Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-185/2025 08.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X8 ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, 8(032)-190/2025 saylı qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X6 ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(106)-1317/2018 saylı, 25 aprel 2018-ci il tarixli qətnaməsinin Cavabdeh xx.xx.2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi hissəsində pul məbləğinin indeksasiyasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 25 aprel 2018-ci il tarixli, 2(106)-1317/2018 saylı qətnaməsi ilə cavabdeh X3 ilə iddiaçı X9 birgə nikahlarından xx.xx.2010-cu il tarixdə doğulmuş X1 üçün Şirvan şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-180/2015 saylı qətnaməsi ilə 85 manat müəyyən olunmuş alimentin miqdarının artırılaraq 100 manat müəyyən edilməsi qət edilmişdir. Hazırda istehlak mallarının və xidmətlərin qiymətlərinin artması nəticəsində övladı X1 üçün Cavabdeh ödədiyi alimentin yetərsizliyindən yaranan itkilərin tam və ya qismən kompensasiyasına zərurət yaranmışdır. Qeyd olunan halların həlli üçün məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır Şirvan Şəhər Məhkəməsinin 12 noyabr 2025-ci il tarixli, 8(032)-190/2025 saylı qərardadı ilə ərizə təmin edilərək, yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X2 üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Şirvan Şəhər Məhkəməsinin 12 noyabr 2025-ci il tarixli, 8(032)-190/2025 saylı qərardadından borclu Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Şəhər Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, 8(032)-190/2025 saylı qərardadı ilə Şirvan şəhər Məhkəməsinin 12 noyabr 2025-ci il tarixli, 8(032)-190/2025 saylı qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılaraq, borclu Cavabdeh qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, 8(032)-190/2025 saylı qərardadından borclu Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir Şirvan Şəhər Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 8(032)-190/2025 saylı qərardadı ilə, şikayət təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, 8(032)- 190/2025 saylı qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, 8(032)-190/2025 saylı qərardadı ilə borclu Cavabdeh tərəfindən Şirvan şəhər Məhkəməsinin 12 noyabr 2025-ci il tarixli, 8(032)-190/2025 saylı qərardadından verilmiş şikayətiin qaytarılması barədə gəlinən nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-in 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə geri qaytarılır. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, Şirvan şəhər Məhkəməsinin 12 noyabr 2025-ci il tarixli, 8(032)-190/2025 saylı qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayət imzalanmamış, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun (elektron kabinet vasitəsi ilə) verilməmişdir. Ona görə də kollegiya şikayətin qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, 8(032)-190/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, 8(032)-190/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(106)-185/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-185/2025
08.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver