Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-99/2023 14.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X9 və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(105)-1985/2022 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə cavabdeh X8 tərəfindən verilmiş ərizəyə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Tələbkar cavabdehlər X7 və X5 qarşı əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11-də yerləşən ümumi sahəsi 40,95 kv.m. olan 2 (iki) otaqlı 31 nömrəli mənzilə dair cavabdehlər arasında qanunu pozmaqla bağlanmış alqısatqı müqavilələri nəticəsində əsassız varlanan cavabdehlər X2 34150 (otuz dörd min yüz əlli) manat, X3 isə 15000 (on beş min) manat habelə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(060)-7920/2021 nömrəli qətnaməsi ilə iddiaçı Tələbkar Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11-də yerləşən ümumi sahəsi 40,95 kv.m. olan 2 (iki) otaqlı 31 nömrəli mənzilə dair cavabdehlər arasında qanunu pozmaqla bağlanmış alqı-satqı müqavilələri nəticəsində əsassız varlanan cavabdehlər X2 34150 (otuz dörd min yüz əlli) manat, X3 isə 15000 (on beş min) manat habelə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair iddiası rədd edilmişdir (hakim E.Hüseynov). Qətnamədən iddiaçı Tələbkar apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(060)-7920/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(105)-1985/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7920/2021 nömrəli, 02 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Tələbkar cavabdeh X5 qarşı əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin tutulması tələbinə dair iddiası qismən təmin edilməsi, cavabdeh X2 əsassız varlanma nəticəsində əldə olunmuş 18850 manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir (sədrlik edən Şəmsəddin Abasov, hakimlər Səyyad Qafari və İlqar Dəmirov). Hazırda cavabdeh X8 ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(105)-1985/2022 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizənin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh X8 tərəfindən verilmiş ərizə geri qaytarılmalıdır. “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 yanvar 2003-cü il tarixli 1 №-li Qərarından görünür ki, məhkəmələrə tövsiyə edilsin ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Qanunvericiliyin qeyd edilən tələbinə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X4 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi geri qaytarılmalı, ona qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə ilə işə baxan birinci instansiya məhkəməsinə müraciət etməli olduğu izah edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X4 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi geri qaytarılsın. Cavabdehə izah olunsun ki, qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə ilə işə baxan birinci instansiya məhkəməsinə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(105)-99/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-99/2023
14.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver