Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-188/2025 24.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu X1 ibarət tərkibdə, Lerik Rayon Məhkəməsinin 8(048)-43/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Tələbkar MMC tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: Lerik rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icara edən X8 sahibkar X6 barəsinində təqdimata məhkəmə tərəfindən müvafiq tədbir görülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020 tarixli və 2(004)-3098-2020 saylı icra sənədinə əsasən, Borclu 136 ABŞ dolları pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra prosesi zamanı icraata başlama qərarı qəbul edilmiş və bildiriş məktubu ilə birgə borclunun ünvanına göndərilsədə, borcluya göndərilən rəsmi bildiriş, qərar və digər sənədlər poçt xidməti tərəfindən “ünvan düzgün deyil” qeydi ilə geri qaytarılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, borclu faktiki olaraq "SAMUX KAFE”sində (Ünvan 28 may 40 ünvanında) fərdi sahibkar X3 yanında barmen vəzifəsində işləyir. Bu səbəbdən qeyd olunan icra sənədinin borclunun əmək haqqından tutulması üçün onun iş yerinə göndərilmişdir. Lakin, borclunun yanında işlədiyi fərdi sahibkar olan X6 əmək haqqıya yönəltmə məktublarını qəsdən qəbul etmir, ünvanını gizlətməklə icra sənədinin yerinə yetirilməsindən yayınır. Lerik Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli 8(043)-43/2025 saylı qərardadına əsasən Lerik rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icara edən Həsən Zeynalov vermiş olduğu təqdimatda forma və məzmununa riayət edilməmiş, tələbinin nədən ibarət olduğunu qeyd etməmiş, eləcə də ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı qeyd etmədiyindən ərizəçinin təqdimatı geri qaytarılmışdır. Tələbkar MMC məhkəmənin həmin qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətli olan aşağıdakı faktiki halları araşdırmamışdır: Borclunun iş yerinin məktubu qəbuldan qəsdən imtina etməsi araşdırılmamışdır; iş yerinin bu imtinasının məhkəmə qərarının icrasına bilavasitə maneə yaratması qiymətləndirilməmişdir, icra məmurunun təqdimatında göstərilən “müdir tapşırıb məktubu qəbul etməyin” ifadəsi üzrə izahat alınmamışdır, işəgötürənin icra tədbirlərindən yayınmasının hüquqi nəticələri araşdırılmamışdır; icra prosesinin faktiki dalana düşməsi və icra məmurunun tədbir görmək imkanının məhdudlaşması nəzərə alınmamışdır. Bu hallar araşdırılmadan qərar verilməsi qərarın əsaslı olmamasına gətirib çıxarmışdır. Məhkəmə aşağıdakı halların sübut edilməsini təmin etməmişdir: iş yerinin məktub qəbul etməməsi barədə poçt sənədləri qiymətləndirilməmişdir, icra məmuru tərəfindən aparılmış araşdırmalar, təqdim olunan izahatlar tam şəkildə nəzərə alınmamışdır, işəgötürənin (sahibkarın) icra tələbindən yayınması barədə iddia edilən faktlar araşdırılmamış və sübut etdirilməmişdir. Borclunun faktiki işlədiyi barədə icra məmurunun məlumatları qiymətləndirilməmişdir. Bu səbəbdən qətnamə sübutlarla təsdiq olunmamış nəticələrə əsaslanmışdır. Lerik rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(048)-43/2025 saylı qərardadı ilə şikayətin əsassız olduğundan təmin edilməməsi və şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Lerik Rayon Məhkəməsinin 8(048)-43/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e- 2(004)-3098/2020 saylı icra vərəqəsindən görünür ki, iş üzrə borclu cavabdeh Borclu Fəyyaz oğludur. İcra prosesi çərçivəsində icraata başlama haqqında qərar qəbul edilmiş, müvafiq bildiriş məktubu və digər icra sənədləri borclunun ünvanına göndərilmişdir. Kollegiya qeyd edir ki, təqdimat icra sənədi üzrə yalnız borclu şəxsə münasibətdə yönəldilə bilər və icra vərəqəsində borclu kimi göstərilməyən şəxslərin üzərinə hər hansı öhdəliyin qoyulması və ya onlara qarşı məcburetmə tədbirlərinin tətbiqi icra qanunvericiliyinin tələblərinə ziddir. Bu baxımdan, borclunun əmək fəaliyyəti göstərdiyi iş yerində əmək haqqına yönəltmə ilə bağlı sənədlərin fərdi sahibkar tərəfindən qəbul edilməməsi, habelə icra sənədinin icrasından yayınma xarakterli hərəkətlərin edilməsi halları, həmin fərdi sahibkarın icra sənədi üzrə borclu şəxs olmaması şəraitində, hazırkı təqdimatın tətbiqi üçün hüquqi əsas kimi qiymətləndirilə bilməz. Kollegiya onu da nəzərə alır ki, icra sənədinin icrasının təmin edilməsi məqsədilə icra orqanlarının səlahiyyətləri qanunvericiliklə konkret mexanizmlərlə müəyyən edilmişdir və bu mexanizmlər çərçivəsində borclunun faktiki əmək fəaliyyəti, gəlir mənbələri və icradan yayınma əlamətləri araşdırılmalı, zəruri hallarda icra qanunvericiliyində nəzərdə tutulmuş digər icra tədbirləri tətbiq edilməlidir. Üçüncü şəxslərin davranışları ilə bağlı yaranan çətinliklər icra prosesində nəzərdə tutulmuş ayrıca hüquqi prosedurlar vasitəsilə həll olunmalı, bu hallar borclu olmayan şəxsə qarşı təqdimat verilməsi ilə aradan qaldırıla bilməz. Bundan başqa, iş materiallarında olan Lerik Rayon İcra və Probasiya Şöbəsinin 26 avqust 2020-ci il tarixli tələbin könüllü icrası ilə bağlı məktubundan da görünür ki, həmin məktub iş üzrə hazırkı təqdimatda borclu şəxs kimi göstərilən X4 deyil, icra vərəqəsi üzrə borclu olan Borclu Fəyyaz oğluna ünvanlanmışdır. Həmçinin təqdimatın məzmunundan görünür ki, təqdimatda icra sənədi üzrə borclu şəxs kimi Borclu Fəyyaz oğlu göstərilmişdir. Lakin təqdimatda xahiş edilən müvafiq icra tədbirinin icra vərəqəsi üzrə borclu olmayan X5 barəsində görülməsi tələb olunmuşdur ki, bu da təqdimatın subyekt baxımından ziddiyyətli və hüquqi cəhətdən əsassız olduğunu göstərir. Digər tərəfdən icra haqqında qanunvericilikdə icra məmurunun təqdimatla məhkəməyə müraciət etməli olduğu hallar konkret göstərilmişdir.(məsələn, borclunun əmlakının üzərinə həbs qoyulması, məcburu gətirmə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və s. ) Hazırda verilmiş təqdimatda icra məmurunun «İcra» haqqında Qanunun 43-cü maddəsində təsbit olunmuş hansı məcburi icra tədbirlərini görmək istəməsi aydın deyil. «İcra» haqqında Qanunun 8.2-ci maddəsinə görə İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Bu isə o deməkdir ki, icra sənədi haqqında borclu məlumatı olmalı, ona könüllü icra üçün vaxt verilməli və bu müddət ərzində icra edilmədiyi halda, məcburi icra tədbirlərinin keçirilməsi üçün əsas yaranmalıdır. Beləliklə, borclunun iş yerində əmək haqqına yönəltmə ilə bağlı sənədlərin qəbul edilməməsi və ya icra prosesindən yayınma halları, özlüyündə, icra vərəqəsində borclu kimi göstərilməyən şəxsə münasibətdə tələbi qeyri-müəyyən, aydın olmayan təqdimatın geri qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuna uyğun və əsaslı olduğundan, şikayət təmin edilməməli, Lerik Rayon Məhkəməsinin 8(048)-43/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu Tələbkar MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 8(048)-43/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(106)-188/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-188/2025
24.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver