Məhkəmə qərarları › İş №8(105)-97/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-97/2025

26.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-97/2025 26.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: icra üsulunun və qaydasının dəyişdirilməsi) X5 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 iştirakı ilə, Qusar Rayon Məhkəməsinin 8(029)-14/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından X4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :

1. Qusar Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(029)- 428/2023 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək, X13 ilə Cavabdeh arasında Qusar 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X9 iştirakı ilə 09 iyun 2017-ci il təvəllüdlü X14 ilə hər həftənin bazar günü saat 10:00-dan 18:00-a kimi “X8 yaşadığı Qusar rayonu Düztahir kəndində görüş günlərinin təyin edilməsinə dair imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunması qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. X4 qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə Qusar 1 saylı Mediasiya təşkilatında bağlanmış 05 aprel 2023-cü il tarixli barışıq sazişi üzrə müəyyən olunmuş və Qusar Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(029)-428/2023 saylı qətnaməsinə əsasən təsdiq olunmuş, azyaşlı uşağı ilə ünsiyyətdə olma vaxtlarının dəyişdirilməsinə, onun 09 iyun 2017-ci il təvəllüdlü X14 ilə hər ayın birinci və üçüncü həftələrinin cümə günləri saat 14:00-dan hər ayın birinci və üçüncü həftələrinin bazar günləri saat 17:00-dək onun yaşayış ünvanında, yəni Qusar rayonunun Düztahir kəndində ünsiyyətdə olma hüququnun müəyyən edilməsinə, habelə azyaşlı uşağı ilə yay tətilində - iyun ayında 10 gün, iyul ayında 10 gün, avqust ayında 10 gün; payız tətilində 5 gün; qış tətilində 5 gün; yaz tətilində 5 gün; yeni il bayramında 5 gün və novruz bayramında 5 gün olmaqla onun yaşayış ünvanında, yəni Qusar rayonunun Düztahir kəndində ünsiyyətdə olma hüququnun təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, o, 21 noyabr 2016-cı il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Həmin nikahdan onların 09 iyun 2017-ci il tarixdə X14 adlı 1 uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmışdır. Onların aralarındakı nikah Cavabdeh iddiası üzrə Qusar Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(029)-325/2020 saylı qətnaməsinə əsasən pozulmuş, boşanmadan sonra azyaşlı uşağı X3 Gülnar Ramiddin qızının himayəsində saxlanmışdır. O, azyaşlı uşağı ilə ünsiyyət hüququnun təmin ediləməsi üçün Qusar 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra Cavabdeh ilə uşaqla ünsiyyət məsələsində olan mübahisəni mediasiya vasitəsi ilə həll etməyə razılaşmışdır. 05 aprel 2023-cü il tarixdə onun, üçüncü şəxs Cavabdeh və üçüncü şəxs Qusar 1 saylı Mediasiya təşkilatının mediatoru X9 arasında xx.xx.2023-cü il tarixli 3 tərəfli barışıq sazişi imzalanmışdır. Cavabdeh birgə nikahdan olan uşaqları 09 iyun 2017-ci il təvəllüdlü X10 hər həftənin bazar günü saat 10:00-dan 18:00-dək yaşadığı Qusar rayonunun Düztahir kəndində onunla görüşməsinə razılıq vermişdir. Barışıq sazişinin bağlanmasına baxmayaraq Cavabdeh barışıq sazişində nəzərdə tutulmuş vaxtlarda uşağı ilə görüşməyini təmin etmirdi. Buna görə də o, Qusar Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və Qusar Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(029)-428/2023 saylı qətnaməsinə əsasən Qusar 1 saylı Mediasiya təşkilatında bağlanmış 05 aprel 2023-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. Bu vaxta kimi o həmin barışıq sazişinə uyğun olaraq uşağını hər həftənin bazar günü saat 10:00-da cavabdehin yaşadığı ünvandan götürmüş, saat 18:00-da Cavabdeh qaytarmışdır. O, Qusar rayonunun Düztahir kəndində yaşayır, Cavabdeh isə Qusar rayonunun Yuxarı Zeyxur kəndində yaşayır. Qusar rayonunun Düztahir kəndindən Qusar rayonunun Yuxarı Zeyxur kəndinə Cavabdeh yaşadığı ünvana kimi təxminən 40 kilometr məsafə vardır. Azyaşlı uşağı ilə ünsiyyətdə olmaq üçün həmin yolu səhər qət edib uşağı cavabdehdən götürmək və axşam uşağı cavabdehə geri qaytarmaq onun üçün çətindir. Həmin yolu bir gündə iki dəfə qət etmək azyaşlı uşaq üçün xüsusən ağırdır. Onun uşağın atası olaraq uşağı ilə hər həftə 1 -2 gün ünsiyyətdə olmaq hüququ vardır. Lakin yol uzaq olduğu üçün o, azyaşlı uşağı ilə hər həftə olmasa da, ayda 2 dəfə normal ünsiyyətdə olmaq istəyir. O, uşağını heç olmasa hər ayın birinci və üçüncü həftələrinin cümə günləri saat 14:00-da cavabdehin yaşadığı ünvandan götürmək, bazar günləri saat 17:00-da cavabdehə qaytarmaq istəyir. Həm də azyaşlı uşağını Yay, Payız, Qış, Yaz tətili günlərində, Yeni il və Novruz bayramı günlərində müəyyən günlərdə cavabdehdən almaq istəyir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir.

4. Qusar Rayon Məhkəməsinin 8(029)-14/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Ə.Cəlilov) ərizə qismən təmin edilərək: - X1 borclu Cavabdeh ilə Qusar 1 saylı Mediasiya təşkilatında bağlanmış 05 aprel 2023cü il tarixli barışıq sazişi üzrə müəyyən olunmuş və Qusar Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(029)- 428/2023 saylı qətnaməsinə əsasən təsdiq olunmuş, azyaşlı uşağı ilə ünsiyyətdə olma vaxtları dəyişdirilməsi, - X1 borclu Cavabdeh ilə birgə nikahdan olan uşağı 09 iyun 2017-ci il təvəllüdlü X14 ilə ünsiyyət hüququ Yay tətilində - iyun ayında 1 gün, iyul ayında 1 gün, avqust ayında 1 gün; Payız tətilində 1 gün; Qış tətilində 1 gün; Yaz tətilində 1 gün; Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün saat 10:00-dan saat 18:00-dək təyin edilməsi, - ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə Yay tətilində iyun ayında 1 gün, iyul ayında 1 gün, avqust ayında 1 gün; Payız tətilində 1 gün; Qış tətilində 1 gün; Yaz tətilində 1 gün; Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün, saat 10:00- da borclu Cavabdeh tərəfindən X4na, həmin günlər saat 18:00-da isə 09 iyun 2017-ci il təvəllüdlü X10 yaşayış yeri üzrə X4 tərəfindən borclu Cavabdeh təhvil verilməsi qərara alınmışdır.

5. Həmin qərardaddan narazı qalan ərizəçi Elnur Poladov şikayət verərək Qusar Rayon Məhkəməsinin 8(029)-14/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasını və ərizənin tam şəkildə təmin edilməsini xahiş etmişdir.

6. Qusar Rayon Məhkəməsinin 8(029)-14/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin baxılması üçün iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2, 50.1, 56.1, 61.1, 61.2-ci maddələrinə, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli qərarının müvafiq bəndlərinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1, 231.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Şikayətin dəlilləri

8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə əsassızdır. Belə ki, o Qusar rayonunun Düztahir kəndində, borclu Cavabdeh isə Qusar rayonunun Yuxarı Zeyxur kəndində yaşayır. Bu ünvanlar arasında 40 kilometr məsafə vardır. Belə olan halda azyaşlı uşaqla ünsiyyətdə olmaq üçün həmin yolu gündə 2 dəfə qət etməli olurlar ki, bu da azyaşlı uşağın sağlamlıq durumu üçün çətinlik törədir. Ona görə də azyaşlı uşağı ilə ünsiyyətdə olma hüququnun mütləq şəkildə uşağın gecə onun yaşayış ünvanında qalması yolu ilə həll edilməlidir. Bu formada ünsiyyət azyaşlı uşağın mənafeyinə tam uyğundur. X2 artıq 8 yaşı vardır, oğlan uşağıdır. Onun ata kimi uşağı 1-2 gün yanında saxlayaraq ünsiyyətdə olmaq hüququ təmin edilməlidir. Digər tərəfdən məhkəmə qərardadı ilə ona, bayramlarda və tətillərdə cəmi 1 gün, hətta Yay tətilində hər ay 1(bir) gün, özü də saat 10:00-dan saat 18:00-dək uşağı ilə ünsiyyətdə olmaq hüququ verilmişdir. Məhkəmə bu cür qərardad qəbul etməklə onun valideynlik hüquqlarını pozmuş, açıq-aydın ədalətsizlik etmişdir. Göstərilənlərə əsasən Qusar Rayon Məhkəməsinin 8(029)-14/2025 saylı, 14 aprel 2025-сi il tarixli qərardadı ləğv edilməli, 05 aprel 2023-cü il tarixli barışıq sazişi üzrə müəyyən olunmuş və Qusar Rayon Məhkəməsinin 27 aprel 2023cü il tarixli, 2(029)-428/2023 saylı qətnaməsi ilə təsdiq olunmuş, onun azyaşlı uşağı X14 ilə ünsiyyətdə olma vaxtlarının dəyişdirilərək, 09 iyun 2017-ci il təvəllüdlü X14 ilə hər ayın birinci və üçüncü həftələrinin cümə günləri saat 14:00-dan hər ayın birinci və üçüncü həftələrinin bazar günləri saat 17:00-dək onun yaşayış ünvanında, yəni Qusar rayonunun Düztahir kəndində ünsiyyətdə olma hüququnun müəyyən edilməsinə, habelə Yay tətilində - iyun ayında 10 gün, iyul ayında 10 gün, avqust ayında 10 gün; Payız tətilində 5 gün; Qış tətilində 5 gün; Yaz tətilində 5 gün; Yeni il bayramında 5 gün və Novruz bayramında 5 gün olmaqla onun yaşayış ünvanında ünsiyyətdə olma hüququnun təmin edilməsinə dair yeni qərardad qəbul edilməsi xahiş edilmişdir.

b) Şikayəti qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.2. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.

12. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli qərarı:

13. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsi: Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddə 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

Apellyasiya baxışının hədləri

14. Apellyator şikayətində Qusar Rayon Məhkəməsinin 8(029)-14/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam ləğv olunmasını xahiş etsə də, şikayətin məzmunundan görünür ki, apellyator qərardadı ərizənin təmin olunmayan hissəsində mübahisələndirmiş və ərizəsinin tam təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

15. Ona görə də kollegiya Qusar Rayon Məhkəməsinin 8(029)-14/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının mübahisələndirilən həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, tələbkar tərəfindən verilmiş şikayət təmin edilməməlidir.

17. Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərini əsaslı hesab etmir və mövqeyini aşağıdakı şəkildə əsaslandırır.

18. Belə ki, qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə qərarların icrasının ciddiliyini və məcburiliyini kifayət qədər aydın şəkildə təsbit etmişdir. Eyni zamanda, qanunverici məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarının icrası üsulunun və qaydasının dəyişdirilməsini də nəzərdə tutmuşdur.

19. Lakin qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi dedikdə, qətnamədə nəzərdə tutulmuş onun icra üsulunun və qaydasının tələbkarın hüquqlarını və qanuni mənafeyini təmin edən digər icra üsulu və qaydası ilə əvəz edilməsi və ya qətnamədə nəzərədə tutulmuş ilkin icra üsulunun və qaydasının onların dəyişdirilməsi ilə transformasiya olunması başa düşülür. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin zərurliyi qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni icra etməyə imkan verməsin və qətnamənin icrasının əvvəl müəyyən edilmiş üsul və qaydasının onun icrasına kömək edə bilmədiyi təsdiq edilsin. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə, bir qayda olaraq borclu qətnaməni könüllü yerinə yetirmədikdə və qətnamənin icrası onun hərəkətlərindən asılı olduqda həyata keçirilir. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icrası müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər.

20. Baxılan işin faktiki hallarından müəyyən edilir ki, X13 ilə Cavabdeh arasında Qusar 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X9 iştirakı ilə 09 iyun 2017-ci il təvəllüdlü X14 ilə hər həftənin bazar günü saat 10:00-dan 18:00-a kimi “X8 yaşadığı Qusar rayonu Düztahir kəndində görüş günlərinin təyin edilməsinə dair xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır.

21. Qusar Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(029)- 428/2023 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək, X13 ilə Cavabdeh arasında Qusar 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X9 iştirakı ilə 09 iyun 2017-ci il təvəllüdlü X14 ilə hər həftənin bazar günü saat 10:00-dan 18:00-a kimi “X8 yaşadığı Qusar rayonu Düztahir kəndində görüş günlərinin təyin edilməsinə dair imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunması qət edilmişdir.

22. Bundan sonra X4 qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə Qusar 1 saylı Mediasiya təşkilatında bağlanmış 05 aprel 2023-cü il tarixli barışıq sazişi üzrə müəyyən olunmuş və Qusar Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(029)-428/2023 saylı qətnaməsinə əsasən təsdiq olunmuş, azyaşlı uşağı ilə ünsiyyətdə olma vaxtlarının dəyişdirilməsi xahiş etmişdir. Tələbkarın hazırkı ərizəsinə əsasən məhkəmə qətnamə ilə müəyyən edilmiş ünsiyyət müddətini və formasını dəyişmişdir.

23. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq, ərizədə göstərilən qaydada, yəni hər ayın birinci və üçüncü həftələrinin cümə günləri saat 14:00-dan hər ayın birinci və üçüncü həftələrinin bazar günləri saat 17:00-dək onun yaşayış ünvanında, yəni Qusar rayonunun Düztahir kəndində ünsiyyətdə olma hüququnun müəyyən edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşağın yaşını, onun tələbatlarını hazırkı halda nəzərə alınsa onun anasından gecə saatlarında ayrı qalması mümkün deyil.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir.

25. Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur. Bu ardıcıllıqla icra hərəkətlərinin yerinə yetirilməsində çətinliklər yarandıqda həmin icra qaydasının dəyişdirilməsi zərurəti yarana bilər.

26. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarı: “3.1. Məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. İddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər. 3.2. Bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. “12.1. Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir. Sadalananları hazırkı işə tətbiq edən kollegiya qeyd edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 8(029)-14/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

Qərara aldı:

X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 8(029)-14/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar