Məhkəmə qərarları › İş №8(105)-94/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-94/2024

06.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-94/2024 06.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 qətnamənin icrasına möhlət verilməsi barədə ərizəsi üzrə QƏRARDADİ ünvan 1qayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X11 və X2 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, X1 ünvan 1qayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-64/2018 nömrəli qətnaməsinin icrasına 8 ay möhlət verilməsinə dair ünvan 1qayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-366/2024 nömrəli qərardadından X4 tərəfindən verilmiş şikayətə ünvan 1qayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. ünvan 1qayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2016-ci il tarixli, 2(060)-12625/2018 nömrəli qətnaməsi ilə (hakim N.Abıyev) iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" Kommersiya Bankı ASC və X9 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 47- 1/14SU saylı əlavə kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli 3mspünvan 1/15 saylı əlavə kredit xətti müqaviləsinin ləğv edilməsi, cavabdeh X5 iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 47-1/14SU saylı əlavə kredit müqaviləsi üzrə banka olan 39.232,61 ABŞ dolları əsas, 4.045,13 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə olmaqla, cəmi 43.377 ABŞ dolları 74 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, xx.xx.2015-ci il tarixli 3mspsünvan 1/15 saylı əlavə kredit xətti müqaviləsinə üzrə 2.979,18 manat əsas, 548,10 manat faiz borcu, cəmi 3.527 manat 28 qəpik məbləğində borc tutulması, tutmanın ünvan ünvan 1qayıt şəhəri, 10-cu mkr. ev 21 ünvanda yerləşən 93 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi, mənzilin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, mənzilin satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 43.377 ABŞ dolları 74 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və 3.527 manat 28 qəpik məbləğində pulun "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi, qalan vəsaitin isə cavabdeh X7 qaytarılması, ipoteka predmeti olan ünvan 1qayıt şəhəri, 10-cu mkr. ev 21 ünvanda yerləşən 93 saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay müddətində cavabdehlər X9 və X3 həmin mənzildən çıxarılmaları, iddianın qalan hissədə təmin olunmaması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüünvan 1unun əvəzi olaraq 30 manat və məhkəmə xərcləri kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdeh X5 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

2. ünvan 1qayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)- 64/2018 nömrəli qətnaməsi ilə cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, ünvan 1qayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi faiz məbləğinin tutulması hissəsində dəyişdirilmiş, cavabdeh X5 17 sentyabr 2014-cü il tarixdə bağlanmış 47-1/14SU saylı əlavə kredit müqaviləsi üzrə 39.234,00 ABŞ dolları əsas borc, 3.790,44 ABŞ dolları əsas borca hesablanmış faiz məbləğinin ödəniləcək günə manata olan məzənnəsi nəzərə alınmaqla alınaraq iddiaçı "xxxx" KB ASC-yə verilməsi, cavabdeh X5 məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 150 manat pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüünvan 1unun cavabdeh X6 özünə aid edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-3297/2019 nömrəli qərarı ilə cavabdeh X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, ünvan 1qayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. ünvan 1qayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi qüvvəyə minmiş və icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. İcra sənədi icraata qəbul edilmiş və icra tədbirləri başlanılmışdır.

5. X4 ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1qayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin icrasına 8 (səkkiz) ay möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1qayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi icra məmuru Rüfət Məmmədovun icraatındadır. İcra məmuru icraata başlamaq haqqında qərar qəbul etmiş və ona xəbərdarlıq məktubu göndərmişdir. Həmin xəbərdarlıq məktubunda ondan mənzili könüllü şəkildə boşaltmağı tələb olunmuşdur. Əks halda məcburi icra tədbirlərinin həyata keçirilməsi qeyd olunmuşdur. Bank qanunsuz və əsasassız olaraq mənzili ucuz qiymətə hərrac vasitəsilə öz adına keçirib. Hazırda icra məmuru onun həmin evdən çıxmağını tələb edir. Hesab edir ki, bu qanunsuzdur. Ona görə də qətnamənin icrasına 8 (səkkiz) ay möhlət verilməsini istəyir. Həmin müddət ərzində bank qarşısında öhdəliyini icra edib, mənzilin qaytarılmasını təmin edəcəkdir. Çünki həmin mənzil yeganə yaşayış sahəsidir. Həmin mənzildən çıxarılacağı halda o və üzvləri faktiki olaraq çöldə qalacaqlar. Bu da onların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olacaqdır. Hesab edir ki, bütün bunlar nəzərə alınmalı və onlara möhlət verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 231-ci maddəsinə müvafiq olaraq məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş X4 izahatında bildirmişdir ki, banka olan borcundan 8 ay müddətində 23.000 - 24.000 manat ödəniş edibsə, qalan pulu da 8 aya ödəyə bilər. Bank və icradan tez-tez evinə ödənişlə bağlı məktub göndərilir, qeyd edilən idarələrə çağırılır. Bu səbəbdən də ərizəsinin təmin edilməsi ona lazımdır.

8. ünvan 1qayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-366/2024 nömrəli qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) X1 ünvan 1qayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X9 ərizəsində 8 ay ərzində borcunu tamamilə ödəyə biləcəyini bildirsə də, ərizəsinə bu halları təsdiq edən hər hansı sübut əlavə etməmiş, o cümlədən məhkəmə iclasında məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı qeyd olunan qətnamə artıq 5 ildən çoxdur ki, qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bu səbəbdən də, qətnamənin icrasına daha 8 ay möhlət verilməsi tələbkarın pozulmuş hüquqlarının real müdafiəsi müddətini hədsiz uzada və onun hüquqlarının əsassız məhdudlaşdırılmasına yönələ bilər.

10. ünvan 1qayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-366/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində ünvan 1qayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

11. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları nəzərə alınmamış, tərəfindən ərizəsində qeyd edilən xüsusatlar ümumiyyətlə araşdırılmamışdır. Belə ki, iddiaçı bank qanunsuz və əsasassız olaraq mənzili ucuz qiymətə hərrac vasitəsilə özadına keçirib. Hazırda icra məmuru onun həmin evdən çıxmağını tələb edir. Bu isə onun həm mülkiyyət hüquqlarının pozulması, həmçinin də onun ailəsinin bu günki gündə çətin vəziyyətə düşməsinə səbəb olur. Halbuki tərəfindən hər ay 1000-2000 arası məbləğdə vəsaitlərin ödənişi davam edir. Bu kimi hallar isə məhkəmə iclasında tərəfindən qeyd edilməsinə baxmayaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, kredit ona manatla verilmişdir. Lakin, sonradan kreditin dollarla olduğu ona məlum olmuşdur. Bir müddət sonra işlərinin yaxşı olmaması və pandemiya səbəbilə müflis olmuş, xeyli ziyana düşmüşdür. Daha sonra pandemiya ilə əlaqədar öhdəliyini yerinə yetirə bilməmişdir. Sentyabr ayından etibarən əmək fəaliyyəti ilə məşqul olur və hər ay banka 1000 manat ödəniş edir. Hazırda 43.000 manat borcu qalıb. Ərizə təmin olunduğu halda bank ona vaxt verə biləcəyini bildirmişdir. Əks halda qohumtanışlarından da borc ala bilər. Bundan başqa ona bank tərəfindən heç bir güzəşt edilməyib. Borcu ilə əlaqədar bank evini öz balansına keçirib.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Şikayətə qarşı tələbkar bank yazılı etiraz təqdim etmişdir.

13. Etirazda qeyd olunur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 231.5-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Həmin Məcəllənin 15.2ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

14. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

15. Maddə 43. Məcburi icra tədbirləri 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: (...) 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.

“İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu:

16. Maddə 10. İcra məmurlarının tələblərinin məcburiliyi İcra məmurlarının öz səlahiyyətləri hüququnda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

18. Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. (...) 231.5. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir.

19. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

22. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Yuxarıda sadalanan Konstitusiya, maddi və prosessual hüquq normalarının tələblərinən göründüyü kimi məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası fiziki hüquqi və dövlət oranları üçün məcburidir.

25. Mülki Prosessual Məcəllənin 231.5-ci maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir.

26. İşin araşdırılan halları ilə müəyyən edilir ki, ipoteka saxlayan "xxxx" Kommersiya Bankı ASC-nin ünvan 1qayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)- 64/2018 nömrəli qətnaməsinin icrasına 8 ay müddətinə möhlət verilməsinə dair razılığı yoxdur.

27. Tələbkar – ipoteka saxlayan "xxxx" Kommersiya Bankı ASC, məhkəmə kollegiyasına ünvanladığı yazılı etiraz etmiş, ərizənin rədd edilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, qətnamənin icrasına möhlət verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir.

29. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.

30. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvinə əsas olmadığından, şikayət təmin olunmamalı, ünvan 1qayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)- 366/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. ünvan 1qayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-366/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar