Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-12/2023 06.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin 8(057)-158/2022 saylı, 06 yanvar 2023-cü il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X11 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2000-ci il təvəllüdlüdür və Salyan rayonu, Qaraçala qəsəbəsi ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır. Tələbkar “Kia Optima” markalı maşını internet vasitəsilə 20000 manata satışa çıxarmışdır. Tələbkar ilə əlaqə saxlayaraq maşınını almağı təklif etmiş, lakin tam məbləğ olmadığı üçün 11000 manat nağd ödəyəcəyini, qalan 9000 manatı isə borc müqaviləsi bağlayaraq ödəyəcəyini söyləmişdir. Onlar öz aralarında bu cür razılaşmışlar. Borclu tanışı X3 maşını onun adına rəsmiləşdirəcəyinə söz verərək, 11000 manat faizlə 36 ay ərzində müqavilə bağlayaraq pul götürmüşdür. Həmin pulu Tələbkar ödəyərək onunla 9000 manata borc müqaviləsi bağlamış və maşını X5 adına keçirmişlər. Daha sonra isə Tələbkar borcluya bildirmişdir ki, o, maşının mühərrikini iki gün ərzində düzəldəcək, lakin o, heç nə etmədiyinə görə borclu məcbur qalaraq bütün xərci ödəyərək mühərriki söküb özü düzəltdirmişdir. Tələbkarlə qərara gəlmişlər ki, xərc 9000 manat borc puldan çıxılsın. Onun Tələbkar ümumi borc qalığı 7000 manat təşkil edir. Bir müddət sonra, yəni mühərriki düzəltdirdikdən 5 gün sonra borclu X8 5 gün gecikmə olmasına baxmayaraq, 750 manat ödəniş etmişdir. Buna baxmayaraq, maşını idarə edərkən onları yol polisi saxlayaraq maşını təhvil alaraq X5 maşınının axtarışda olduğunu və etibarnaməsiz idarə etdiyini bildirmişdir. Maşın onlardan təhvil alınaraq X8 təhvil verilmişdir. 5 gün sonra borclu Nəhməd Güləhmədova maşına alıcı tapdığını bildirərək, maşını satmağı təklif etmiş, sonuncu isə borcluya artıq onun maşını satmaq hüququnun olmadığını söyləmişdir. Borclu maşının keçmiş sahibi Tələbkar avtomobili həqiqətən ona satması barədə yazılı qaydada sənəd verməsini xahiş etmiş, sonuncu isə əvvəl razılıq versə də, sonradan bundan imtina etmiş və bildirmişdir ki, onunla borc müqaviləsi bağlamışdır və bu, ona yetər. Maraqlı şəxs böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X11 tərəfindən xx.xx.2022-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu isə həmin qərarla razı deyil və belə hesab edir ki, icra məmuru icraata başlamaq ilə onun hüquqlarını kobud surətdə pozmuş, əsassız və qanunsuz qərar qəbul etmişdir. Salyan Rayon Məhkəməsinin 8(057)-158/2022 saylı, 06 yanvar 2023-cü il tarixli qərardadı ilə (sədrlik edən hakim Ağarza Səmədov) X9 Maraqlı şəxs böyük icra məmuru X6 xx.xx.2022-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan X2 şikayət vermiş, şikayətində Salyan Rayon Məhkəməsinin 8(057)-158/2022 saylı, 06 yanvar 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Borclu şikayətini ərizəsinin dəlilləri ilə əsaslandırmış və bildirmişdir ki, o, məhkəmənin 06 yanvar 2023-cü il tarixli qərardadını qanunsuz və ədalətsiz hesab edir. Salyan Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 8(057)-11/2023 saylı qərardadı ilə X9 Salyan Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 8(057)- 158/2022 saylı qərardadından verdiyi şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxıldıqdan sonra 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 8(057)- 158/2022 saylı, 06 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 16 avqust 2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Tələbkar tərəfindən X10 16 oktyabr 2022-ci il tarixədək qaytarılması şərtilə 9000 manat məbləğində pul borc verilmişdir. İş materiallarında olan Maraqlı şəxs böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X11 tərəfindən qəbul edilmiş icraata başlamaq haqqında 08 dekabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, Salyan rayon Qaraçala qəsəbəsində qeydiyyatda olan X7 cəmi 9025 manat pulun tutularaq Şamaxı rayonu Bağırlı kəndində yaşayan Tələbkar verilməsinə dair Salyan rayonu 2 saylı Xüsusi Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş 8İ-10133 nömrəli, 28 noyabr 2022-ci il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə tam uyğundur. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsini rəhbər tutaraq qərara alınmışdır ki, iş üzrə icraata başlanılsın; X2na təklif olunsun ki, 10 gün müddətində icranı könüllü qaydada təmin etsin; icra könüllü təmin edilmədikdə: a) borclu barəsində məcburi icra tədbirləri görülsün, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişi borcludan tutulsun; b) icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakı siyahıya alınsın və həmin əmlak üzərinə həbs qoyulsun; qərarın surəti 1 gün müddətində Salyan rayonu 2 saylı Xüsusi Notariat Ofisinin xüsusi notariusuna və tərəflərə göndərilsin. Qərarda onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət verilə biləcəyi göstərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 8.4-cü maddəsinə əsasən, əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən, tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Borclunun ləğv edilməsini istədiyi icraata başlamaq haqqında qərardan görünür ki, Salyan rayon Qaraçala qəsəbəsində qeydiyyatda olan X7 cəmi 9025 manat pulun tutularaq Şamaxı rayonu Bağırlı kəndində yaşayan Tələbkar verilməsinə dair Salyan rayonu 2 saylı Xüsusi Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş 8İ-10133 nömrəli, 28 noyabr 2022-ci il tarixli icra sənədi “İcra haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olduğundan onun əsasında icraata başlanılmış, “İcra haqqında” Qanunun 8.2-8.5-ci maddələrinin tələblərinə uyğun qeydlər və izahlar Maraqlı şəxs böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X11 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarda göstərilmişdir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edildiyindən və borclu şikayətində həmin qərarın ləğv edilməsi üçün hər hansı əsas irəli sürmədiyindən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Borclunun şikayətində göstərdiyi faktiki hallar isə hazırkı iş üzrə məhkəmə predmetinə aid deyil. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmiş, məhkəmənin 8(057)-158/2022 saylı, 06 yanvar 2023-cü il tarixli qərardadı qanuni və əsaslıdır. Bu baxımdan borclu tərəfindən verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263, 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 8(057)-158/2022 saylı, 06 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №8(106)-12/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-12/2023
06.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver