılması tamamilə əsassızdır. Borclunun məqsədi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını icrasını suni şəkildə uzatmaq, bank qarşısında kredit öhdəliklərinin icrasından yayınmaqdan ibarətdir. İpoteka predmeti olan əmlakların ilkin satış qiyməti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli xx.xx.2018ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş və həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Belə olan halda, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülkivə Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Bundan başqa ailə üzvlərinin həmin qərardadı almasının onun həmin qərardaddan xəbərdar olması barədə səhv nəticəyə gəlmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)- 359/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərardadından Borclu1 və Borclu4 tərəfindən şikayətlər verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2024-cü il tarixli, 8(105)-8/2024 nömrəli qərardadı ilə Borclu1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 aprel 2024-cü il tarixli, 8(105)-43/2024 nömrəli qərardadı ilə o cümlədən, Borclu4 şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından şikayət verilməsi üçün prosessual müddətin bərpasından imtina edilmiş, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından Borclu4 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Məhkəmə kollegiyası borclu X3 şikayətində qeyd etdiyi ailə üzvlərinin sözügedən qərardadı almasının onun həmin qərardaddan xəbərdar olması mənasına gəlməməsi barədə dəlili ilə razılaşmayaraq qeyd edir ki, borclu X1 qərardaddan şikayət verilməsi müddətinin bərpa olunmasını xahiş edir. O qanunla müəyyən edilmiş müddətdə şikayət verə bilməməsini Bakı şəhərində yaşaması və elektron kabinetinin olmaması ilə əlaqələndirsə də bu halların hansı əsasa görə üzürlü hal hesab olunmasına dair hər hansı bir dəlil irəli sürə bilməmişdir. Halbuki, iş materiallarından görünür ki, borclu İbrahim Zülbalayev tərəfindən şikayət nümayəndəsi olan vəkil vasitəsi ilə verilmişdir ki, nümayəndənin də “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti mövcud olmuşdur. Yəni borclunun şəxsi elektron kabinetinin olmamasının hər hansı bir əhəmiyyəti olmamışdır. Buna görə də borclu İbrahim Zülbalayevin elektron kabinetinin mövcud olmaması ilə bağlı dəlili prosessual müddətin ötürülməsi üçün üzrlü hal hesab oluna bilməz. Borclunun Bakı şəhərində yaşaması faktının isə şikayətin qanunla müəyyən edilmiş müddətdə verilə bilməməsi ilə hansı əlaqəsinin olması isə ümumiyyətlə anlaşılan deyil. Həmçinin digər borclular Borclu1 və Borclu4 ilə X3 ailə üzvləridir. Ailə üzvlərinin sözü gedən qərardadan xəbərdar olması və İbrahim Zülbalayevin xəbardar olmaması heç də ağlabatan deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin buraxılmış prosessual müddətin üzrlü səbəbdən ötürülməməsi qənaətinə gəlməsi ilə razılaşır. Ona görə ki, borclunun qeyd etdiyi hal onun iradəsindən asılı olmayan səbəb və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək hal deyildir. Belə ki, X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına əsas ola bilməz. Həmin dəlillər müddətin bərpası barədə ərizə ilə eyni məzmunlu olmaqla mübahisələndirilən qərardadın ləğvi üçün heç bir əsasa söykənmir. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası üçün heç bir əsas yoxdur, hazırkı vəziyyətdə müddətin bərpası ədalətli yanaşma hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti rədd etməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-93/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-93/2024
31.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver