Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-97/2021 23.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Aöamirova Nigar Kamran qızının katibliyi, İcra sənədi üzrə tələbkar X1 iştirakı ilə, Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(105)-1699/2020 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə Borclu ərizəsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 2(012)-294/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Borclu 8000 (səkkiz min) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınıb X2 verilməsi qət edilmişdir. (hakim C.Səfiyeva) Qətnamədən cavabdeh Borclu apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-294/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1699/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-294/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdeh Borclu 6000 (altı min) manat pulun alınıb X2 verilməsi, iddianın 2000 manat pul tələbinə dair hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəyə mindiyindən xx xxxxxx 2020-ci il tarixdə icraya yönəldilmiş, xx xxxxxx 2020-ci il tarixli qərarla icra icraatına başlanılmışdır. İcra vərəqəsi üzrə Borclu xx xxxx 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1699/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin icrasına 6 ay möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İcra vərəqəsi üzrə Borclu ərizəsini onunla əsaslandırmışdır ki, yaşlı qadındır, hazırda yataq xəstəsidir. Hərəkət məhdudiyyətliliyi vardır və səhhəti ilə əlaqədar məhkəmə qətnaməsini vaxtında icra edə bilmir. Səhhəti imkan verən kimi qətnaməni icra edəcəkdir. Göstərilənlərə və əmlak vəziyyətinin pis olmasına görə ərizə təmin edilməli, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1699/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsinin icrasına 6 ay möhlət verilməsi barədə qərardad çıxarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında tələbkar X3 ərizəyə etiraz edərək bildirdi ki, bu ərizə qanuni qüvvəyə minmiş qətnamənin icrasınn faktiki uzadılmasına xidmət edir və buna görə də təmin edilməməlidir. Apelyasiya baxışı zamanı icra vərəqəsi üzrə Borclu iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etmək mümkün olmamışdır. Belə ki, dəqiq ünvan göstərmədiyindən məhkəmə bildirişi ona çatmamış, iş materiallarında olan telefon nömrələri vurulan zəngləri qəbul etməmişdir. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən bu cür ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1699/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin icrasından yayındığı üçün Borclu barəsində axtarış elan edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1699/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə icra vərəqəsi üzrə Borclu ərizəsini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında pul münasibətlərilə bağlı mübahisə olmuş və Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1699/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu 6000 (altı min) manat pulun alınıb X2 verilməsi qət edilmişdir. Bu qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Hazırda icra vərəqəsi üzrə borclu həmin qətnamənin icrasına 6 ay möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu xəstə olmasını qeyd etmiş, ərizəsinə ambulator kitabçadan çıxarışın surətini əlavə etmişdir. Həmin sənəddən görünür ki, o, 04-xx xxxx 2020-ci il tarixlərdə həkim müayinəsində olmuşdur. «İcra haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə AR-in MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. AR MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi ilə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnamənin hissə-hissə icra edilməsi, habelə icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə qaydasında baxılır. İş materiallarından görünür ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası prosesində borclu könüllü iştirak etmədiyindən icra məmurunun xx xxxxxx 2021-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Borclu başqa şəxslərlə də pul münasibətləri olmuş, onun barəsində CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində təqsirləndirilməsi barədə cinayət işi açılmışdır. Belə bir şəraitdə, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1699/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsinin icrasına möhlətin verilməsi həmin qətnamənin vaxtında və operativ qaydada icra edilməməsinə xidmət edir, bu isə qanunvericiliyə əsasən yolverilməzidir. Belə ki, AR MPM-nin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(105)-1699/2020 saylı qətnamənin icrasına möhlət verilməsi barədə Borclu ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 398.0, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(105)-1699/2020 saylı qətnamənin icrasına möhlət verilməsi barədə Borclu ərizəsi təmin olunmasın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №8(105)-97/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-97/2021
23.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver