Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-97/2023 18.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 8(060)-496/2023 nömrəli qərardadından tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin yazılı icraat qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim E.Abdullayev) Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-383/2021 nömrəli 26 yanvar 2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus **********90 reyestr nömrəli torpaq sahəsinin üzərinə həbs qoyularaq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatının təmin edilməməsi qərara alınmışdır. Tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qərardadı ilə (hakim E.Abdullayev) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-496/2023 nömrəli qərardadından Tələbkar QSC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 04 saylı şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Tələbkar "xxxx" QSC həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qərardadı ilə (hakim G.Tağızadə) Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-496/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərardadından Tələbkar Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, birinci instansiya məhkəməsinin 20 iyun 2023-cü il tarixli qərardadı ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatının təmin edilməməsi qərara alınmış, bununla razılaşmayan tələbkar "xxxx" QSC 20 iyun 2023-cü il tarixli qərardaddan şikayət vermiş, birinci instansiya məhkəməsinin 19 iyul 2023-cü il tarixli qərardadı ilə şikayətin geri qaytarılması qərara alınmışdır. Tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 19 iyul 2023-cü il tarixli qərardaddan şikayət vermiş, lakin birinci instansiya məhkəməsi 19 iyul 2023-cü il tarixli qərardaddan şikayət verilməsinə baxmayaraq, 01 avqust 2023-cü il tarixli qərardadı ilə səhvən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadın qanuniliyini yoxlamışdır. Mülki Prosessual Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Qüvvədə olan prosessual qanunvericilik şikayət ilkin olaraq qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən baxılmasını nəzərdə tutur. Hakim şikayəti əsaslı hesab edirsə, qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında yeni qərardad çıxarır və işin sonrakı gedişi üçün müvafiq prosessual hərəkətlər edir. Əks halda şikayət baxılması üçün 7 gün müddətində apellyasiya məhkəməsinə göndərilir (MPM-nin 269.1- 269.3-cü maddələri). Göründüyü kimi şikayətə ilkin baxmalı olan birinci instansiya məhkəməsi mövcud şikayətə baxmamışdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (Mülki Prosessual Məcəllənin 364-cü maddəsi). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət MPM-nin 269-cu maddəsinin tələblərinə riayət edilmədən, apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qərardaddan verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 269, 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayətin Azərbaycan Respublikası MPM-nin 269, 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(105)-97/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-97/2023
18.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver