Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-96/2022 07.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Elman Məmməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından iş üzrə borclu "xxxx" MMC-nin direktoru X5 tərəfindən verilmiş şikayətə baxılması Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı, 09 yanvar 2019-cu il tarixli icra sənədi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin 14 oktyabr 2019-cu il tarixli qərarı ilə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Tələbkar Abşeron rayon İcra və Probasiya şöbəsinə icra icraatının dayandırılması barədə ərizə göndərərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı icra sənədi üzrə icra icraatının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)- 329/2019 saylı icra sənədi İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.10-cu maddəsini rəhbər tutaraq icra sənədinin icrası dayandırılmışdır. Borclu "xxxx" MMC-nin direktoru X5 şikayət ilə məhkəməyə müraciət edərək, Abşeron rayon icra və probasiya şöbəsinin icra işinin dayandırılması barədə xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi və icra işi üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, X6 tərəfindən 500.000 manat məbləğində pul vəsaiti Tələbkar ödənildikdən sonra Tələbkar xahişi ilə icra sənədi qanunsuz tikilinin sökülməsi hissəsində icraat dayandırılmışdır. Məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi vardır və həmin qətnamə ilə S.Z. Xəlilovanın mülkiyyətində olan Abşeron rayon Qobu qəsəbəsindəki 5.975 hektar torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin "xxxx" MMC-nin və X3 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması qət olunmuşdur. Beləliklə, tikililərin "xxxx" MMC-nin hesabına sökülməsi və Tələbkar mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5,975 hektar həmin torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi özlüyündə söküntü nəticəsində əldə olunmuş tikinti materiallarının, eləcə də digər mal-məmulatların "xxxx" MMC-nin mülkiyyətinə keçməsi ilə nəticələnməlidir. Lakin, Tələbkar xahişi ilə icra sənədi qanunsuz tikilinin sökülməsi hissəsində icraatın dayandırılması, "xxxx" MMC-nin söküntü nəticəsində əldə olunmuş tikinti materiallarına, eləcə də digər mal-məmulatlarına dair mülkiyyətindən məhrum olmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 21.6. maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi icra sənədi üzrə icraatın dayandırılması məsələsi birinci instansiya məhkəməsi tərəfindən həll olunmalıdır. Lakin borclu "xxxx" MMC-nin direktoru X1 rayon İcra və Probasiya şöbəsinin icra işinin dayandırılması barədə xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi məsələsi ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etməli olduğu halda, birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şikayət elektron qaydada məhkəməyə daxil olmadığından, şikayət ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231.3., 263, 264, 365, 372, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Borclu "xxxx" MMC-nin direktoru X4 şikayət ərizəsi ona geri qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(105)-96/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-96/2022
07.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver