Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-95/2025 29.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 8(060)-269/2025 nömrəli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: X2 aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4424/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2015ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməklə indeksasiya edilməsi (hal-hazırki uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu da nəzərə alınmaqla) barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahından xx.xx.2015-ci il təvəllüdlü X16 və xx.xx.2016-cı il təvəllüdlü X19 adlı iki övladları var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4424/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq ərizəçiyə ödənilməsi qət edilmişdir. Cavabdeh bu günə olan aliment məbləği artsa da, özü öz istəyi ilə, uşaqlarını nəzərə alaraq, onların mənafeyini düşünərək aliment məbləğini artırmır. Ərizəçi övladlarını təkbaşına böyüdür, övladlarının saxlanması ərizəçi üçün çox çətindir. Ərizəçi övladları ilə birlikdə maddi sıxıntı içində yaşayır. Lakin hal-hazırda uşaqlar böyüdükcə onların problemləri də böyüyür, cavabdeh isə bir valideyn kimi öz məsuliyyətini dərk etmir. Keçən bu neçə il ərzində yaşayış minumumu dəfələrlə artsa da, cavabdehin yaşayış səviyyəsində kifayət qədər artım baş versə də o, aliment miqdarını artırmamışdır. 2022-ci ildən indiyə qədər yaşayış minumumu qanuna əsasən üç dəfə artırılmışdır. Cavabdehin başqa ailəsi və övladı yoxdur. Hal-hazırda özü də həmin şəxsə əmlak bölgüsü ilə əlaqədar xx.xx.2024-cü il tarixdə ödənilən 20000 manat pul məbləğinin kredit borcunu verir, ərizəçi üçün çox çətin bir vəziyyət yaranıb. Qətnamə qəbul edilən zaman cavabdehin aldığı əmək haqqısı və gəlirləri də həmin dövrə nisbətdə xeyli artmışdır. Əsas istəyi uşaqlarının mənafeyi, onların layiqli yaşamının təmin edilməsidir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-269/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərardadı ilə X2nın aliment məbləğinin indeksasiyasına dair ərizəsinin təmin edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X16 və xx.xx.2016-cı il təvəllüdlü X11 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4424/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,53 misli həddində indeksasiya olunması qərara alınmışdır (hakim Şəbnəm Həxiyeva). Borclu Cavabdeh məhkəmənin həmin qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edildiyi vaxtdan (2022-ci il) bu günə kimi aldığı əmək haqqı bir manat da olsun artırılmamışdır. Əlavə gəliri yoxdur və gəliri də ancaq aldığı əmək haqqından ibarətdir. Uşaqlarının saxlanılmaları üçün tutulan 320 manat aliment aldığı 442 manat əmək haqqı ilə tərs mütənasibdir, valideyinlərinin köməyi ilə alimenti ödəyirdi. Artıq valideynlərinin köməyindən də məhrum olmuşdur. Uşaqların başqa tələbatları da çətinliklərlə olsa da, tərəfindən ödənilir. İddiaçının günahı ucbatından uşaqlarının xatirinə 100000 manatlıq evini də iddiaçıya verərək, evdən çıxmışdır, hazırda başqa ünvanlarda yaşamaq məcburiyyətində qalmışdır. İddiaçı Sumqayıt şəhər təhsil şöbəsində işləyir və aldığı əmək haqqı 1067 manatdır. Onun ərizəsində göstərdikləri tamamilə əsassızdır, onun krediti hansı borcuna görə ödədiyi göstərilməmişdir və ona aidiyyatı yoxdur. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün müvafiq məhkəmə qətnaməsi qət edilən zaman ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin cari il üzrə artımı alimentin miqdarını indeksasiyası üçün yeganə meyar kimi qəbul edilməlidir. Hazırki şəraitdə ayda 320 manat təyin olunmuş alimentlə uşağın artan tələbatını ödəmək və onun əvvəlki təminat səviyyəsini saxlamaq qeyri-mümkündür.Belə olan halda, uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması, həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaradılmasına nail olmaq üçün aliment məbləği indeksasiya olunmalıdır. Aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt (2022-ci il) tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.53 rrüsli həddində indeksasiya olunması şəklində qeyd olunmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, borclu Cavabdeh, “Babyu Plaza” körpələr evi-uşaq baxçasında mühafizəçi vəzifəsində çalışır və aylıq əmək haqqı 442 manatdır. X3 Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron Xızı Regionda Təhsil İdarəsində dövlət qulluqçusu-aparıcı məsləhətçi vəzifəsində çalışır və aylıq əmək haqqı 1067 manatdır. Belə olan halda tərəflərin real maddi vəziyyətlərini nəzərə almadan aliment məbləğinin indeksiya edilməsi qəbul edilməzdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2025-ci il tarixli, 8(060)-269/2025 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-269/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Şəbnəm Həxiyeva). Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(105)-95/2025 nömrəli qərardadı ilə şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4424/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, X12 ilə Cavabdeh arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində 07 iyun 2014-cü il tarixdə 539 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X17 və xx.xx.2016-cı il təvəllüdlü X13 anası X5 yanında qalmaları, xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə qətnaməsinin alimentin tutulması hissədə dərhal icra olunması, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 manatın Cavabdeh X5 xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh “Baby Plaza” Müasir Körpələr evi-uşaq bağçasında mühafizəçi vəzifəsində çalışır və aylıq əmək haqqı 442 manatdır. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən X7 Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron Xızı Regional Təhsil İdarəsində dövlət qulluqçusu-aparıcı məsləhətçi vəzifəsində çalışır və aylıq əmək haqqı 1067 manatdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 saylı Qərarının 8.4-2-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən 2022-ci ilin yanvar ayının 1-dən minimum aylıq əmək haqqının məbləği 300 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda da, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilir. Bu halda sabit pul məbləğində tutulan alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınır. Hazırkı halda da birinci instansiya məhkəməsi uşağın saxlanması üçün borcludan tələbkarın xeyrinə tutulan alimentin məbləğinin konkret rəqəmlə deyil, məbləğin sonrakı indeksasiyası nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının misli həddində ifadə edilməli olması qənaətinə gəlmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4424/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, X14 ilə Cavabdeh arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində 07 iyun 2014-cü il tarixdə 539 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X17 və xx.xx.2016-cı il təvəllüdlü X13 anası X5 yanında qalmaları, xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə qətnaməsinin alimentin tutulması hissədə dərhal icra olunması, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 manatın Cavabdeh X5 xeyrinə tutulması qət edilmişdir. Tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün müvafiq məhkəmə qətnaməsi qət edilən zaman ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin cari il üzrə artımı alimentin miqdarının indeksasiyası üçün yeganə meyar kimi qəbul edilməlidir. Hazırkı şəraitdə ayda 320 manat təyin olunmuş alimentlə uşağın artan tələbatını ödəmək və onun əvvəlki təminat səviyyəsini saxlamaq qeyri-mümkündür. Belə olan halda, uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması, həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaradılmasına nail olmaq üçün aliment məbləği indeksasiya olunmalıdır. Aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt (2022-ci il) tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,53 misli həddində indeksasiya olunması şəklində qeyd olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq şikayətin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hazırki icraat artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutulan sabit pul məbləğində alimentin qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına uyğun olaraq indeksasiyası ilə bağlıdır, aliment miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) ilə bağlı deyil. Kollegiya həmçinin izah edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsininin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması məhkəmə tərəfindən alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsinə əsas ola bilər. Bu məqsədlə tərəflərdən istənilən biri məhkəməyə iddia ilə müraciət edə bilər. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi düzgün olaraq ərizənin təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398.0.1, 400-cü maddələrini tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu Cavabdeh tərəfindən tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 8(060)-269/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-95/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-95/2025
29.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver