Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-112/2025 07.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X1 borclu Cavabdeh qarşı müəyyən edilmiş alimentin məbləğinin indeksasiyası tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 8(032)-110/2025 saylı qərardadından borclu Cavabdeh Natiq oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Şirvan şəhər Məhkəməsinin 2(032)-565/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2019-cu ildən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 154 manat aliment məbləğinin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 8(032)-110/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Şirvan şəhər Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 8(032)-110/2025 saylı qərardadından borclu Cavabdeh Natiq oğlu tərəfindən verilmiş şikayət 18 iyul 2025-ci il tarixdə Şirvan şəhər Məhkəməsinə daxil olmuşdur. Şikayətə görə, X2 Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-565/2019 saylı qətnaməsi ilə tutlması müəyyən edilmiş 154 manat niqdarında alimentin məbləğinin indeksasiyasının aparılmasının təmin edilməsi məqsədilə minimum əmək haqqına nisbətdə mislinin müəyyən edilməsini məhkəmədən xahiş etmiş və Şirvan Şəhər Məhkəməsi 2(032)- 110/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə tutulacaq alimenti sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 1.18 misli məbləğində müəyyən etmişdir. Hesab edir ki, həmin qərardad ədalətsiz və qanunsuzdur və bu səbəbdən də dəyişdirilməlidir. Belə ki, X4 müraciəti əsasında Şirvan Şəhər Məhkəməsi xx.xx.2019-cu il tarixli 2(032)-565/2019 saylı qətnaməsi ilə uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində 154 manat niqdarında aliment təyin etmişdir. X4 müraciəti əsasında uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində 154 manat miqdarında alimenti müəyyən edən Şirvan Şəhər Məhkəməsinin 2(032)-565/2019 saylı qətnaməsi xx.xx.2019-cu il tarixdə qəbul edilmiş və tərəflərə çatdırıldıqdan bir ay sonra qanuni qüvvəyə minmişdir. Hamıya bəlli olan faktdır ki, 2019-cu ilin əvvəlində respublikamızda mimimum əmək haqqı əvvəl 130 manat olmuş, daha sonra ölkə Prezidentinin sərəncamları ilə xx.xx.2019-cu il tarixdən bu məbləğ 180 manata, xx.xx.2019-cu il tarixdən isə 250 manata çatdırılmışdır. Şirvan Şəhər Məhkəməsinin qərardadından belə görünür ki, məhkəmə alimentin miqdarının minimum əmək haqqına nisbətini məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan deyil, alimentin tutulmalı olduğu vaxt, yəni xx.xx.2019-cu il tarixdə qüvvədə olan minimum əmək haqqına nisbətini götürmüşdür. Nəticədə tutulmalı olan aliment minimum əmək haqqının 1.18 misli miqdarında müəyyən edilmişdir ki, bu gün həmin məbləğ (1.18x400=472) 472 (dörd yüz yetmiş iki) manat miqdarında alimentin tutulması deməkdir. Hesab edir ki, bu qanuni yanaşma deyil. Şübhə etmirəm ki, məhkəmə təcrübəsində minimum əmək haqqının 1.18 mislində sabit pul məbləğində alimentin tutulması çox nadir rastlaşılan haldır. Şirvan Şəhər Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, 8(032)-110/2025 saylı qərardadına əsasən şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 565/2019 saylı, 11 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentin indeksasiya olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016- cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-2 yarımbəndində qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2017-ci il tarixli 3545 nömrəli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi qətnamə çıxarılan dövr üçün minimum əmək haqqının 130 manat olmasını və Şirvan şəhər Məhkəməsinin 2(032)- 565/2019 saylı, 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat aliment təyin təyin edilməsini nəzərə alaraq, Ali Məhkəməsi Plenumun qərarına uyğun olaraq alimentin indeksasiyasını (154:130=1.18) minimum əmək haqqına uyğun olaraq hesablamış və yeni minimum əmək haqqına uyğun olaraq sonrakı artımlar da nəzərə almışdır. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyinə əsasən birinci instansiya məhkəməsinin “xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğində aliment tutulsun” mövqeyi qanuni və əsaslıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh Natiq oğlu tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 8(032)-110/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu Cavabdeh Natiq oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 8(032)-110/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(106)-112/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-112/2025
07.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver