Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-19/2025 12.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 8(036)-86/2024 saylı qərardadından Borclu (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilən şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Tələbkar şikayətlə məhkəməyə müraciət edərək Beyləqan Rayon İcra və Probasiya şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi, icra sənədinin tam icra edilməsi, qalıq aliment borcunun tam təmini ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi məqsədilə icra sənədinin icra olunması üçün aidiyyəti üzrə icra şöbəsinə yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İmişli rayon məhkəməsinin 2(036)-714/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə onun xx.xx.2011-ci il təvəllüdlü oğlu X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün atası Beyləqan rayonu, Binnətli qəsəbəsində qeydiyyatda olan, faktiki Oğuz rayonu, Pdar kəndində yaşayan və işləyən Borclu hər ay 75 manat aliment tutulub ona verilməsi qət edilmişdir. Sonradan məhkəmə alimentı artıraraq ayda 160 manat etmişdir. Borclu aliment verməkdən yayınmış və barəsində axtarış verilmişdir. 2020-ci ildə onu aldatdı ki, səninlə barışıb birgə yaşayacağı, uşağa baxacağı, ərizə ver, icra məmuru onu çağırmasın və onu tutmasınlar. İcra məmuru da onu inandırmışdır. O da savadsız qadındır, onlara inanıb icra məmuruna aliment istəməməyi barədə ərizəni onların sözləri ilə yazıb vermişdir. Sonradan ona məlum olmuşdur ki, Məmməd onu aldadıb, gedib başqa qadınla nikah qeyd etdirib evlənmiş və himayəsində olan uşağa isə baxmır. Məhkəmə qətnaməsi icra edilmədiyinə görə 7700 manata kimi aliment borcu əmələ gəlib. Zəruri olsa, ona göndərilən pul qəbzlərini məhkəməyə təqdim edə bilər. 3 ildir ki, qətnamə icrasız və onun göz yaşları da davam etməkdə qalır. O, icra şöbəsindən Mehriban xanıma və dövlət orqanlarına şikayət göndərmişdir. Bundan sonra icra məmuru 5 gün olar ki, icraata xitam qərarını ona göndərib. Ona verilən sənədlərdən məlum olmuşdur ki, icra məmuru Camal Alıyevin 04 may 2020-ci il tarixli qərarı ilə icra sənədi “‘İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra edilmiş kimi icraata xitam verilmişdir. Borclu və icra məmuru onu aldatmışdır. O, 3-cü dərəcəli əlildir və xəstədir. Uşağı saxlamaqda çox çətinlik çəkir. İcra və probasiya şöbəsinin qərarını qanunsuz hesab edir. Tələbkar eyni zamanda Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək prosessual müddətin bərpası barədə ərizə ilə müraciət edərək, ərizəsini onunla əsaslandırılmışdır ki, İmişli rayon məhkəməsinin 2(036)-714/2011 saylı 19.02.201 1-ci il tarixli qətnaməsi ilə onun xx.xx.2011-ci il təvəllüdlü oğlum X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Beyləqan rayonu Binnətli qəsəbəsində qeydiyyatda olan, faktiki Oğuz rayonu Pdar kəndində yaşayan və işləyən Borclu hər ay 75 manat aliment tutulub mənə verilməsi qət edilmişdir. Sonradan məhkəmə alimenti artıraraq ayda 160 manat etmişdir. Borclu aliment verməkdən yayınırdı və barəsində axtarış verilmişdir. 2020-ci ildə icra məmurunun yanında ona demişdir ki, səninlə barışıb birgə yaşayacağam, uşağa baxacağam, ərizə ver icra məmuru məni çağırmasın, məni tutmasınlar. İcra məmuru da onu inandırdımışdır. O da savadsızlıqdan, onlara inanıb icra məmuruna aliment istəməməyi barədə ərizəni onların sözləri ilə yazıb vermişıdir. Sonradan ona məlum olmuşdur ki, Məmməd onu aldadır, gedib başqa qadınla nikah qeyde tdirib evlənib və himayəsində olan uşağa isə baxmır. Məhkəmə qətnaməsi icra edilmədiyinə görə 7700 manata kimi aliment borcu əmələ gəlib. Zəruri olsa, ona göndərilən pul qəbzlərini məhkəməyə təqdim edə bilər. 3 ildir ki, qətnamə icrasız və onun göz yaşları da axmaqda davam etməkdə qalır. O, Beyləqan rayon icra şöbəsindən Mehriban xanıma, dövlət orqanlarına şikayət göndərmişdir. Bundan sonra icra məmuru 5 gün olar ki, icraata xitam qərarını ona göndərib. Ona verilən sənədlərdən məlum oldu ki, icra məmuru Camal Alıyevin 04 may 2020-ci il tarixli qərarı ilə icra sənədi "İcra haqqında'’ Qanunun 20.1.5-ci maddəsinə əsasən icraata xitam verilmişdir. Borclu və icra məmuru onu aldatmışdır. O, 3-cü dərəcəli əlil və xəstədir. Uşağı saxlamaqda çox çətinlik çəkir. Etdiyi şikayətlərə cavab verildiki, icra məmurunun qərarının ləğv edilməsi üçün məhkəməyə ərizə ver. O da hazırda bu barədə şikayət vermişdir. Xahiş edir ki. onun savadsız, xəstə qadın olmağını, aldadıldığını, qərarın ona gec göndərilməsini nəzərə alıb, şikayət vermə müddətinin keçməsini üzürlü sayıb, müddəti bərpa edib şikayətinə baxılsın. İmişli Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 8(036)-86/2024 saylı qərardadı ilə Tələbkar Beyləqan Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilmiş və buraxılmış prosessual müddət bərpa edilmiş, Tələbkar Beyləqan Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında qərarından şikayətinin təmin edilməsi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru Camal Alıyevin icraata xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi, İmişli Rayon Məhkəməsi tərəfindən verilmiş 2(036)-714/2011 saylı, xx.xx.2011-ci il tarixli və 2(036)-1418/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədləri üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu (nümayəndəsi və vəkili Vəkil) tərəfindən şikayət verilmiş, şikayətin təmin olunması, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(036)-86/2024 nömrəli qərardadının tam ləğv edilməsi, Tələbkar Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası və Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Camal Alıyevin icraata xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayətin təmin olunmaması haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadın məzmunundan belə görünür ki, 2020ci ildən sonra da tələbkara aliment ödənilməmişdir. Hazırki şikayətə əlavə etdiyi sənədlərdən göründüyü kimi tələbkar 2021-ci ildə də ərizə verərək ona aliment borcunun olmadığını bildirmişdir. Məhkəmə heç bir araşdırma aparmadan tələbkarın 2021-ci ildə verdiyi şikayətin eyni ilə 2024-cü ildə də verdiyinə hüquqi qiymət verməmişdir. Müddətin bərpası məsələsinə gəldikdə isə məhkəmə tələbkarın icra məmurunun qərarından xəbərsiz olması barədə tamamilə əsassız və qanunsuz bir nəticəyə gəlmişdir. Tələbkarın həmin qərardan xəbəri olmasaydı televiziya proqramına çıxaraq şikayət etməzdi. Bundan başqa tələbkar onun ailəsini təhqir və təhdid edərək böhtanlar söyləmişdir. Onun Beyləqan rayonunun Bünyadlı kəndində yaşayan ailə üzvlərinə onların yaşadıqları evə gedərək hədə qorxu gəlmiş, hətta işlədiyi Oğuz rayonunun Padar kəndinə gələrək iş yoldaşlarının yanında onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətmişdir. Ona görə o, tələbkara qarşı şərəf və ləyaqətin müdafiəsi barədə iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə İmişli Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli qətnaməsi mövcuddur. Bütün bu təqiblər və təzyiqlər 14 ildir davam edir. Məhkəmə onun hazırda tələbkara ayda 220 manat aliment ödədiyinə, himayəsində 3 azyaşlı uşağın olmasına tələbkara aliment borcunun olmadığına da hüquqi qiymət verməmişdir. İmişli Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 8(036)-86/2024 saylı qərardadı ilə İmişli Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 8(036)-86/2024 nömrəli qərardadından Borclu vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətin rədd edilməsi, İmişli Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 8(036)-86/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması və şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İmişli Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 8(036)-86/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396.1-ci mаddəsinə əsаsən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 397.1-ci mаddəsinə əsаsən, bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, şikayətçi qərarın ona yalnız 5 gün əvvəl etmiş olduğu şikayətlərdən sonra verildiyini və bundan sonra hüquqlarının pozulduğunu bildiyini göstərmişdir. Məhkəmə hesab etmişdir ki, aliment münasibətləri davam edən münasibət olduğu və qərardan qəbul edilməsinin ona gec məlum olmasını, borclu ilə münasibətlərinin pozulmasını və şikayətçinin hazırda aliment borcunun ödənilməsini tələb etdiyi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Məhkəmə qeyd etmişdir ki, Qanunun da tələbindən göründüyü kimi icra sənədi tam icra olunduqda icraata xitam verilir. İcra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilsə də, alimentin icra vərəqəsindən də göründüyü kimi xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək ödənilməlidir. Belə olan halda icra hərəkətləri xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək davam etməlidir. Hazırda şikayətçi borclu ilə münasibətlərinin pozulduğunu aliment borcunun ödənilməsini tələb etdiyindən icra hərəkətləri davam etməlidir. Belə olan halda icra məmurunun icraat xitam verilməsi barədə qərarı ləğv edilməli və icra hərəkətləri davam etdirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır; 23.1.1-ci maddə tələbkarın ərizəsi əsasında; 23.1.2-ci maddə borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3-ci maddə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4-ci maddə tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5-ci maddə tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi icra məmurunun qərarını ləğv edərək icra hərəkətlərinin davam etdirilməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Belə ki, aliment münasibətləri davam edən münasibətlərə aiddir. İddiaçı icra prosesi zamanı ərizə təqdim etsə belə tərəflər arasındakı münasibətlərin pisləşməsi icra hərəkətlərinin davam etdirilməsinə mane ola bilməz. Odur ki, məhkəmə tərkibi hesab edir ki, borclunun qərardaddan şikayətində istinad etdiyi hallar formal mülahizələrdən ibarətdir və həmin hallar birinci instansiya məhkəməsinin qanuni qərardadının ləğvi üçün əsas ola bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və İmişli Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 8(036)-86/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi
qərara aldı:
İmişli Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 8(036)-86/2024 saylı qərardadından Borclu (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 8(036)-86/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.