Məhkəmə qərarları › İş №8(106)-106/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-106/2024

12.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-106/2024 12.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 8(056)-212/2024 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına olan «VAZ 2101» markalı ** BU *** və «VAZ 2106» markalı ** EH *** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-280/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 11294,75 manat məbləğində pul və 15 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Borclu tələbin könüllü icrası üçün verilmiş vaxt ərzində borcunu ödəməmiş və icra sənədinin icraata daxil olduğu vaxtdan uzun müddət keçməsinə baxmayaraq borcun ödənilməsi üçün heç bir cəhd göstərməmişdir. Borclunun əmlak vəziyyətinin müəyyən edilməsi üçün müvafiq sorğular verilmiş və iş üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “Elektron İcra Xidməti" portalından çıxarışına əsasən Borclu adına «VAZ 2101» markalı ** BU *** və «VAZ 2106» markalı ** EH *** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin qeydə alınması müəyyən edilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin Borclu məxsus «VAZ 2101» markalı ** BU *** və «VAZ 2106» markalı ** EH *** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə yönəldilməsi barədə məhkəməyə təqdimat verilməsi zərurəti yaranmışdır. Sabirabad Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 8(056)-212/2024 saylı qərardadına əsasən, Borclu adına olan «VAZ 2101» markalı ** BU *** və «VAZ 2106» markalı ** EH *** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə təqdimat təmin edilərək, Borclu məxsus «VAZ 2101» markalı ** BU *** və «VAZ 2106» markalı ** EH *** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu Həşimov X1 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(056)-188/2024 saylı qəradadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 8(056)-212/2024 saylı qərardadı ilə, Borclu Sabirabad Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 8(056)- 212/2024 saylı qərardadından verilmiş şikayətin təmin edilməməsi, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 267-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin borcluya məxsus əmlakın üzərinə üzərinə həbs qoyulması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi ilə məcburi icra tədbirləri görülə bilər. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlili edərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası hər bir kəs üçün məcburidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onu icra etmək vəzifəsi daşıyan icra məmuru həmin qətnamənin icrasının təmin edilməsinə görə məsuliyyət daşımaqla yanaşı qətnamənin icrası üçün zəruri icra tədbirlərini həyata keçirmək vəzifəsi daşıyır. Belə olan halda icranın təmin edilməsi üçün borclunun əmlakına həbs qoyulması tələbi qanuni hesab edilməlidir. Sabirabad Rayon Məhkəməsinin 2(056)-280/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Borclu 11294,75 manat məbləğində pul və 15 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. xx.xx.2019-cu il tarixli «İcraata başlamaq haqqında qərar»dan görünür ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-280/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının icraatına başlanılmış və Borclu icra vərəqəsinin könüllü qaydada icra olunması üçün 10 (on) gün müddətinə vaxt verilmişdir. “Elekton İcra Xidməti" portalının “avtomobil nəqliyyat məlumatları" bölməsinin məlumatına əsasən Borclu adına «VAZ 2101» markalı ** BU *** və «VAZ 2106» markalı ** EH *** dövlət nömrə nişanlı nəqliyyat vasitələri qeydə alınmışdır. İş materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-280/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 11294,75 manat məbləğində pul və 15 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Lakin hal-hazıradək icra sənədi borclu tərəfindən icra edilməmişdir. İş materiallarında olan “Elektron İcra Xidməti" portalından çıxarışına əsasən Borclu adına «VAZ 2101» markalı ** BU *** və «VAZ 2106» markalı ** EH *** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin qeydə alınması müəyyən edilmişdir. Görülmüş bütün icra tədbirlərinə baxmayaraq Borclu icra sənədinin tələbinin təmin etməkdən yayınmışdır. Ona görə də Borclu mülkiyyətində VAZ 2101» markalı ** BU *** və «VAZ 2106» markalı ** EH *** dövlət nömrə nişanlı nəqliyyat vasitələri olduğundan tələbin həmin əmlaklara yönəldilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız olmaqla yanaşı heç bir sübutla öz təsdiqini tapmayan formal mülahizə hesab edir. Kollegiya əlavə olaraq qeyd edir ki, borclunun icra sənədi üzrə ödəməli olduğu məbləğ 11294,75 manat təşkil edir. Borclunun mülkiyyətində olan hər iki nəqliyyat vasitəsinin ümumi dəyəri isə (Turbo.az saytından çıxarışlar) hər iki nəqliyyat vasitəsinin yaxşı məbləğdə 8000-9000 manat arası dəyişir. Göründyü kimi Borclu VAZ 2101» markalı ** BU *** və «VAZ 2106» markalı ** EH *** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyularkən borcla üzərinə həb qyulması tələb olunan əmlakların ümumi dəyəri arasında mütənasiblik gözlənilmiş və borclunun hüquqlarının (yəni üzərinə həbs qoyulmuş əmlaklar ilə borc arasında fərq tələbkarın tələbindən az olmuşdur) hədsiz məhdudlaşdırılması halı mövcud olmamışdır. Məhkəmə kollegiyası qeyd edilənlər üzrə ümumi dəyərləndirmə apararaq yekun olaraq hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan Sabirabad Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 8(056)-212/2024 saylı qərardadının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 8(056)-212/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar