Məhkəmə qərarları › İş №8(106)-11/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-11/2025

31.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-11/2025 31.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 8(036)-165/2024 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Əfəndiyevin təqdimatla məhkəməyə müraciət edərək, İmişli rayon Məhkəməsinin 2(036)-1433/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus "eydiyyat nömrələri **********, ********** - reyestr nömrələri **********51, **********52 olan torpaq sahələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli rayon Məhkəməsinin 2(036)- 1433/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 5071 manat pul tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan " qeydiyyat nömrələri **********, **********-reyestr nömrələri **********51, **********52 olan torpaq sahələri vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə qərarının real icrasını təmin etmək məqsədi ilə iş üzrə Borclu məxsus qeydiyyat nömrələri **********, **********-reyestr nömrələri **********51, **********52 olan torpaq sahələrinin üzərinə həbs qoyulmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, qeyd olunan torpaq sahələrinin üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş edir. İmişli Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 8(036)-165/2024 saylı (Hakim: Orxan Mahmud) qərardadı ilə, təqdimat təmin edilərək, İmişli Rayon Məhkəməsinin 2(036)- 1433/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu adına qeydiyyatda olan qeydiyyat nömrələri **********, ********** - reyestr nömrələri **********51, **********52 olan torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. Borclu İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(036)-165/2024 saylı qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(036)-1433/2023 saylı qətnaməsi ilə ondan 5000 manat və 71 manat dövlət rüsumu alınıb Tələbkar ödənilməsi qət edilmişdir. Heç bir satılası qiymətli əmlakı yoxdur. Maddi imkanım olmadığından həmin pulu ödəyə bilməmişdir. Ona görə icra məmurunun təqdimatı əsasında İmişli Rayon Məhkəməsinin 8(036)-165/2024- 002 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə İmişli Rayon Məhkəməsinin 2(036)- 1433/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu, yəni onun adına qeydiyyatda olan qeydiyyat nömrələri **********, **********-reyestr nömrələri **********51, **********52 olan torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. İddiaçı məhkəmədə iştirak etmədiyindən qərardaddan məlumatı olmamış, qərardadın surəti ona poçtla xx.xx.2025-ci ildə rəsmi təqdim edilmişdir. Həmin qərardad düzgün deyildir. Belə ki, üzərinə həbs qoyulmuş torpaq sahəsi tək ona aid deyil, mərhum valideynlərinin və ailə üzvlərinin birgə ümumi mülkiyyətidir. Reyestrdən çıxarışda onu rəsmiləşdirən şəxs kimi onun adı göstərsə də, mülkiyyət sahibləri kimi 5 nəfərin adı qeyd olunmuşdur. Mərhum valideynləri və ailə üzvləri onun borcuna cavabdeh olmadıqlarından onlara məxsus torpaq sahəsinin üzərinə həbs qoyulması qanunvericiliyə ziddir. Belə ki, Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli Qərarına əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən aşağıdakı əmlaklara tələbin yönəldilməsinə, yəni üzərinə həbs qoyulmasına yol verilmir: 1) borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə); 2) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsinin təsərrüfat tikililəri və ya ayrı-ayrı hissələri, həmçinin onların altında olan torpağa; 3) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə; 4) əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin hər növ mal-qara və digər ev heyvanından bir baş və ev quşlarından bir cütünə; 5) əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin yeni yem yığılanadək və ya mal-qara örüşə çıxarılanadək mal-qara üçün lazım olan yemə; 6) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxslərə növbəti əkin üçün lazım olan toxuma; 7) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxs və onun ailəsi üçün yeni məhsul yetişdirilənədək zəruri olan azuqəyə, digər borclular üçünisə bir aylıq dolanışıq azuqəsinə; Göründüyü kimi məhkəmə qanunvericiliyin bu tələblərini nəzərə almadan qanunsuz və əsassız qərardad çıxarmışdır. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(036)-165/2024 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş torpaq sahəsi tək ona aid deyil, mərhum valideynlərinin və ailə üzvlərinin birgə ümumi mülkiyyətindədir. Reyestrdən çıxarışda onu rəsmləşdirən şəxs kimi onun adı göstərilsə də, mülkiyyət sahibləri kimi 5 nəfərin adı qeyd olunmuşdur. Mərhum valideynləri və ailə üzvləri onun borcuna cavabdeh olmadıqlarında onlara məxsus torpaq sahəsinin üzərində həbs qoyulması qanunvericiliyin tələblərinə uyğun deyildir. İmişli Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 8(036)-165/2024 saylı qərardadı ilə, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(036)-165/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət rədd edilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(036)-165/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi icra məmuru tərəfindən verilmiş təqdimata baxarkən, təqdimatla üzərinə həbs qoyulması tələb edilən əmlakların Borclu və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olması ilə bağlı borclunun dəlillərinə düzgün qiymət verməmiş, nəticədə qanunsuz və əsassız qərardad qəbul edilmişdir. İş materiallarından görünür ki, İmişli rayon Məhkəməsinin 2(036)- 1433/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 5071 manat pul tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən, icra məmuru qeydiyyat nömrələri **********, **********-reyestr nömrələri **********51, **********52 olan torpaq sahələrinin üzərinə həbs qoyulmasını xahiş edir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan qeydiyyat nömrələri **********, **********-reyestr nömrələri **********51, **********52 olan torpaq sahələri vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə qərarının real icrasını təmin etmək məqsədi ilə iş üzrə Borclu məxsus qeydiyyat nömrələri **********, **********-reyestr nömrələri **********51, **********52 olan torpaq sahələrinin üzərinə həbs qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş elektron icra sistemindən çıxarışlardan görünür ki, icra məmurunun üzərinə həbs qoyulmasını tələb etdiyi qeydiyyat nömrələri **********, **********reyestr nömrələri **********51, **********52 olan torpaq sahələri ümumi birgə mülkiyyət hüququ əsasında Borclu məxsusdur. Borclu da qeyd edilən halı öz apelyasiya şikayətinin dəlillərində göstərərək, qeyd edilən torpaq sahələrinin onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olduğunu bildirmişdir. Ümumi birgə mülkiyyət hüququ əsasında bir neçə şəxsin mülkiyyətində olan əmlakın üzərinə mülkiyyətçilərdən birinin öhdəliyi əsasında həbs qoyulması mümkündürmü? Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ bəndinə əsasən Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İ bəndinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. 29-cu maddəsinin İİİ bəndinə əsasən Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 71-ci maddəsinin İ bəndinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Kollegiya bununla bağlı ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.7. Ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 1-1-ci maddəsinə əsasən İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Kollegiya qeyd edir ki, ümumi birgə mülkiyyət hüququ əsasında bir neçə şəxsin mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması ilə bağlı təqdimata baxarkən məhkəmə, ilk növbədə həmin əmlakın birgə mülkiyyətdə və ya paylı mülkiyyətdə olmasını müəyyən etməli, əgər borclunun həmin əmlakda payı müəyyən edilmişdirsə, yəni əmlak paylı mülkiyyət hüququ əsasında borcluya məxsusdursa məhkəmə həbsi həmin payın üzərinə yönəltməklə təqdimatı təmin etməlidir. Əks halda məhkəmə əmlakın paylı mülkiyyətdə olub-olmamasını, borclunun həmin əmlak üzərində payının müəyyən edilib-edilməməsini araşdırmadan əmlakın üzərinə həbs qoyması digər mülkiyyətçilərin Konstitusiya və qanunla qorunan mülkiyyət hüququnun pozulmasına gətirib çıxarar. Hazırki işdə də məhkəmə üzərinə həbs qoyulmasının tələb edildiyi qeydiyyat nömrələri **********, **********-reyestr nömrələri **********51, **********52 olan torpaq sahələrinin birgə mülkiyyətdə olub-olmamasını, həmin torpaq sahələrində Borclu payının müəyyən edilib-edilməməsini araşdırmadan qanunsuz olaraq həmin əmlakların üzərinə həbs qoymuşdur. Beləliklə kollegiya hesab edir ki, Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 8(036)-165/2024 saylı qərardadı ləğv edilərək hazırki qərardadla müəyyən edilmiş məsələlərə yenidən baxılması üçün iş materialları İmişli Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 8(036)-165/2024 saylı qərardadı ləğv edilsin. İş materialı qərardadla müəyyən edilmiş məsələlərə yenidən baxılması üçün İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar