Məhkəmə qərarları › İş №8(105)-94/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-94/2023

15.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-94/2023 15.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Tələbkar “Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun «Abşeron rayon İcra və Probasiya Şöbəsinin 29 mart 2019-cu il tarixli qərarının ləğv edilməsinə dair” verilmiş şikayət ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 8(012)-309/2023 saylı qərardadından Borclu vəkili-nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin 29 mart 2019-cu il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 09 yanvar 2015-ci il tarixli, 2(012)-355/2015 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkar «Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən qəbul edilmiş icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından şikayət verərək, Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Asəm Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi və qalıq borcun tam təmini ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi məqsədilə icra sənədinin icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-650/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən qəbul edilmiş icra sənədi üzrə icraata xitam verilməsi haqqında 29 mart 2019-cu il tarixli qərarının ləğv edilməsi, icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 09 yanvar 2015-ci il tarixli, 2(012)-355/2015 saylı icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır (hakim Cəmilə Səfiyeva). Abşeron Rayon Məhkəməsinin 8(012)-650/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Borclu vəkili-nümayəndəsi Nümayəndə2 şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 8(012)-650/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, ərizənin rədd edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-309/2023 saylı qərardadına əsasən şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)- 650/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, tələbkar «Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən qəbul edilmiş sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından şikayətə yenidən baxılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 8(012)-309/2023 saylı qərardadı ilə şikayət təmin edilmiş, Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən qəbul edilmiş icra sənədi üzrə icraata xitam verilməsi haqqında 29 mart 2019-cu il tarixli qərarının ləğv edilməsi, icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 09 yanvar 2015-ci il tarixli, 2(012)-355/2015 saylı icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. Qərardaddan Borclu vəkili-nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətdə Abşeron rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 8(012)-309/2023 saylı qərardadının ləğv edilməsi və yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 8(012)-309/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətə baxılması üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 09 yanvar 2015-ci il tariхli 2(012)-355/2015 saylı qətnaməsinə əsasən "Borclu 73.729 manat əsas, 26.468,71 manat faiz və 45.740,38 manat dəbbə pulu olmaqla, cəmi 145.938,09 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə verilməsi, tələbin ipoteka predmeti olan Borclu məхsus "ŞHACMAN" markalı, ** BL *** qeydiyyat nişanlı və "ŞHACMAN" markalı, ** BL *** qeydiyyat nişanlı yük avtomaşınlarına yönəldilsin, həmin avtomaşınlar açıq hərracdan satılsın. İpoteka predmeti olan "ŞHACMAN" markalı, ** BL *** qeydiyyat nişanlı və "ŞHACMAN" markalı, ** BL *** qeydiyyat nişanlı yük avtomaşınlarının açıq hərracda satışından əldə olunmuş pul vəsaiti hesabına "xxxx" ASC-nə ödənilməli olan borc və dövlət rüsumunun əvəzi ödənilsin, pul vəsaitinin qalan hissəsi Borclu qaytarılsın". Qətnamənin nəticə hissəsindən görünür ki, tələb ipoteka predmetlərinə yönəldilməli, onlar açıq hərracdan satıldıqdan sonra əldə olunmuş pul vəsaiti iddiaçı "xxxx" ASC-yə borc əvəzinə verilməli, qalan pul vəsaiti isə cavabdeh Borclu qaytarılmalıdır. Belə bir qətnamənin qəbul edilməsi ondan irəli gəlir ki, kreditin təminatı kimi ipotekaya qoyulmuş 2 ədəd "ŞHACMAN" markalı avtomaşınlar elə ipoteka saхlayan, yəni bank tərəfindən qiymətləndirilmiş və bu avtomaşınların dəyəri birlikdə 200.000 manat miqdarında müəyyən edilmişdir. Bu baхımdan qətnaməni qəbul edən məhkəmə belə qənaətə gəlmişdir ki, borc təхminən 145 min manat olduğu halda, 200 min manat dəyərində olan avtomaşınların satışından əldə olunan məbləğ borcun məbləğini tam əhatə edəcək, qalan hissəsi isə cavabdehə qaytarılacaq. Başqa sözlə, Abşeron Rayon Məhkəməsinin 09 yanvar 2015-ci il tariхli, 2(012)355/2015 saylı qətnaməsi ilə təmin olunmuş tələb ipoteka predmetlərin satışı ilə tam təmin olunmuşdur. Belə olan halda icra məmuru haqlı olaraq icra icraatına хitam vermişdir. Abşeron Rayon Məhkəməsi isə özünün mübahisəli xx.xx.2022-ci il tariхli qərardadı ilə əsassız olaraq icra məmurunun 29 mart 2019-cu il tariхli qanuni qərarını ləğv etmişdir. Həmin qərardan 3 il sonra şikayət verilməsi iddia müddətinin buraxılmasına dəlalət edir. Lakin qətnamə icra olunarkən, yəni hərrac zamanı bankın işçiləri avtomaşınların qiymətini aşağı hesablayaraq 2 avtomaşını birlikdə 11 min manata borc əvəzi qəbul etməklə, qalan hissəsini də Borclu tələb etməkdə haqlı olmamışlar. Yəni, avtomaşınlar metal qırıntısı qiymətinə satılmışlar. Həm də, qətnamədə belə ifadə yoхdur ki, avtomaşınların satışından əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmasa qalan hissəsi Borclu tutulsun. Başqa sözlə, məhkəmə hazırki mübahisəli qərardadı əsaslandırmaq üçün yuхarıda qeyd olunan halları araşdırmaq əvəzinə "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 85.1-ci maddəsinə istinad olunmasında haqlı deyildir. "İcra haqqında" Azərbaycan Rеspubliкası Qanununun 17.1.4cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılmalıdır. Bеləliкlə, hazırкi məsələyə baхılarкən birinci instansiya məhкəməsi Qanunun və digər tətbiqi məcburi хaraкtеr daşıyan aкtların göstərilən tələblərini yеrinə yеrməmiş, maddi və prоsеssual hüquq nоrmalarını düzgün tətbiq еtməmişdir. Həmçinin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətə malik olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, məhkəmənin qərardadda göstərdiyi nəticələr işin hallarına uyğun dеyildir. Bütün bunlara baхmayaraq Abşеrоn Rayоn Məhкəməsinin hazırкi iş üzrə qəbul оlunmuş xx.xx.2023-cü il tariхli qərardadı ilə əsassız оlaraq tələbкarın vəsatəti təmin оlunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 8(012)-309/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, məhkəmə müəyyən etmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)-355/2015 saylı icra sənədinə əsasən Borclu cəmi 145938.09 (bir yüz qırx beş min doqquz yüz otuz səkkiz manat 09 qəpik) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tələbkar "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Tələb ipoteka predmeti olan Borclu məxsus “Shacman SX3315DT366” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı və Shacman SX3315DT366 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərinə yönəldilməli və həmin avtomobillər açıq hərracda satılmalıdır. İcraat dövründə Abşeron rayon İcra və Probasiya şöbəsinin sifariş məktubu əsasında tələbin yönəldildiyi “Shacman SX3315DT366” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı və “Shacman SX3315DT366” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri açıq hərracdan ümumilikdə 11200 (on bir min iki yüz) manata realizə edilərək əldə edilən vəsait icra sənədi üzrə borcun ödənilməsinə yönəldilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Asəm Əhmədov tələbin yönəldildiyi nəqliyyat vasitələrinin açıq hərrac vasitəsilə realizə edilməsini qanunsuz olaraq Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-355/2015 saylı icra sənədinin tam icra olunması kimi qiymətləndirərək “İcra haqqında” AR Qanununun 20-ci maddəsinə əsasən “icra sənədi üzrə icraata xitam verilməsi”nə dair qərar qəbul etmişdir. Halbuki icra məmuru əmlakların hərrac vasitəsi ilə realizə edilməsindən əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda iş üzrə borclu şəxs barəsində məcburi icra tədbirlərini davam etdirməli idi. Belə ki, icra sənədinin mahiyyətindən göründüyü kimi məhkəmə qərarına əsasən icra edilməli tələblər iki hissədən ibarətdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)355/2015 saylı icra vərəqəsi ilə Borclu tərəfindən kredit müqaviləsi üzrə yaranmış borcun tələbkar "xxxx" ASC-yə ödənilməsi və tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş nəqliyyat vasitələrinə yönəldilməsi qərara alınmışdır. Qeyd olunanlardan göründüyü kimi icra sənədinin icra edilməsi yalnız “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində təmin edilmişdir. Göstərilən maddənin tələbindən göründüyü kimi icra məmuru sözügedən qərarı qəbul edən zaman icra sənədi üzrə icraata xitam verilməsinin əsasları və qaydasına riayət etməmişdir. Buradan da görünür ki, icra məmuru tərəfindən qeyd olunan icra sənədinin icrası ilə əlaqədar bütün lazımi tədbirlər tam olaraq görülməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)-355/2015 saylı icra sənədinə əsasən Borclu cəmi 145938.09 (bir yüz qırx beş min doqquz yüz otuz səkkiz manat 09 qəpik) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tələbkar "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Tələb ipoteka predmeti olan Borclu məxsus “Shacman SX3315DT366” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı və Shacman SX3315DT366 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərinə yönəldilməli və həmin avtomobillər açıq hərracda satılmalıdır. Qətnamənin icrası ilə bağlı Abşeron rayon İcra və Probasiya şöbəsinin sifariş məktubu əsasında tələbin yönəldildiyi “Shacman SX3315DT366” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı və “Shacman SX3315DT366” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri açıq hərracdan ümumilikdə 11200 (on bir min iki yüz) manata realizə edilərək əldə edilən vəsait icra sənədi üzrə borcun ödənilməsinə yönəldilmişdir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Bununla da müəyyən edilir ki, məhkəmə qətnaməsi ilə cavabdehdən cəmi 145938.09 (bir yüz qırx beş min doqquz yüz otuz səkkiz manat 09 qəpik) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması müəyyən edilsə də, tələbin yönəldildiyi nəqliyyat vasitələrinin açıq hərrac vasitəsilə realizə edilməsindən əldə edilmiş 11200 (on bir min iki yüz) tələbkara ödənilmiş, qalan məbləğ isə ödənilməmişdir. Göründüyü kimi, borclulan tələbkarın xeyrinə tutulmalı məbləğin 134768,09 manat hissəsi ödənilməmiş, bununla da icra sənədi tam icra edilməmişdir. Belə olan halda icra sənədinin icra edilməsi əsası ilə icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun gəldiyi nəticə əsaslı ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunmaması və onların icra olunmamasına yönələn hərəkətlər X2 Məhkəməsinin presedent hüququna görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (Avropa Konvensiyasının) 6-cı maddəsinin – ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qiymətləndirilir. Belə ki, X2 Məhkəməsinin bir cox qərarlarında, o cümlədən «Əfəndiyeva Azərbaycana qarşı» iş üzrə 25 oktyabr 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, iştirakçı Dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Bu baxımdan, məhkəmə kollegiyası şikayətin dəlillərini qəbul etmir və qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmiş və gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 8(012)-309/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 8(012)-309/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar