Məhkəmə qərarları › İş №8(105)-99/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-99/2021

28.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-99/2021 28.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, icra məmuru X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli icra vərəqəsinə izah verilməsi ilə əlaqədar Sumqayıt şəhəri üzrə İcra İdarəsinin rəisi ədliyyə müşaviri Fuad Nəbiyevin 12 aprel 2021-ci il tarixli ərizəsinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhəri üzrə İcra İdarəsinin rəisi ədliyyə müşaviri Fuad Nəbiyev ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-335 saylı, 16.12.2019-cu il tarixli icra sənədinə əsasən Borclu1 cəmi 14414,82 ABŞ dolları (ödəniş gününə manata nisbətdə) “Tələbkar1 Bank” ASC-nin xeyrinə tutulmalı və iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 150 manat məbləğində pul Borclu1 tutularaq A.R Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin hesabına ödənilməli, tələb olunan məbləğ Borclu1 mülkiyyətində olan 6-cı mikrorayon, 32 saylı evin 65 saylı mənzilinə yönəldilməli, ipoteka predmeti olan Sumqayıt şəhəri, 6-cı mkr, 32 saylı evin 65 saylı mənzilin hərracdakı ilkin satış qiyməti 85000 manat müəyyən edilməlidir. Qeyd olunan icra sənədi üzrə “Sumqayıt şəhər məhkəməsinin 2(060)-587/2018 saylı, 02.07.2018-ci il tarixli qərarı üzrə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır” hissəsinə izah verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İşə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur (Mülki Prosessual Məcəllənin 230.1. və 230.4. maddələri). “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14.1. maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə görə qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxın onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Göründüyü kimi qanunvericilikdə məhkəmə qətnaməsinə və icra sənədinin verilməsinə əsas olan sənədin izah verilməsi nəzərdə tutulmuşdur. Hazırkı ərizədən görünür ki, icra məmuru icra sənədinin verilməsinə əsas olan məhkəmə aktının izah olunması ilə bağlı müraciət etməli olduğu halda, icra vərəqəsinə izah verilməsini xahiş etmişdir. Halbuki yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən icra vərəqəsinə izah verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli icra vərəqəsinə izah verilməsi ilə əlaqədar Sumqayıt şəhəri üzrə İcra İdarəsinin rəisi ədliyyə müşaviri Fuad Nəbiyevin 12 aprel 2021-ci il tarixli ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 15, 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli icra vərəqəsinə izah verilməsi ilə əlaqədar Sumqayıt şəhəri üzrə İcra İdarəsinin rəisi ədliyyə müşaviri Fuad Nəbiyevin 12 aprel 2021-ci il tarixli ərizəsi rədd edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar