Məhkəmə qərarları › İş №8(105)-98/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-98/2024

06.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-98/2024 06.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Quba Rayon Məhkəməsinin 8(027)-161/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qərardadı ilə (hakim R.Həsənov) Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədovun “icra sənədinin məhkəməyə qaytarılması” barədə 15 dekabr 2023-cü il tarixli qərarından X1 şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməsi, X1 Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədovun “icra sənədinin məhkəməyə qaytarılması” barədə 15 dekabr 2023-cü il tarixli qərarından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbi üzürlü hesab edilərək prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qərardadı ilə (hakim R.Həsənov) Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından tələbkar X1 verdiyi şikayətin təmin edilməsi, Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarının ləğv edilməsi və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Quba rayon İcra və probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərardadı ilə (hakim R.Həsənov) Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından tələbkar X1 verdiyi şikayətin təmin edilməsi, Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarının ləğv edilməsi və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Quba rayon İcra və probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərardadı ilə (hakim V.Seyidov) Borclunın şikayətinin təmin edilməməsi, Borclunın Quba Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 8(027)-161/2024 nömrəli qərardadından verdiyi şikayət baxılması üçün, işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vahid Məmmədovun xx.xx.2023-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarı ilə Sumqayıt Apelliyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(105)- 738/2022 nömrəli icra sənədi məhkəməyə geri qaytarılmışdır. Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarında göstərilmişdir ki, qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış, tələbin təmin edilməsi barədə borcluya bildiriş göndərilmişdir. İcraat zamanı tələbi təmin etmək məqsədilə xx.xx.2023-cü il tarixdə DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müvafiq qaydada müraciət edilmiş, həmin qurumun xx.xx.2023-cü il tarixli cavab məktubunda icra sənədinin icrası mümkün olmadığı qeyd edilmişdir. Belə ki, icra vərəqəsində ayrılması nəzərdə tutulan Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahələrinin istiqaməti və bölgüsü göstərilməmişdir. Eləcə də Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X2 adına özgəninkiləşdirilmiş və sonuncunun adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli, ********** nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2023-cü il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-738/2022 saylı icra sənədinə Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsinin tərəflərin hər birinin payı hisssədə olmaqla naturada bölünərək ayrılması nəzərdə tutulan torpaq sahəsinin istiqamətlərinin müəyyən edilməsi hissəsinə izah verilməsinə dair ərizə ilə Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-738 saylı qərardadına əsasən həmin ərizə təmin edilməmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsinin naturada bölünməsini təmin etmək məqsədilə həmin torpaq sahəsinin yerləşdiyi ərazidə icra tədbiri keçirilmişdir. İcra yerində sözü gedən torpaq sahəsində tikilinin olduğu müəyyən edilmişdir. Bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubda həmin mübahisəli torpaq sahəsində qeyri-yaşayış binası mövcud olduğuna görə həmin torpaq sahəsinin naturada bölgüsünün mümkün olmadığı qeyd edilmişdir. Beləliklə icra sənədi üzrə bütün lazımi və zəruri icra tədbirlərinin həyata keçirilməsnə baxmayaraq görülmüş tədbirlər nəticə verməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Quba Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərardadından şikayət verərək, şikayətinin təmin olunaraq, Quba Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 8(027)-161/2024 nömrəli qərardadının ləğv edilməsini və tələbkar X3 tərəfindən verilmiş şikayətin barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba rayon İcra və Probasiya şöbəsi düzgün olaraq icra sənədini icra edilə bilməməsi əsası ilə icra sənədini geri qaytarmışdır. Lakin işə baxan məhkəmə isə qanunda belə bir halın nəzərdə tutulmadığını qeyd etmişdir. Quba Rayon Məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən aşağıdakı halları aydınlaşdırmamışdır: Məhkəmə iclası barədə ona rəsmi məlumat verilməmiş, məhkəmə iclasında iştirakı təmin edilməmişdir. İcra sənədinin icra olunmamasının əsasları məhkəmə tərəfindən araşdırılmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 25 aprel 2024-cü il tarixli və 14 iyun 2024-cü il tarixli qərardadları ləğv edilməli, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vahid Məmmədovun xx.xx.2023-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından verilmiş şikayətə baxılması üçün iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi şikayətin təmin edilməsini Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-738/2022 nömrəli icra vərəqəsinin geri qaytarılmasına əsas olmuş halların qanunvericilikdə mövcud olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab etmir. Belə ki, hazırkı işdən görünür ki, 22 aprel 2024-cü il tarixli məhkəmə iclasının protokolu hakim tərəfindən imzalanmamışdır. Mülki Prosessual Məcəllənin 387.2.7-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa ləğv edilməlidir. Maddi hüquq normalarından fərqli olaraq prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. MPM-in 387.2.1-387.2.7-ci maddələrində göstərilmiş pozuntular kobud pozuntulardır və bu pozuntular şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə şərtsiz əsasdır. Göründüyü kimi birinci instansiya məhkəməsi şikayətə baxarkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 25 aprel 2024-cü il tarixli və 14 iyun 2024cü il tarixli qərardadları ləğv edilməli, qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədovun “icra sənədinin məhkəməyə qaytarılması” barədə 15 dekabr 2023-cü il tarixli qərarından verilmiş şikayətə yenidən baxılıb məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 25 aprel 2024-cü il tarixli və 14 iyun 2024-cü il tarixli qərardadları ləğv edilsin. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədovun “icra sənədinin məhkəməyə qaytarılması” barədə 15 dekabr 2023-cü il tarixli qərarından X3 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Quba Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar