Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-94/2022 04.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi ilə, X7 və X2 Quba rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 04 noyabr 2021ci il tarixli qərarının ləğv olunması barədə ərizəsi üzrə çıxarılmış Quba Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərardadından borclu L.A.Qasımova tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakim V.M.Seyidov) X7 və X2 Quba Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 04 noyabr 2021-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən 04 noyabr 2021-ci il tarixdə Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 03 dekabr 2019-cu il tarixli 2(027)-2374/2019 saylı icra sənədi üzrə icraata başlanılma haqqında qərar qəbul edilmişdir. L.A.Qasımova və N.A.Qasımova Quba Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmurunu 04 noyabr 2021-ci il tarixli "İcraat“ başlamaq haqqında» qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 04 noyabr 2021-ci il tarixli «İcraata başlamaq haqqında» qərarı ilə razılaşmırlar. Həmin qərarın surətini 18 noyabr 2021-ci il tarixində poçt vasitəsi ilə almışlar. Bu ev onların yeganə yaşayış yeridir, həmin ev girov qoyularkən onlar azyaşlı olmuşlar. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: L.A.Qasımova verdiyi şikayətini onunla əsaslandırmışdır ki, ipoteka müqaviləsi bağlanarkən ipoteka ilə yüklü edilmiş evi tərk etməyi barədə notarial qaydada razılıq verməmişdir. Onların başqa yaşayış yeri yoxdur. Məhkəmə bunları nəzərə almamışdır. Quba Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 8(027)-569/2021 saylı qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: “İcra haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır (8.1.). İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir (8.2.). İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir (8.3.). Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər (8.5.). Məhkəmə kollegiyası hesab edir ki, icra məmurunun qeyd edilən qərarının ləğv edilməsi üçün maddi və prosessual əsaslar mövcud deyildir. Belə ki, həmin qərarın qəbul edilməsi zamanı icra məmurunun hərəkətlərində hər hansı qanun pozuntusu mövcud olmamışdır. Borcluların dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, onların ipoteka ilə yüklü olunmuş mənzilin razılığı olmaması barədə dəlil icraata başlamaq haqqında qərarın ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: X3 şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə 16 dekabr 2021-ci il tarixli 8(027)-569/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır.
Məhkəmə qərarları › İş №8(105)-94/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-94/2022
04.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver