Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-15/2024 29.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X8 ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi ilə, X2 Salyan Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(057)-1630/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair Salyan Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: Salyan Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(057)-1429/2020 saylı qətnaməsinə əsasən iddiaçılar X3 və X6 yetkinlik yaşına çatmayan uşaqları, 2007-ci ildə anadan olmuş Günay, 2010-cu ildə anadan olmuş Fatimə, 2013-cü ildə anadan olmuş Yusif adlı uşaqları birlikdə Salyan rayonu, Həsənli kəndində yerləşən cavabdeh Tələbkar yaşadığı evə köçürülməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Bundan başqa, təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli, 2(057)- 1630/2022 saylı icra vərəqəsinə əsasən X10 və X4 iddiaçı Tələbkar yaşadığı Salyan rayonu Həsənli kəndində yerləşən evdən onlara məxsus olan dörd gözlü tumboçka, iki ədəd döşək nalça, iki ədəd yun döşək, iki ədəd balış, dörd ədəd zənbil paltar, bir ədəd ədyal, bir ədəd televizor altlığı adda əmlakla birlikdə çıxarılmalıdırlar. X1 29 oktyabr 2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin (hakim A.Səmədov) 01 fevral 2024-cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(057)-1630/2022 saylı qətnaməsinin icrasına 01 fevral 2025-ci il tarixədək, bir il müddətinə möhlət verilmişdir. Qərardaddan Tələbkar şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin (hakim A.Səmədov) 05 fevral 2024-cü il tarixli qərardadı ilə tələbkar tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Beləliklə, Qanunun tələbinə görə, şikayət elektron məhkəmə sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməlidir. Hazırki halda verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Kollegiya qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da, şikayət elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Lakin tələbkar tərəfindən verilmiş şikayət elektron kabinet vasitəsilə deyil, kağız formada tərtib edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. Beləliklə, Kollegiya hesab edir ki, mülki işin göndərilməsi barədə Salyan Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilməli, Salyan Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Salyan Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 363.1.1-1, 366.2, 366.3, 366.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Salyan Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilsin. Salyan Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Salyan Rayon Məhkəməsinə qaytarılsın. X5 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №8(106)-15/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-15/2024
29.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver