Məhkəmə qərarları › İş №8(105)-95/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-95/2024

09.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-95/2024 09.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, "xxxx" ASC-nin Şabran rayon İcra və Probasiya Şöbəsinin hərəkətlərindən (hərəkətsizliyindən) verdiyi şikayətə dair Şabran Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 8(031)-45/2024 nömrəli qərardadından Tələbkar Ağamalı oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: "xxxx" ASC Şabran rayon İcra və Probasiya Şöbəsinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Şabran rayon İcra və Probasiya Şöbəsinin "xxxx" ASC-yə vurduğu zərər qismində 4997,32 manat məbləğində vəsaitin Şabran rayon İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" ASC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(105)-662/2014 saylı qətnaməsi ilə X2 "xxxx" ASC-nin iqtisadçı vəzifəsindən azad edilməsi barədə xx.xx.2013-cü il tarixli 01 saylı əmrinin ləğv edilməsi, iddiaçı Tələbkar Ağamalı oğlunun "xxxx" ASC-yə iqtisadçı vəzifəsinə işinə bərpa edilməsi, ona məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya hesablanaraq verilməsi qət edilmişdir. Şabran rayon İcra və Probasiya şöbəsinin qeyri-qanuni hərəkətləri nəticəsində "xxxx" ASC-yə ziyan dəydiyindən və Şabran rayon İcra və Probasiya şöbəsi hərəkətsizlik edərək "xxxx" ASC-yə vurduğu ziyan ödəmədiyindən “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Nəticədə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-453/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamış və həmin qərardadda göstərilmişdir ki, məhkəmə qətnaməsinin məcburi icrasına nəzarət həmin qətnaməni qəbul etmiş məhkəmənin məsuliyyət sferasına aiddir və məcburi icra tədbirləri yalnız müvafiq məhkəmə tərəfindən müəyyən edilə bilər. İcra məmurunun hərəkətinin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi hallarda, şəxs sözügedən hərəkətdən icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verə bilər. Hazırkı iş üzrə ərizəçi bu qaydaya uyğun olaraq, icraya nəzarət edən Şabran Rayon Məhkəməsinə müraciət etməli idi. Ona görə də daha sonra Şabran rayon İcra və Probasiya Şöbəsinə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi’- tələbinə dair iddia ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Şabran rayon İcra və Probasiya Şöbəsinin iddiaçı "xxxx" ASC-yə vurduğu 6370 (altı min üç yüz yetmiş) manat 65 (altmış beş) qəpik məbləğində ziyana görə kompensasiyanın cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tələbkar Ağamalı oğlunun məcburi iş buraxma dövrü üçün hesablanmış 8750 manat əmək haqqısından vergini və məcburi dövlət sosial sığorta haqqını çıxıldığı halda (1225+262.50=1487.50) ona məcburi iş buraxmaya görə əmək haqqı olaraq 7262.50 manat pul ödənilməli idi. Tələbkar Ağamalı oğluna əmək məzuniyyətlərinə görə hesablanmış 1365.45 manat kompensasiyadan vergini və məcburi dövlət sosial sığorta haqqını çıxıldığı halda isə (191.16+40.96=232.12) ona əmək məzuniyyətlərinə görə hesablanmış kompensasiya olaraq 1133.33 manat pul ödənilməli idi. Beləliklə, qeyd olunan qətnamə üzrə Tələbkar Ağamalı oğluna məcburi iş buraxmaya görə əmək haqqı və istifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiya olaraq 7262.50+1133.33=8395.83 manat pul ödənilməli idi. Qeyd olunan icra sənədi üzrə tələbkarın xeyrinə xx.xx.2015-ci il tarixinə kimi “Dəvəçi-Sərnişin" ASC tərəfindən poçt vasitəsilə 1362.03 manat, "xxxx" ASC-nin Kapital bankın Şabran filialında olan hesabına qoyulmuş inkasso sərəncamı İlə əlaqədar xx.xx.2017-ci il tarixdə 1200 manat, 2017-ci ilin oktyabr ayında 2003.98 manat, xx.xx.2017-ci il tarixdə 998 manat, xx.xx.2017-ci il tarixdə 1996 manat, xx.xx.2018-ci il tarixdə 1611.99 manat, cəmi 9172 manat ödətdirilmiş, icra sənədi üzrə borc tam olaraq ödənildiyi üçün Şabran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə icraata xitam verilmişdir. Şabran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarından şikayət verilmiş, Şabran Rayon Məhkəməsinin 8(031)-69/2018 saylı, 01 oktyabr 2018-ci tarixli qərardadına əsasən icra məmurunun xitam qərarı ləğv olunaraq qeyd olunan icra sənədi yenidən icraya yönəldilmişdir. Yenidən icra məmuru tərəfindən əsassız olaraq əlavə 4521.21 manat ASC-yə borc hesablanmışdır. ‘Dəvəçi-Sərnişin” ASC-dən məcburi icra tədbirləri nəticəsində, inkasso sərəncamı və əmlakların hesabına (Şabran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(031)-1/2016 saylı qərardadı ilə üzərlərinə həbs qoyulmuş 400 manat dəyərində su çəni və 1000 manat dəyərində 2 ədəd böyük ölçülü kukl) həmin borc da ödətdirilmişdir. xx.xx.2020-ci ildə yenidən həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi həmin icra sənədi üzrə Tələbkar Ağamalı oğluna Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən 5297.38 manat artıq pul və əmlak ödənilmişdir. (9172+4521.21=13693.21, 136xx.xx- 8395.83=5297.38) Belə ki, Şabran rayon İcra və Probasiya Şöbəsi icra sənədi əsasında apardığı hesablamalar zamanı səhvlərə yol vermişdir. Şabran rayon İcra və Probasiya Şöbəsi icra sənədi üzrə hesablamalar zamanı 14 faiz vergini əmək haqqından çıxmır, gəlir vergisini və məcburi dövlət sosial sığorta haqlarını da Tələbkar ödənilməli məbləğ kimi nəzərə alaraq ona ödənilməli borc məbləğinin üzərinə gəlir, hansı ki, məcburi dövlət sosial sığorta haqlarını və vergini əmək haqqını ödəyən təşkilat ödəmə mənbəyində tutaraq ödəməlidir. Həmin məbləğlər vətəndaşa ödənilməməlidir. Tələbkar görə hesablanmış vergi və sosial sığorta haqlarını neçə illərdir ASC ödəyir, hətta ASC-nin bununla bağlı borcu da vardır. Həmçinin qətnamədə Tələbkar Ağamalı oğluna ödənilməli məbləğin miqdarı göstərilməmiş hansı dövrləri əhatə etməsi belə göstərilməmişdir. Həmin məbləğin hesablanması barədə inzibati akt yoxdur. Beləliklə icra vərəqəsi üzrə Şabran rayon icra və Probasiya şöbəsi qeyri-qanuni şəkildə ASC-yə məxsus 400 manat dəyərində su çənini və 1000 manat dəyərində 2 ədəd böyük ölçülü kuklu Tələbkar Ağamalı oğluna təhvil vermiş və 3897.38 manat ASG-dən artıq pul tutmuş, bununla da “Dəvəçi-Sərnışin" ASC həmin əmlaklardan məhrum olmuş və ASC-yə 5297.38 manat ziyan vurulmuşdur. Ona görə də Şabran rayon İcra və Probasiya şöbəsinin "xxxx" ASC-yə vurduğu 5297.38 manat məbləğində ziyana görə kompensasiya "Dəvəçi-Sərnişin ” ASC-yə ödənilməlidir. Şabran rayon İcra və Probasiya şöbəsinin "xxxx" ASC-yə vurduğu 5297.38 manat məbləğində ziyana görə kompensasiyanın "xxxx" ASC-yə ödənilməsi üçün xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh quruma müraciət edilsə də, Şabran rayon İcra və Probasiya şöbəsi xx.xx.2021-ci il tarixli, 208590/17 saylı cavab məktubu ilə kompensasiyanın ödənilməsini qeyri-mümkün hesab etmişdir. Sonradan "xxxx" ASC Şabran Rayon Məhkəməsinə “dəqiqləşmə barədə ərizə verərək, Şabran rayon icra və Probasiya Şöbəsinin iddiaçı "xxxx" ASC-yə vurduğu 6670 (altı min altı yüz yetmiş) manat 71 (yetmiş bir) qəpik məbləğində ziyana görə kompensasiyanın cavabdeh Şabran rayon icra və Probasiya Şöbəsi tərəfindən iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsim xahiş etmişdir. "xxxx" ASC yenidən Şabran Rayon Məhkəməsinə “dəqiqləşmə barədə ərizə verərək, Şabran rayon İcra və Probasiya Şöbəsinin iddiaçı "xxxx" ASC-yə vurduğu 6370 (altı min üç yüz yetmiş) manat 65 (altmış beş) qəpik məbləğində ziyana görə kompensasiyanın cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)-285/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2527 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-662/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qətnaməyə əsasən verilmiş icra vərəqəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tələbkar Ağamalı oğluna məzuniyyət üzrə 1433 (bir min dörd yüz otuz üz) manat 39 (otuz doqquz) qəpik, məcburi iş buraxmaya görə 7262 (yeddi min iki yüz altmış iki) manat 50 (əlli) qəpik olmaqla, ümumilikdə 8695 (səkkiz min altı yüz doxsan beş) manat 89 (səksən doqquz) qəpik müəyyən edilmiş və qeyd edilmişdir ki, Şabran rayon İcra və Probasiya şöbəsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tələbkar Ağamalı oğluna istifadə etmədiyi məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqı hesablanarkən həmin məbləğlərdən hesablanmış gəlir vergisi (14 (on dörd) faiz) tələbkarın əmək haqqında və məcburi sosial sığorta haqları (22 (iyirmi iki) faiz) isə əmək haqqını ödəyən təşkilat tərəfindən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticədə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Şabran Rayon İcra və Probasiya Şöbəsindən vurduğu zərərə görə kompensasiya - 4997 (dörd min doqquz yüz doxsan yeddi) manat 32 (otuz iki) qəpik məbləğində pul vəsaitinin alınaraq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim İlqar Cabbarov). İddiaçı "xxxx" ASC-nin cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsinə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsindən üçüncü şəxs Tələbkar Ağamalı oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən baxılaraq xx.xx.2024-cü il tarixli, 2(105)-825/2024 saylı qərardad qəbul olunmuş, həmin qərardadla apellyasiya şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)- 285/2023-nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı "xxxx" ASC-nin cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsinə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Ona görə də "xxxx" ASC Şabran rayon İcra və Probasiya Şöbəsinin hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edərək, Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2527 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyini, həmçinin xx.xx.2020-cü il tarixli, 29323 nömrəli ekspert rəyini, həmin rəylərin bir-birini tamamlamasını əsas tutaraq vurulmuş ziyana görə 4997,32 manat pulu Şabran rayon icra və probasiya şöbəsindən tələb etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(031)-45/2024 nömrəli qərardadı (hakim Könül Mirzəfərova) ilə şikayət təmin edilmiş və Şabran rayon icra və probasiya şöbəsindən Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(105)- 662/2014 saylı qətnaməsinin icrası ilə bağlı "xxxx" ASC-yə vurduğu 4997,32 manat məbləğində ziyanın alınaraq, "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-453/2022 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərardadında qeyd edilir ki, "İcra haqqında" Azərbaycan Respublikasının qanunu icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Burada inzibati iddia şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayətlərə də icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalıdır. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında gəldiyi hüquqi nəticəyə əsasən Şabran rayon icra və probasiya şöbəsindən Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(105)-662/2014 saylı qətnaməsinin icrası ilə bağlı "xxxx" ASC-nə vurduğu ziyanın əvəzinin alınaraq "xxxx" ASC-nə ödənilməsi mübahisəsi inzibati xarakterli olmadığından, hazırki iş üzrə mübahisəyə qətnamənin icrasına nəzarət qaydasında Şabran Rayon Məhkəməsi baxmalıdır. "xxxx" ASC-nin sədri X1 hazırki iş üzrə məhkəməyə təqdim etdiyi şikayətdə Şabran rayon İcra və Probasiya Şöbəsinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etdiyini qeyd etməsinə baxmayaraq, mahiyyətcə qətnamənin icrası ilə bağlı mübahisə ilə məhkəməyə müraciət etdiyini və bu səbəbdən də hazırki işə Şabran Rayon Məhkəməsində baxılmalı olduğu, Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2527 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyini nəzərə alaraq isə şikayətin təmin edilməli olduğu və Şabran rayon icra və probasiya şöbəsindən Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(105)-662/2014 saylı qətnaməsinin icrası ilə bağlı "xxxx" ASC-nə vurduğu 4997,32 manat pulun alınaraq "xxxx" ASCnə ödənilməsi barədə qərardad qəbul edilməli olması qənaətinə gəlir. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(031)-45/2024 nömrəli qərardadından Tələbkar Ağamalı oğlu şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçi qanunsuz iddia ərizələri ilə eyni mövzuda yerli, yuxarı məhkəmələrə 6 ildən çoxdur ki, müraciət edərək qanuni qüvvəsin almış məhkəmə qərarlarına, qətnamələrinə yenidən baxılmasını xahiş edir. Bu işlə əlaqədar onlarla qanuni qüvvəsin almış məhkəmə qərarları var, 4 dəfə mühasibatlıq ekspertiziyası təyin olunub. Ekspertiziya vəsatət qaldıraraq məhkəmədən bu iş üzrə əlavə sənədlər istəmiş, sənədlər "xxxx" ASC tərəfindən ekspertiziyaya təqdim edilmədiyi üçün ekspertiziya rəy verməyib. Saxta sənədlər üzərindən verilən ekspertiziya rəyidə məhkəmə qərarı ilə MPM-in 103.1, 88, 101.7-ci maddələrinə əsasən əsassız olduğu üçün "xxxx" ASC-yə ekspertiziya tədqiqatının dəyəri 145 manat, 30 manat dövlət rüsumu özünə aid edilməsi qət edilmişdir. Qətnamə üzrə ekspert 9/2527 nömrəli rəy verib. Rəyi oxuyandan sonra məlum oldu ki, onun istifadə etmədiyi əmək məzuniyyətlərini və əmək haqqları düzgün hesablanmayıb, qanunsuzluqlara yol verib, əmək və vergi məcələsində yazılanlara məhəl qoymayıb. Bu ekspert 11 aprel 2023-cü il tarixində rəy verirsə bu günki yazılan qanunlara əməl etməlidir. 1987-ci ilin 10 may tarixindən 2013-cü ilin 07 yanvar tarixinə kimi "xxxx" ASC-də baş iqtisadçı vəzifəsində işləmiş, ali təhsillidir, cəmiyyətdə əmlak payı var. Bu illər ərzində 10 il əmək məzuniyyətlərindən istifadə etməmiş, rəhbərliyin təqsiri ucbatından 10 il məzuniyyətlərindən istifadə etmədiyini "xxxx" ASC-nin sədri imzası ilə "xxxx" ASC-nin möhrü ilə təsdiq edib. xx.xx.2013-cü ildə onu qanunsuz olaraq işdən azad etdilər. 2015-ci ilin 3 fevral tarixində işinə bərpa olunmuşdur. İşdən çıxıb işə bərpa olunan əmək məzuniyyətlərinin sayı 4 ildir. 2015-ci il daxil olmaqla 14 il əmək məzuniyyətlərindən istifadə etməmişdir. 2018-ci ilin 02 iyul tarixindən 06 may 2019-cu il tarixinə kimi "xxxx" ASC-nin sədri olub. Etibarnamə işə əlavə olunub. Aylıq əmək haqqı 878 manat olub, 10 ay ərzində 8780 manat əmək haqqı almışdır. Əmək məcəlləsinin 114-cü maddəsinin 3-cü hissəsinə əsasən ona 30 gün əmək məzuniyyəti düşür. Həmin Məcəlləninn 116-cı maddəsinə əsasən 15-ildən artıq əmək stajı olduğuna görə 6 gündə əlavə olunur. Onun üçün 36 günə görə, hər il çıxmadığı əmək məzuniyyəti pulu hesablanmalıdır. Həmin məcəllənin 140.1-140.4 maddələrinə əsasən verilməllidir. Həmin məcəllələrə görə əmək məzuniyyətinə görə kompensasiya onun hansı illər üçün verilməsindən asılı olmayaraq kompensasiyanın verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Onun axırıncı aylıq əmək haqqısı 878 manat olub. 10 ay ərzində 8780 manat təşkil edir. Bu günki gündə də məzuniyyət pulu hesablanarkən, hesablanmış puldan minumum əmək haqqı 200 manat çıxıldıqdan sonra, vergi, və s. tutulmalar tutulur, yerdə qalan puldan əmək məzuniyyəti pulları 8780 manata görə hesablanmalıdır. 2013-cü ilin 07 yanvar tarixində işdən qanunsuz çıxarıldığı vaxtdan, məhkəmə qərarınan işə bərpa olunan xx.xx.2015-ci il tarixinə kimi məcburi iş buraxmağına görə 25 aylıq əmək haqqı hesablanıb ona verilməlidir. 25ay x 350=8780 manat təşkil edir. Məhkəmə qətnaməsində ona məcburi iş buraxmağa görə əmək haqqının hesablanaraq ödənilməsi nəzərdə tutulub. Əmək Məcəlləsinin 102.1.10-cu bəndində qeyd onub ki, dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri gəlir vergisindən azaddır. Məhkəmə qərarından ona hesablanmış 25 aya görə hər ay 350 manat olmaqla 8780 manat pul 14 faiz vergidən azaddır. 2019-cu ilin 06 may tarixinə kimi 22 faiz əmək haqqını ödəyən təşkilat tərəfindən dövlət büdcəsinə köçürülməmişdir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu məcəllənin 88-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert isə onun üçün saxta sənədlərə əsasən 5 il əmək məzuniyyəti pulu hesablayıb. Ona 14 ilin əmək məzuniyyətlərindən istifadə etmədiyi üçün 14 ilin əmək məzuniyyətləri 878 manat aylıq əmək haqqına görə hesablanmalıdır. Aylıq əmək haqqı isə 878 manata görə hesablanmalıdır. Sənədləri ekspertiziya 1-ci, 2-ci, 3-cü keçirilən ekspertə verməyiblər, onun iştirakı olmadan 4-cü ekspertizia təyin olunanda lazım olan sənədləri ekspertə verilib. Verilən sənədlər saxtadır. Şabran rayon icra və propasiya şöbəsinin arayışına əsasən "xxxx" ASC-nin bu günki günə ona 12170 manat ödənilməmiş borcu qalmışdır. Qətnamədə qeyd olunub ki, "xxxx" ASC tərəfindən 19 mədaxil qəbzi üzrə ona 2870 manat pul ödənilib. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(031)-45/2024 nömrəli qərardadı ilə ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(031)- 45/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 8(031)- 45/2024 nömrəli qərardadı ləğv edilməli, "xxxx" ASC-nin Şabran rayon İcra və Probasiya Şöbəsinin hərəkətlərindən (hərəkətsizliyindən) verdiyi şikayət ərizəsi təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-662/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, Tələbkar Ağamalı oğlunun "xxxx" ASC-nin iqtisadçı vəzifəsindən azad edilməsi barədə xx.xx.2013-cü il tarixli, 01 saylı əmri ləğv edilməsi, iddiaçı Tələbkar Ağamalı oğlunun "xxxx" ASC-yə iqtisadçı vəzifəsinə işinə bərpa edilməsi, ona məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya hesablanaraq verilməsi qət edilmişdir. İş materiallarında olan Şabran rayon İcra və Probasiya Şöbəsinin 05 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-662/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə icraata icra sənədinin icra olunması ilə əlaqədar xitam verilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(105)-453/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsinə qarşı “Şabran rayon İcra və Probasiya Şöbəsinin iddiaçı "xxxx" ASC-yə vurduğu 5297 (beş min iki yüz doxsan yeddi) manat 38 (otuz səkkiz) qəpik məbləğində ziyana görə kompensasiyanın iddiaçı "xxxx" ASC-yə ödənilməsi öhdəliyinin cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsinin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-746/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-825/2024 saylı qərardadından görünür ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)285/2023-nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı "xxxx" ASC-nin cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsinə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iş materiallarından görünür ki, Şabran rayon İcra və Probasiya Şöbəsinin icraatında Tələbkar Ağamalı oğlunun borclu "xxxx" ASC-yə qarşı iki icra işi mövcud olmaqla, onlardan birincisi Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-662/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi üzrə, ikincisi isə Şabran Rayon Məhkəməsinin 2(031)-906/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə verilmişdir. Hər iki icra sənədi üzrə Tələbkar Ağamalı oğluna məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya hesablanaraq verilməsi barədə olmuşdur. İddiaçının hazırkı şikayət üzrə tələbi isə yalnız Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-662/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə Şabran rayon İcra və Probasiya Şöbəsinin hesablamanının düzgün aparılmaması nəticəsində Tələbkar Ağamalı oğluna artıq ödənilmiş pulun geri qaytarılmasından ibarət olmuşdur. Tələbkar iddia icraatı qaydasında Şabran rayon İcra və Probasiya Şöbəsinə qarşı hesablamanının düzgün aparılmaması nəticəsində Tələbkar Ağamalı oğluna artıq ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia qalırmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)- 285/2023-nömrəli qətnaməsi ilə iddiası qismən təmin edilsə də Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-825/2024 saylı qərardadı ilə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)285/2023-nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Şabran rayon İcra və Probasiya Şöbəsinin 05 noyabr 2020-ci il tarixli qərarından göründüyü kimi Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-662/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə icraata icra sənədinin icra olunması ilə əlaqədar xitaam verilmişdir ki, bu halda tələbkar və ya borclu yalnız icra məmurunun icraata xitam verilməsi barədə qərarından şikayət verməklə bağlı prosessual hüquqlarından istifadə etmək imkanına malik olur. İcra sənədi üzrə icraata xitam verdildiyindən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı anlayış da aradan qalxmış hesab olunur. Belə ki, icra sənədi üzrə icraata xitam verildiyindən icra məmurunun həmin icra sənədi üzrə hər hansı bir icra hərəkəti aparması və ya icra sənədinin icrası ilə bağlı hərəkətsizliyi də mümkün olmur. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 20.3-cü maddəsinə əsasən də icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilməməklə, o cümlədən həmin Məcəllənin 29.1-ci maddəsinin tələbinə görə tərəflər icraatda icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna malikdirlər. Həmçinin, icra məmurunun icraata xitam verdikdən sonra icra sənədi üzrə hər hansı bir icra hərəkəti aparması və ya hərəkətsizlik etməsi də müəyyən edilməməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verildikdən sonra tələbkarın icra məmurunun olmayan hərəkət və ya hərəkətsizliyi ilə bağlı verdiyi hər hansı bir şikayət əsassız hesab olunur. Hərçənd ki, əslində tələbkarın tələbi icra məmurunun hərəkət və ya hərəkətsizliyi adı altında icra şöbəsindən pul tələb etməsi ilə bağlı olmuşdur ki, qeyd olunan şikayət çərçivəsində həmin tələbə baxılması da mümkünsüzdür. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" ASC Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-453/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-825/2024 saylı qanuni qüvvəsini almış qərardadlarını nəzərə almaqla, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-662/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icrası zamanı ondan artıq məbləğdə pulun tutularaq, Tələbkar Ağamalı oğluna ödənildiyini iddia etdiyi halda, əsassız varlanma qaydalarına müvafiq olaraq, Şabran rayon İcra və Probasiya Şöbəsini müstəqil tələb sürməyən üçüncü şəxs qismində cəlb etməklə, cavabdeh qismində Tələbkar Ağamalı oğluna qarşı iddia icraatı qaydasında aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə müraciət etməkdə haqlı hesab oluna bilərdi. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin qanunun 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 29.1-ci maddəsinə əsasən tərəflər icraatda icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(031)-45/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 8(031)-45/2024 nömrəli qərardad ləğv edilməli, "xxxx" ASC-nin Şabran rayon İcra və Probasiya Şöbəsinin hərəkətlərindən (hərəkətsizliyindən) verdiyi şikayət ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(031)-45/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 8(031)-45/2024 nömrəli qərardad ləğv edilsin. "xxxx" ASC-nin Şabran rayon İcra və Probasiya Şöbəsinin hərəkətlərindən (hərəkətsizliyindən) verdiyi şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar