Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-110/2024 25.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 8(032)-98/2024 saylı qərardadından Şirvan şəhər İcra və Probasiya şöbəsinin rəisi Nümayəndə verdiyi şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan regional filialının 14 iyun 2023-cü il tarixli MN ******* saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məxsus torpaq sahəsinin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan regional filialının xx.xx.2023-cü il tarixli, ******* saylı icra sənədinə əsasən Borclu 2000 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Belə ki, borclu hal-hazırki vaxta qədər icra sənədində göstərilən tələbləri yerinə yetirməmiş və borc məbləğini tam ödəməmişdir. Borclu əmlak vəziyyətinin yoxlanılması məqsədilə elektron məlumat portalına sorğular verilmiş və məlum olmuşdur ki, Borclu məxsus ünvan 1 ünvanında olan ********** qeydiyyat nömrəli torpaq sahəsinin mövcud olduğu məlum olmuşdur. Şirvan Şəhər Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 8(032)-98/2024 saylı qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan regional filialının xx.xx.2023-cü il tarixli, ******* saylı icra sənədi üzrə Borclu məxsus ünvan 2 ünvanında olan ********** qeydiyyat nömrəli torpaq sahəsi üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi haqqında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatının təmin edilməməsi qərara alınmışdır. Şirvan Şəhər Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 8(032)-98/2024 saylı qərardadından Şirvan şəhər İcra və Probasiya şöbəsinin rəisi Nümayəndə şikayət verərək qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarında təhlil edilmiş, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 №li Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 6075 saylı arayışına əsasən Borclu ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. Göründüyü kimi, borclu təqdimat predmetindən kənar ünvanda faktiki yaşayır. Belə olduğu təqdirdə hesab edir ki, məhkəmənin təqdimat predmetinin borclunun yeganə yaşayış yeri olması istiqamətində gəldiyi nəticə mülahizə xarakterli əsaslara söykənmiş, iş materiallarında tədqiq olunan sübutlarla təsdiq olunmamışdır. Məhkəmə öz qərardadında təqdimat predmetinə tələbin yönəldilə bilməyəcəyi barədə gəldiyi nəticəni yalnız borclu tərəfindən məhkəmə iclasında verilmiş ifadə ilə əsaslandırmışdır. Borclunun sözügedən əmlakı alqı-satqı müqaviləsi əsasında başqa şəxsə satması iş materialları ilə müəyyən olunaraq qeyd edilən mövqeyi mahiyyət etibarı ilə təkzib etsə də, məhkəmə bu halı işin mühüm əhəmiyyət kəsb edən hallarının təsdiq edilməsinə münasibətdə nəzərə almamış, yekunda qərardad ziddiyyətli və qeyri-mötəbər sübutlar əsasında çıxarılmışdır. Bildirir ki, hazırkı iş üzrə təqdimatın mahiyyəti borclunun icra sənədindəki tələbi icra edənədək ona məxsus əmlakın hüquqi müqəddəratını müstəqil müəyyən etmək imkanının məhdudlaşdırılması ilə bağlıdır. Borclunun tələbi tam icra etmədən ona məxsus əmlakla bağlı sərəncamverici əqdlər bağlaması qeyd olunan zərurəti daha da artırır. Bununla belə, məhkəmə əmlak üzərinə həbsin qoyulmasını həqiqi mahiyyətindən kənar təfsir etmiş, bunu icranın təmin tədbiri qismində deyil, məcburi icra tədbiri qismində nəzərdən keçirmişdir. Beləcə, iş üzrə tərəflərin qarşılıqlı münasibətlərindən yanlış nəticəyə gəlinərək təqdimat təmin olunmamışdır. Şirvan Şəhər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 8(032)-98/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 8(032)-98/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396.1-ci mаddəsinə əsаsən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 397.1-ci mаddəsinə əsаsən, bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, xüsusən nəzərə alınmalıdır ki, məhkəmə iclasında iştirak edən borclu yeganə yaşayış yerinin bu torpaq sahəsində yerləşən ev olduğunu bildirmişdir. Eyni zamanda təqdimata əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-2863/2024 saylı məktubuna əsasən müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Şirvan şəhəri 1 saylı notariat kontorunun xx.xx.2010-cu il tarixli 4-Ə-182 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X1. Beləliklə, qeyd edilənlərə əsaslanaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, ünvan 2 ünvanında olan torpaq sahəsi Borclu yeganə yaşayış yeri olduğundan və onun yaşayışını təmin edəcək başqa yaşayış sahəsi olmadığından Borclu məxsus ünvan 2 ünvanında olan ********** qeydiyyat nömrəli torpaq sahəsi üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə icra məmurunun təqdimatı təmin edilməməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatın təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Belə ki, “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi kimi məcburi icra tədbirləri tətbiq oluna bilər. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıdakı qeyd edilən hüquq normalarının məzmunundan da görünür ki, tələb borcluya məxsus olan əmlaka o halda yönəldilir ki, tələbkarın tələblərinin təmin edilməsi üçün borclu yetərli pul vəsaitlərinə malik olmasın. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan regional filialının xx.xx.2023-cü il tarixli, ******* saylı icra sənədinə əsasən Borclu 2000 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. “Elektron Məhkəmə” İnformasiya Sistemindəki şəxsin “gəlir məlumatları” bölməsindən edilmiş çıxarışdan (səh.57) müəyyən edilir ki, Borclu Şirvan Şəhər İcra Hakimiyyətində “idarə qulluqçusu” vəzifəsində işləyir və aylıq əməkhaqqı 518 manat təşkil edir. Göründüyü kimi icra vərəqəsi əsasında dövlət nəfinə ödənilməli olan pul məbləğinin tutulmalı olduğu şəxsin aylıq gəliri 518 manat təşkil edir və məhkəmə tərkibi hesab edir ki, tutmanın borclunun aylıq gəlirinə yönəltməklə icra sənədinin icrasını təmin etmək mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci bəndinə əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Göründüyü kimi, icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı qanunvericiliklə müəyyənləşdirilmiş, borclu və onun ailəsinin birgə yaşadığı mənzil, ev və ya onun ayrı-ayrı hissələrinə, həmçinin onların altında olan həyətyanı torpağa tələbin yönəldəlməsinə yol verilməmişdir. “İcra haqqında” Qanunun 45.2-ci maddəsinə əsasəm İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.5. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, borclunun kifayət qədər yetərli pul vəsaitinə malik olması işin faktiki halları ilə müəyyən edildiyindən, borclunun əmlakı üzərinə həbs qoyulması məqsədəmüvafiq deyildir. Şikayətdə istinad edilən hallar formal mülahizələrdən ibarətdir və həmin hallar birinci instansiya məhkəməsinin qanuni qərardadının ləğvi üçün əsas ola bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Şirvan Şəhər Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 8(032)-98/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi
qərara aldı:
Şirvan Şəhər Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 8(032)-98/2024 saylı qərardadından Şirvan şəhər İcra və Probasiya şöbəsinin rəisi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 8(032)-98/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.