Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-93/2025 21.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İcra sənədi üzrə tələbkar Ələkbərova Aytən Füzuli qızı tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli, 8(060)-240/2025 nömrəli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ Ələkbərova Aytən Füzuli qızı ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5108/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində tutulmalı olan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqınının 0,89 misli miqdarında indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5108/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq Həmzalıyeva (Ələkbərova) Aytən Füzuli qızına ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 29105)-2125/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Hazırda övladının maddi ehtiyacını ödəməkdə çətinlik çəkir. Uşağın böyüməsi və inflyasiya ilə əlaqədar onun ehtiyaclarını ödəmək üçün hər ay 220 manat aliment kifayət etmir. Borclu Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək mühafizəçi işlədiyini, 416 manat məbləğində əmək haqqı aldığını, maddi imkanının olmadığını bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-240/2025 nömrəli qərardadı ilə ərizənin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5108/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay 220 manat sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə minimum əmək haqqının 0,637 misli həddində indeksasiya edilməsi, ərizənin qalan hissədə rədd edilməsi qərara alınmışdır (hakim Elmir Hüseynov). Borclu Cavabdeh qeyd edilən qərardaddan şikayət vermişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, hazırkı ərizəsində tələbkar Aytən Ələkbərova Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5108/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş hər ay 220 manat sabit pul məbləğində tutulmalı olan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqınının 0,89 misli miqdarında indeksasiya olunmasını xahiş etmişdir. Bu halda tələbkarın ərizəsində alimentin indeksasiya olunmaqla ödənilməsinə dair həll edilməsini xahiş etdiyi məsələ ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5108/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsində həll edilən sabit pul məbləğində alimentin ödənilməsi məsələsi məzmununa və predmetinə görə bir-birindən fərqlənir. Yəni hazırkı ərizədə göstərilən predmet üzrə məhkəmədə iddia ərizəsinə baxılmamışdır. Faktiki olaraq, bu yeni iddianın predmetini təşkil edir. Qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının (Plenumun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə dəyişiklik edilib) Yenə həmin Plenum Qərarının 8.4-3-cü bəndinə görə alimentin indeksasiyasından fərqli olaraq, AiləMəcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Nəzərə alınmalıdır ki, iddiaçı Aytən Həmzalıyevanın tələbini təmin edən Sumqayıt Şəhər Məhkəməsi 2(060)- 5108/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsi ilə ondan alimentin tutulması qət ediləndə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləğinə və onun sonrakı artımına deyil, 2023-cü ildə uşaqlar üçün müəyyən edilmiş 220 manat sabit pul məbləğində yaşayış minimumuna əsaslanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-240/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin Məhkəmənin 2(060)-5108/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində ondan hər ay tutulan 220 manat sabit pul məbləğində alimentin məbləği ölkə üzrə minimum əmək haqqının 0,637 misli həddində indeksasiya edilməsi yolu ilə faktiki olaraq artırılaraq, 2025-ci ildə 246 manat məbləğində müəyyən edilmişdir. Bununla da məhkəmə tələbkar Aytən Ələkbərovanın verdiyi ərizə üzrə hazırkı qərardadı qəbul etməklə, MPM-nin 218.3-cü maddəsinin tələbini pozmuşdur. Halbuki, belə vəziyyətdə, işə baxan hakim Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-3-cü bəndinin tələblərinə əməl edərək, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcud olduğuna görə tələbkar Aytən Ələkbərovanın ərizəsi üzrə başlanmış icraata xitam verilməsi barədə qərardad qəbul etməli idi. Lakin bu belə olmamışdır. Odur ki, hazırkı vəziyyətdə isə məhkmənin qərardadını qanuni və əsaslı saymaq olmaz. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-240/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-240/2025 nömrəli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətin təmin olunmaması və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-240/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5108/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq Həmzalıyeva (Ələkbərova) Aytən Füzuli qızına ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 29105)-2125/2023 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5108/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-2 bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cüil tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4.1ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alinmalıdır. Borlcu şikayətinin dəlillərində qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5108/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ondan alimentin tutulması qət ediləndə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləğinə və onun sonrakı artımına deyil, 2023-cü ildə uşaqlar üçün müəyyən edilmiş 220 manat sabit pul məbləğində yaşayış minimumuna əsaslanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 240/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin Məhkəmənin 2(060)- 5108/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində ondan hər ay tutulan 220 manat sabit pul məbləğində alimentin məbləği ölkə üzrə minimum əmək haqqının 0,637 misli həddində indeksasiya edilməsi yolu ilə faktiki olaraq artırılaraq, 2025-ci ildə 246 manat məbləğində müəyyən edilmişdir. Bununla da məhkəmə tələbkar Aytən Ələkbərovanın verdiyi ərizə üzrə hazırkı qərardadı qəbul etməklə, MPM-nin 218.3-cü maddəsinin tələbini pozmuşdur. Şikayətin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası hesab edir ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,637 misli həddində indeksasiya olunması şəklində qeyd olunması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiya hesab edir ki, 2023-cü ildə təyin edilmiş və həmin vaxtdan tutulan aliment məbləği 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməklə indeksasiya edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, indiyədək uşaq üçün 220 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə minimum əmək haqqının 0,637 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına, qeyri-mütənasib dərəcədə yüklənməsinə səbəb olacağı təqdirdə alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-240/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-93/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-93/2025
21.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver